Sadıqov sözü azərbaycan dilində

Sadıqov

Yazılış

  • Sadıqov • 99.6305%
  • SADIQOV • 0.3296%
  • sadıqov • 0.0399%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Həsən Sadıqov
Sadıqov Həsən Şiralı oğlu (1928, Aşağı Mollu, Qubadlı rayonu) — azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Sumqayıt Dövlət Universitetinin Ağsaqqallar Şurasının sədri, prezident təqaüdçüsü. == Həyatı == Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Atasını və anasını erkən itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Ancaq çox keçməmiş dayısı da vəfat etmişdir. Kimsəsiz qalan H.Sadıqov Gəncə şəhərinə getmiş və orada baytar-feldşer ixtisasına yiyələnmişdir. Sonra Şuşa Zoobaytar Texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına qatılmışdır. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnmişdir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışmışdır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). == Həyatı == Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
Mirdaməd Sadıqov
Mirdaməd Mirsadıq oğlu Sadıqov (1 sentyabr 1950, Lahıc, İsmayıllı rayonu – 19 yanvar 2021) — iqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013–2020). == Həyatı == Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957–1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972–1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973–1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir. 8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» == Əmək fəaliyyəti == 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu == Apardığı dərslər == Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Məmməd Sadıqov
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir. 20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Teatr səhnəsindəki rolları == "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman) == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan?
Nizami Sadıqov
Nizami Yəhya oğlu Sadıqov (12 aprel 1950, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2009–2014-cü illər). == Həyatı == 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olmuşdur. 1957–1967-ci illərdə Ağdam İnternat məktəbində oxumuşdur.1967-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. 1969–1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olmuşdur.Hərbidən kiçik leytenant kimi tərxis olunmuşdur. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində oxumuşdur. 1980-cı ildən 1985-ci ilə kimi Moskva Polis Akademiyasında oxumuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləmişdir. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində işləmişdir. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992–2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləmişdir.Qarabağ müharibəsi veteranıdır.
Nurəddin Sadıqov
Nurəddin Sadıqov (5 dekabr 1935, Behrud, Naxçıvan MSSR – 22 dekabr 2009, Bakı) – Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, sabiq Hərbi işlər üzrə dövlət müşaviri, General-mayor. == Həyatı == Sadıqov Nurəddin Sadiq oğlu 1935-ci il dekabr ayının 5-də Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olub. 1942-ci ildə Behrud kənd 4-illik məktəbin birinci sinfinə qəbul olunmuş sonradan təhsilini Biləv kənd yeddiillik məktəbində davam etdirmişdir. 1949-cu ildə Ordubad rayon pedoqoji texnikumuna daxil olmuş, lakin ailə vəziyyəti ilə əlaqədar 1950-ci ildə öz ərizəsi ilə texnikumu tərk edərək, Parağaçay dağ-filiz mədənində fəhlə kimi işləməyə başlamışdır. Lakin təhsilini davam etdirmək istəyi ilə doqquzuncu və onuncu sinfi Culfa rayonunun Yaycı kəndində oxumuşdur. 1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, kamal attestatı alır, həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır və beləliklə ordu həyatı başlayır. Hərbi təhsilini H. A. Şors adına Lvov hərbi məktəbində alıb, sonda təyinatla Zakorpat vilayətinin Mukaçevo şəhəırində 128 saylı Türküstan Motoatıcı diviziyasında xidmətə başlayır. Daha sonra Mukaçevo şəhərində 149-cu Motoatıcı alayının komandiri vəzifəsinə təyin olunur. 1965-ci ildə M. V. Frunze adına Hərbi Akademiyasına qəbul olub, 1970-ci ildə akademiyanı qızıl medalla bitirir. 1974-cü ildə podpolkovnik hərbi rütbəsi alır.
Nəcməddin Sadıqov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). == Həyatı == Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. == Təhsili == 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; == Fəaliyyəti == 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Orxan Sadıqov
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023). == Həyatı == Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983–1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir. İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib.
Qiyas Sadıqov
Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri. == Həyatı == Qiyas Sadıqov 27 mart 1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Ə. Sabir adına Sabirabad şəhər orta məktəbini bitirmişdir. Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda almış, oradan 1976-cı ildə məzun olmuşdur. Daha sonra ordu sıralarında zabit olaraq fəaliyyət göstərib. 1985–1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr kimi fəaliyyət göstərmişdir. Ailəlidir, bir övladı var. == Siyasi fəaliyyəti == Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq başlamışdır. O, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Salyan Rayon Şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir. Qiyas Sadıqov 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsinə, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunmuşdur.
Qəmbər Sadıqov
Qəmbər Nəzir oğlu Sadıqov (1901–1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini. Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru. == Ailəsi == Sadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əks-inqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.
Rahim Sadıqov
Sadıqov Rahim Fərahim oğlu (1972, Masallı) — iqtisad elmləri namizədi, dosent, Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektoru. == Həyatı == Rahim Fərahim oğlu Sadıqov 1972-ci ildə anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri 19 saylı orta məktəbə birinci sinifə getmiş, 1989-cu ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Rahim Fərahim oğlu Sadıqov həmin ildə Azərbaycan Neft-Kimya İnstitutunda məktəblilər arasında keçirilən ümumrespublika riyaziyyat olimpiadasında I dərəcəli diploma layiq görülmüşdür. O, 1989-cu ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuşdur və 1994-cü ildə oranı bitirmişdir. 1995-ci ildə Binəqədi rayon Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdu. 1999-cu ilə qədər şöbə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ildə Naxçıvan Universitetində tədris hissəsinin müdiri kimi çalışmış, 2002-ci ildə “Firmadaxili planlaşdırmanın formalaşdırılması və təkmilləşdirilməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən 2006-cı ilədək Bakı Biznes Universitetində dekan müavini və dekan vəzifələrində çalışmış, 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Universitetində tədris hissəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2009-cu ilin sentyabr ayından etibarən Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektorudur.
Ramiz Sadıqov
Ramiz Cəmil oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1981–1988). == Həyatı == Ramiz Cəmil oğlu Sadıqov 1932-ci ildə sənətkar ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1952-ci ildən tikinti layihələrində iş icraçısı, Ehtiyat Əmək Qüvvələri İdarəsinin istehsalat təlimi ustası, metodisti, böyük müfəttişi, texniki peşə məktəbinin direktoru olmuşdur. 1965-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Bakı asbest-şifer və keramika məmulatları kombinatının direktoru, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, 1974-cü ildən isə Azərbaycan KP MK tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1981-ci ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri olmuşdur. Ramiz Sadıqov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (9–11-ci çağırış) seçilmişdir.
Rasim Sadıqov
Rza Sadıqov
Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) (17 yanvar 1914, Bakı – 3 may 1986, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958). == Həyatı == Rza Nəcəfqulu oğlu Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır. Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun Arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır. Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığında baş nəzarətçi, 1945-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur. 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.
Rüfət Sadıqov
Ruslan Sadıqov
Rəşad Sadıqov
Rəşad Sadıqov (16 iyun 1982, Bakı) — azərbaycanlı keçmiş futbolçu, məşqçi. "Zirə" klubunun baş məşqçisidir. 2000–2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001–2002, 2003–2005, 2006–2008-ci illərdə "Neftçi Bakı", 2009–2010-cu illərdə "Qarabağ", 2002–2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005–2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008–2009-cu illərdə "Kocaelispor", 2010–2011-ci illərdə Əskişəhərspor, 2011–2020-ci illərdə Qarabağ klublarının heyətində çıxış edib. Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001–2017-ci illərdə Azərbaycan milli futbol komandasında çıxış edib. Milli komandada 111 oyun keçirib və 5 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur. Bir müddət basketbolla məşğul olub. == Həyatı == Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub.
Sadiq Sadıqov
Sadiq İzzət oğlu Sadıqov (13 may 1963, Sumqayıt) — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri. == Həyatı == Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır. == Təhsili == O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir. 1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır. 2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Sadıq Sadıqov
Sadıq Sadıqov (9 noyabr 1965, Naxçıvan) — "Neftçi" PFK-nın 6-cı prezidenti (2010–2015). == Həyatı == Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Saleh Sadıqov
Sadıqov Saleh Əhməd Ağa oğlu (6 may 1958, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Saleh Sadıqov 6 may 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddətdə bir neçə rol ifa etmişdir. S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əlipaşa, S.Ələsgərov "Özümüz bilərik"də İbişov, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, "50 yaşında cavan"da Funu, "Adamın adamı"nda ofisiant Soltan, "Eşitmədik bilmədik"də Saleh, "Qısqanc ürəklər"də barmen, "Bir saat xəlifəlik"də Tacir oğlu, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, R.Hacıyev "Talelər qovuşanda"da hakim, O.Kazımov "Qızıl toy"da Fransız turisti, O.Rəcəbov "Əlin cibində olsun"da 3-cü adam, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Sərxoş, R.Mustafayev "Məsmə xala dayımdır"da Alim, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Əhmədiyyə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 24 may 2010-cu ildə ürəktutmasından vəfat etmişdir. == Filmoqrafiya == Girişmə, öldürər!
Surac Sadıqov
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. 2024-cü ildə aktyorun 110 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseynağa Sadıqov (siyasətçi)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Mir Sadıq Sadıqov
Sadıqov Mir Sadıx Seyid Kamil oğlu (4 yanvar 1897, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Mir Sadıq Sadıqov 4 yanvar 1897-ci ildə Bakıda anadan olmuşdur. 7 yaşında ilk dəfə olaraq xalq məktəbinə getmiş, 1906-cı ildə təhsilini orta məktəbdə davam etdirmişdir. 1916-cı ildə Bakı orta texniki məktəbinin mexanika Şöbəsini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o Moskva Ticarət Ali Məktəbinin texnika bölümünə daxil olur. Moskvada 1 il oxuduqdan sonra Mir Sadıx Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyaraq Bakıya dönür. Azərbaycan Xalq Cümhuriyyəti Əmək Nazirliyində idarəçi kimi çalışır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Avropaya ali təhsil alamq üçün dövlət stipendiyası ilə göndərdiyi 100 nəfərin daxilində Mir Sadıx Almaniyaya gəlir. 1920-ci ildə ilk təhsilinə Darmstadta başalayan Mir Sadıx orada yalnız 1 semestr oxuyur. Sonra Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur (20 aprel 1920).
Məhluqə Sadıqova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məmməd Sadıqov (aktyor)
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir. 20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Teatr səhnəsindəki rolları == "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman) == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan?

"sadıqov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sadıqov nədir? #sadıqov sözünün mənası #sadıqov nə deməkdir? #sadıqov sözünün izahı #sadıqov sözünün yazılışı #sadıqov necə yazılır? #sadıqov sözünün düzgün yazılışı #sadıqov leksik mənası #sadıqov sözünün sinonimi #sadıqov sözünün yaxın mənalı sözlər #sadıqov sözünün əks mənası #sadıqov sözünün etimologiyası #sadıqov sözünün orfoqrafiyası #sadıqov rusca #sadıqov inglisça #sadıqov fransızca #sadıqov sözünün istifadəsi #sözlük