Şəbnəm Tapdıqova
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti,
Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub
190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub.
Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb.
Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub.
Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər.
Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib.
7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir.
Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur.
Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir.
Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir.
Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.