Xalıqov sözü azərbaycan dilində

Xalıqov

Yazılış

  • Xalıqov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəzənfər Xalıqov
Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973). Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur. 1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir. Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Fikrət Xalıqov
Fikrət Xalıqov— filologiya elmləri doktoru, dilçi və folkşunas alim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – Şəki: Alim və ziyalılar kitabının həmmüəllifi. == Həyatı == Fikrət Xalıqov 28 mart 1949-cu ildə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib. 1966 – 1971 - ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsində alman və azərbaycan dilləri ixtisası üzrə təhsil alıb. 1971 − 1973-cü illərdə Qəbələ rayonunu Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim, 1974-cü ildə Ağdam şəhərində Maarif işçiləri evində müavin vəzifəsində çalışıb. Fikrət Xalıqov daha sonra 1979 − 1992 - ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, şöbə müdiri işləyib. == Elmi fəaliyyəti == Fikrət Sadıqov 1984-cü ildə “Milli -Qarabağ düzü toponimiyası (Ağdam, Ağcabədi və Bərdə rayonlarının materialları əsasında)” mövzusunda namizədlik, daha sonra 2004-cü ildə isə “Azərbaycan dilinin folklor onomastikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2011 - ci ildə professor elmi adını alıb. Azərbaycan dilinin tədrisi metodikası sahəsində də tədqiqatlar aparmış və N.Abdullazadə ilə birlikdə 2 cildlik Azərbaycan dili (didaktik materiallar) kitabını nəşr etdirmişdir.

"xalıqov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalıqov nədir? #xalıqov sözünün mənası #xalıqov nə deməkdir? #xalıqov sözünün izahı #xalıqov sözünün yazılışı #xalıqov necə yazılır? #xalıqov sözünün düzgün yazılışı #xalıqov leksik mənası #xalıqov sözünün sinonimi #xalıqov sözünün yaxın mənalı sözlər #xalıqov sözünün əks mənası #xalıqov sözünün etimologiyası #xalıqov sözünün orfoqrafiyası #xalıqov rusca #xalıqov inglisça #xalıqov fransızca #xalıqov sözünün istifadəsi #sözlük