Alıcan sözü azərbaycan dilində

Alıcan

Yazılış

  • Alıcan • 88.4615%
  • ALICAN • 7.6923%
  • alıcan • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alıcan
Alıcan — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixili Qanun ilə Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində olan ənd dağlıq ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmiş Alıcan adlı şəxs salmışdır. Kənddə onun nəsli indi də alıcanlılar adlanır. Oykonim alıc (ucqar) və -an (yer, məkan anlayışı ifadə edən şəkilçi) komponentlərindən düzəlib, "ucqar yer" deməkdir. Etnotoponim olması da mümkündür.
Alıcan Abbasov
Alıcan Abbasov — (tam adl: Alıcan Bayramalı oğlu Abbasov; d.20 may 1940, İsmayıllı, Tircan.) — Azərbaycan iqtisadçısı, iqtisad elmlər doktoru (1987), professor (1998), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006). == Həyatı == Alıcan Abbasov 1940-cı ilin may ayının 20-də Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Yaradıcılığı == A.Abbasov 1962–64-cü illərdə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində iqtisadçı, 1965–83-cü illərdə Elmi Tədqiqat İqtisad İn-tunda bölmə və şöbə müdiri, 1984–92-ci ildə Azərbaycan Texnologiya İn-tunda kafedra müdiri işləmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində biznes inzibatçılığı kafedrasının müdiridir. == Tədqiqatları == Tədqiqatları Azərbaycanda sahibkarlığın və biznesin inkişafı problemlərinə həsr olunmuşdur. 180-dək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Rafiq Alıcanov
Alıcanov Rafiq Cəfər oğlu (11 iyul 1965, Kəmərli, Qazax rayonu – 5 noyabr 1993, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüşdür. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq, Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Köçəvəlli kəndində dəfn edilmişdir.

alıcan sözünün leksik mənası və izahı

Oxşar sözlər

#alıcan nədir? #alıcan sözünün mənası #alıcan nə deməkdir? #alıcan sözünün izahı #alıcan sözünün yazılışı #alıcan necə yazılır? #alıcan sözünün düzgün yazılışı #alıcan leksik mənası #alıcan sözünün sinonimi #alıcan sözünün yaxın mənalı sözlər #alıcan sözünün əks mənası #alıcan sözünün etimologiyası #alıcan sözünün orfoqrafiyası #alıcan rusca #alıcan inglisça #alıcan fransızca #alıcan sözünün istifadəsi #sözlük