Alışov sözü azərbaycan dilində

Alışov

Yazılış

  • Alışov • 99.5025%
  • ALIŞOV • 0.2488%
  • alışov • 0.2488%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağali Alışov
Ağali Alışov (30 iyun 1986, Oğlanqala, İliç rayonu) — Azərbaycanlı peşəkar boksçudur, EBA (WBA) versiyası üzrə Avropa çempionu. == Həyatı == Alışov Ağali Alış oğlu 30 iyun 1986-cı ildə Azərbaycanda anadan olub. 1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan Uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlşıb. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. 2012-ci ildən Donetsk Milli Universitetində (ДонНу) Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır.
Nurəddin Alışov
Nurəddin Talış oğlu Alışov (25 mart 1970, Qazaxlar, Füzuli rayonu, Azərbaycan SSR – 17 aprel 1993, Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Alışov 1970-ci il martın 25-də Füzuli rayonunun Qazaxlar kəndində müəllim ailəsində dünyaya gəlmişdir. O, 1977-ci ildə Qazaxlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini yaxşı qiymətlərlə bitirmişdir. 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və burada yerləşən Ümumittifaq Tekstil və Yüngül Sanaye İnstitutunun "Mühəndis iqtisadiyyat" fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə əmək fəaliyətinə başlamış və Horadiz Kimya Sənaye Birliyinə mühasib vəzifəsinə işə qəbul olunmuşdur. == Hərbi xidməti == Nurəddin 1988-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüş və Rusiya Federasiyasının Çita şəhərində yerləşən 44039 N-li hərbi hissədə xidmətə başlamışdır. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra, 1992-ci ildə könüllü olaraq ön cəbhəyə gedir və Füzuli rayonunun Könüllü özünümüdafiə taboruna daxil olur. Füzuli rayonu uğrunda gedən onlarla döyüş əməliyyatlarında faal iştirak edir və erməni işğalçılarına qarşı döyüşlərdə şücaət göstərir. O, yüksək döyüş bacarığı və şücaəti ilə seçilərək Füzuli rayonu Məngələnata yüksəkliyində yerləşən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri təyin edilir və zenit-raket qurğusunun idarə olunmasına rəhbərlik edir.
Samir Alışov
Samir Cəmil oğlu Alışov (23 avqust 1997; Hacıqabul, Azərbaycan — 24 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Alışov 1997-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olub.. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Samir Alışov könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Samir Alışov oktyabrın 24-də Xocavənd istiqamətində şəhid olub. Hacıqabulda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Ülvi Alışov
Ülvi İlham oğlu Alışov (11 yanvar 2000; Cəlilabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.58 dəfə / 1 mln.
2003 ••••••• 1.57
2004 ••• 0.67
2005 •••••• 1.35
2006 •••••••••••• 2.93
2007 ••••••••••••••• 3.59
2008 ••••••••••• 2.68
2009 •••••••• 1.92
2010 •••••••••••• 2.81
2011 •••••••••••••• 3.35
2012 ••••••••• 2.24
2013 ••••• 1.17
2014 •••• 0.86
2015 ••• 0.68
2016 ••••••••••••••• 3.82
2017 •••••••••••• 2.93
2018 •••••••••••••••••••• 5.09
2019 •••••••••••••••••••• 5.01
2020 •••• 0.93

Oxşar sözlər

#alışov nədir? #alışov sözünün mənası #alışov nə deməkdir? #alışov sözünün izahı #alışov sözünün yazılışı #alışov necə yazılır? #alışov sözünün düzgün yazılışı #alışov leksik mənası #alışov sözünün sinonimi #alışov sözünün yaxın mənalı sözlər #alışov sözünün əks mənası #alışov sözünün etimologiyası #alışov sözünün orfoqrafiyası #alışov rusca #alışov inglisça #alışov fransızca #alışov sözünün istifadəsi #sözlük