alınan sözü azərbaycan dilində

alınan

Yazılış

  • alınan • 96.1979%
  • Alınan • 3.7965%
  • ALINAN • 0.0056%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. == Məzmun == Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür... == Rollarda == == Xarici keçidlər == Ölümcül mühasirələr — Internet Movie Database saytında.
Re-S sistemində alınan ərintilər
Re-S sistemində alınan ərintilər == Re-S sistemi == Hazırda renium sulfidlərinin alınması üçün bir neçə üsul var. Re-S sistemində aşağıdakı tərkibli sulfidlərin olduğu məlumdur: Re-S, Re2S3, ReS2, Re2S5, ReS3 və Re2S7. Bütün sulfidlərin yalnız ReS2-ni komonentlərdən birbaşa sintez yolu ilə alınır. Qalan sulfidlər əlavə üsullarla alınır. Reniumun ən davamlı sulfidi ReS2-dir. [2]-də renium disulfidi havasız ampulalarda elementlərdən birbaşa sintez yolu ilə, [3-4]-də isə yüksək sulfidlərin dissosasiyası nəticəsində alınmışdır. Bu birləşməni həm də metal reniumu [4] və renium oksidini (ReO2) sulfidləşdirmə yolu ilə də almaq mümkündür [4]. ReS2 – qara rəngli toz şəklində sıxlığı 7.506 q/sm3 olan maddədir. Havada davamlıdır. H2SO4, HCl turşusunda və qələvilərdə həll olmur.
Re-Se sistemində alınan ərintilər
Re-Se sistemində alınan ərintilər == Re-Se sistemi == Renium ilə Se arasında müxtəlif tərkibli birləşmələr alınır.Belə ki, renium-selenid üçün aşağıdakı birləşmələr məlumdur: Re2Se7 (hepta selenid), ReSe2 (diselenid), ReSe (monoselenid), Re3Se2. Re2Se7 – KReO4 və potaş qarışığı üzərindən H2Se keçirməklə almaq olur. Potaş ona görədir ki, reaksiya nəticəsində əmələ gələn artıq seleni birləşdirsin. Re2Se7 – qara rəngli toz halında olub, spirt və digər üzvi həllediciləri udma qabiliyyətinə malikdir. ReSe2 – ilk dəfə Re2Se7-ni vakuumda 330ºC-də 9 saat müddətində qızdırmaqla almışlar: Re2Se7 → 2ReSe2 + 3Re Müəlliflər renium diselenidin alınması üçün quru H2Se-nin metal reniumla və yaxud ammonium perrenata təsiri ilə alınma üsulunu təklif etmişlər. Hər iki halda temperatur 700ºC-dir. Re+H2Se=ReSe2+2H2 2NH4ReO4+7H2Se=2ReSe2+2NH3+8H2O+3Se Renium diselenid hidrogen mühitində 400ºC-yə qədər qızdırıldıqda davamlıdır, sonra temperatur yüksəldikcə ondan selen ayrılmağa başlayır, 900ºC-də və ondan yüksək temperaturda selen tamamilə ayrılır, təmiz metallik reniuma çevrilir. Renium selenidin əmələ gəlməsi rentgenoqrafik tədqiqat nəticəsində də təsdiq edilir. Renium monoselenid ReSe, renium xlorselenid ReSeCl2 ilə hidrogen təsirindəbn 490-500ºC-də alınır. Re3Se2 tərkibli selenid, renium halogen selenidin Re3Se2H5(H-Cl, Br) hidrogen mühitində 400-410ºC-də qızdırmaqla alınır.
Re-Te sistemində alınan ərintilər
Re-Te sistemində alınan ərintilər — == Re-Te sistemi (ReTe2, Re2Te5, Re2Te7) == Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir. Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å. Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur. Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir.
Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır.Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.2015-ci ilin fevral ayından etibarən Electronic Arts tərəfindən alınan ən böyük şirkət, 775 milyon ABŞ dolları dəyərində BioWare və Pandemic Studios videooyun istehsalçılarının keçmiş sahibi olan VG Holding olmuşdur. EA tərəfindən alınan 39 şirkətdən 20-si ABŞ-də, 5-i İngiltərədə, 6-sı Mərkəzi Avropada və 8-i isə digər ölkələrdə qurulmuşdur.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. == Neft emalı == Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. === Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu === Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 62.03 dəfə / 1 mln.
2002 •••••••••••• 54.82
2003 •••••••••• 47.64
2004 ••••••••••• 48.51
2005 •••••••••••••••••••• 95.82
2006 •••••••••••••••• 75.45
2007 ••••••••••••••• 69.56
2008 •••••••••••••• 66.02
2009 ••••••••••••••••• 79.83
2010 ••••••••••••••••• 79.79
2011 ••••••••••• 51.47
2012 •••••••••• 46.98
2013 ••••••••••••••• 68.56
2014 ••••••••••••• 61.78
2015 ••••••••••• 48.82
2016 •••••••••• 45.12
2017 ••••••••••••• 58.86
2018 •••••••••••• 56.33
2019 •••••••••••• 57.44
2020 ••••••••••••••••• 79.30

"alınan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alınan nədir? #alınan sözünün mənası #alınan nə deməkdir? #alınan sözünün izahı #alınan sözünün yazılışı #alınan necə yazılır? #alınan sözünün düzgün yazılışı #alınan leksik mənası #alınan sözünün sinonimi #alınan sözünün yaxın mənalı sözlər #alınan sözünün əks mənası #alınan sözünün etimologiyası #alınan sözünün orfoqrafiyası #alınan rusca #alınan inglisça #alınan fransızca #alınan sözünün istifadəsi #sözlük