Alışar sözü azərbaycan dilində

Alışar

Yazılış

  • Alışar • 77.4194%
  • alışar • 16.1290%
  • ALIŞAR • 3.2258%
  • AlıŞar • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Alışarlı
Alışarlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi adlandırılmışdır.
Alışarlılar
Alışarlılar — azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfasının bir qolu == Həyatı == Əsasən, Şərur rayonunun Alışar kəndində yaşayırlar. Kəndin adı da Alışarlılarla əlaqədardır;həmin tayfanın burada məskunlaşması ilə yaşayış məntəqəsi yaranmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-21. ISBN 5-8066-1468-9.
Səfər Alışarlı
Alışarlı Səfər Xəlil oğlu == Həyatı == Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980-1985-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, “Gənclik”-“Molodost” jurnalında şöbə müdiri, “Səs” qəzetində baş redaktor müavini və s. İlk hekayələri 1981-ci ildə “Azərbaycan” jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. “Zəng” adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı “Zəng”, “Qasım”, “İnşallah, yaxşı olar”, “Kasıb” və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 ••••••••••••••• 1.18
2004 ••••••••••••••••• 1.35
2009 •••••••••••••••••••• 1.60
2010 •• 0.09
2011 ••• 0.17
2014 ••• 0.17
2020 •• 0.13

"alışar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alışar nədir? #alışar sözünün mənası #alışar nə deməkdir? #alışar sözünün izahı #alışar sözünün yazılışı #alışar necə yazılır? #alışar sözünün düzgün yazılışı #alışar leksik mənası #alışar sözünün sinonimi #alışar sözünün yaxın mənalı sözlər #alışar sözünün əks mənası #alışar sözünün etimologiyası #alışar sözünün orfoqrafiyası #alışar rusca #alışar inglisça #alışar fransızca #alışar sözünün istifadəsi #sözlük