Talıbov sözü azərbaycan dilində

Talıbov

Yazılış

  • Talıbov • 99.4089%
  • TALIBOV • 0.5592%
  • talıbov • 0.0320%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtandil Talıbov
Avtandil Hüseynəli oğlu Talıbov (26 dekabr 1946, Siyaqut, Noraşen rayonu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Korroziya inhibitorları və konservasiya materialları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, dossent. == Ümumi məlumatlar == Avtandil Hüseynəli oğlu Talıbov 26 dekabr 1946-cı ildə Naxçıvan MR Şərur rayonu Siyagut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onbirillik təhsilini 1964-cü ildə Şərur rayonu Siyaqut kəndində başa çatdırdıqdan sonra həmin il V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsinə daxil olmuş və ali təhsilini 1969-cu ildə bitirərək orta məktəbdə kimya-biologiya müəllimi ixtisasına yiyələnmişdir. О, 1982-ci ildə Azərbaycan Neft və Kimya (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) insititunda «Оlefinlərin tetraflüorborat nitroniumla nitrolaşması» namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. A.H.Talıbov 1986-cı ildən АМЕА NKPİ-də işləyir. Elə həmin ildə SSRİ Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə A.H.Talıbova “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi (indiki dosent) və «böyük elmi işçi » elmi rütbəsinə layiq görülmüşdür. 2013-ci ildə Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki Dissertasiya Şurasında “Bəzi nitro-,və amin tərkibli birləşmələrin sintezi və onların istifadə yolları” mövzusunda “Üzvi kimya” və “Neft Kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Olefinlərin, doymamış mürəkkəb efirlərinin tetraflüor-borat nitroniumla (ion birləşməsi) nitrolaşması ilə tsiklik nitro, nitro flüor və nitro spirt saxlayan mürəkkəb efirlərin, nitro qrupuna malik olana ltıhalqalı 1.3-dioksalan, beşhalqalı dioksan tetraflüor boratların sintez edilmiş, antimikrob xassələrinin təqiqi, bitki yağı və naften tərki-bli neft turşulardan onların amidlərinin, imidazolin birləş-mələrinin sintezi, sintez edilmiş birləşmələrin konservasiya mayesi, korroziya inhibitorları reagentləri kimi tədqiqilir, həmcinin yağ turşularının triqliseridlərindən hidroliz prosesi ilə bioyanacağın, sellülozadan isə 5-hidroksimetil furanalın sintezi sahəsində geniş elmi tədqi-qat işləri aparılmışdır. == Elmi tədqiqatları == İşlədiyi dövrdə 172-dən çox elmi əsərləri dərc olunmuşdur.
Aydın Talıbov
Aydın Veysəl oğlu Talıbov (d. 13 mart 1965, Siyaqut kəndi, Naxçıvan MSSR) — "Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti , "Tərəqqi" medalı laureatı. == Həyat və fəaliyyəti == 1965-ci il martın 13-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olub. 1989-cu ildə İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsi üzrə fərqlənmə diplomu ilə bitirib.İşgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə retail sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib. Aydın Talıbov universitetdən məzun olduqdan sonra 3 il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti-İnkişaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb.Aydın Talıbov 1994-cü ildən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri kimi davam etdirir. Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın gündəlik tələbat malları (FMCG) sektorunda 16 minə yaxın əməkdaşı olan, daima birincilik, yenilikçilik, dürüstlük, əməkdaşlıq, sosial məsuliyyət və müştəri məmnuniyyəti kimi dəyərlər üzərində qərarlaşan biznes şəbəkəsidir. Şirkətlər Qrupuna Azərbaycanda "Veysəloğlu", Türkiyədə fəaliyyət göstərən "VT" (Veyseloglu Turkey) və Gürcüstandakı "VG" (Veyseloglu Georgia) distribüsiya şirkətləri, eləcə də "ULDUZ" şokolad fabriki, "XONÇA" şirniyyat evi, "AVT LOGISTICS", "AVT Construction", "AVT Nəqliyyat", "V-Trade" topdansatış, "Vesta-Horeca" şirkətləri, həmçinin "ENTRÉE Azərbaycan" kafe, "ARAZ" supermarketlər və "OBA" marketlər şəbəkələri daxildir. == Bizneslər == Veysəloğlu Şirkətlər Qrupuna daxil olan təsisatlar: Aydın Talıbov 1994-cü il 5 noyabr tarixində Türkiyədən TİR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirərək, "Veysəloğlu" distribusiya biznesinin əsasını qoyub. 2001-ci ildə ortaqları ilə birgə qənnadı sahəsində "Milli brend" statusunu qazanan, əsasən şokolad konfetləri, karamellər, şokolad qutuları, draje məhsulları istehsal edən "ULDUZ" şokolad fabrikini yaradıb.
Azər Talıbov
Azər Mütəllim oğlu Talıbov — Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin 2017-2020-ci illərdə müavini. == Həyatı == Azər Talıbov 10 fevral 1979-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabr ayından 2008-ci ilin iyun ayınadək Rusiya Fedrasiyasının iqtisadi inkişaf və ticarət nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2008-ci ilin iyun ayından 2012-ci ilin iyun ayınadək Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin köməkçisi içləyib. 2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayınadək Rusiya Federasiyası Prezidenti köməkçisi aparatının rəhbəri işləyib. 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Rusiya Bankı Sədri Katibliyinin rəhbəri işləyib. 28 yanvar 2017-ci ildə Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. 2020-ci il may ayından öz ərizəsi ilə bu vəzifədən çıxaraq Roseksimbankın rəhbəri təyin olunmuşdur. == Mükafatları == "Vətən qarşısında xidmətlərə görə" ordeni, II dərəcə.
Elman Talıbov
Elman Talıbov (tam adı: Elman Eldar oğlu Talıbov; 2 noyabr 1985, Bakı) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2019-cu ilinin yaz və 2020-ci ilinin payız seriyasının "Büllur bayquş" sahibi.29 aprel 2019-cu il tarixində Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Elməddin Talıbov
Elməddin Talıbov (tam adı: Elməddin Məmməd oğlu Talıbov; 26 sentyabr 1998, Şıxlar, Yardımlı rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Talıbov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Talıbov
Elnur Gəgiş oğlu Talıbov (26 dekabr 1996; Lerik, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Talıbov 1996-cı il dekabrın 26-sı Lerikdə anadan olmuşdur. Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Aprel döyüşlərində iştirak etmiş və göstərdiyi şücaətə görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elnur Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi çərçivəsində Füzulinin azad edilməsi və Hadrutun azad edilməsində iştirak etmiş və qəlpə yarası alaraq həlak olmuşdur. 2020-ci il noyabrın 1-i Lənkəran şəhərində dəfn olunmuşdur. Əsgər Talıbov Elnur Gəgiş oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
Elçin Talıbov
Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. Elçin Talıbov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbovda cüdo idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Elçin Talıbov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000 və Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Güləhməd Talıbov
Güləhməd Talıbov (Güləhməd Mirəhməd oğlu Talıbov) — kimya elmləri doktoru, professor. İlin müəllimi (2014). == Ümumi məlumatlar == Güləhməd Mirəhməd oğlu Talıbov Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuşdur. Təvəllüdü (gün, ay, il): 10. iyul 1961 Təhsil (məktəbin adı və ixtisası): 1978-ci ildə ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə köçürülmə yolu ilə Leninqard Dövlət Universitetinin (indiki Sankt-Peterburq universiteti) kimya fakültəsinin üçüncü kursundan təhsilini davam etdirmişdir. 1984-cü ildə "Fiziki üzvi kimya" kafedrasında kimyaçı ixtisası üzrə oranı bitirmişdir. LDU Elmi Şürasının qərarı ilə Ali məktəbi bitirən kimi aspiranturaya qəbul olunmağa tövsiyə edilmişdir. == Əsas elmi nailiyyətləri == 1984-cü ildən təyinatla Milli Elmlər Akademiyasının Neft-Kimya Prosessləri İnstitutunun "Nüvə maqnit rezonansı spektroskopiyası" qrupunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Talıbov Güləhməd Mirəhməd oğlu 2011-ci ildə "Doymamış C3-spirtlərin efirləri və onların törəmələri: sintezi xassələri və tətbiqi" mövzusunda kimya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Hüseyn Talıbov
Talıbov Hüseyn Heydər oğlu (16 noyabr 1937, Kirovabad – 2013) —1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2007–2010-cu ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi. Hüquq elmləri namizədi. == Həyatı == Hüseyn Talıbov 1937-ci il noyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirmişdir. 1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ve Ali Sovetin deputati. 1992–2000-ci illərdə Sumqayıt Şəhər Xalq Məhkəməsinin sədri. 1994-cü ildə H. Talıbov Sumqayıt Şəhər Məhkəməsinin sədri işlədiyi vaxt respublika məhkəmələri hakimlərinin konfransında Bakı şəhəri və respublikanın digər şəhər və rayon məhkəmələri hakimlərinin ixtisas kollegiyasının sədri seçilmişdir. Qanunun tələbinə görə, məhkəmələrə hakimlərin seçilməsi və onların vaxtından əvvəl geri çağırılması yalnız ixtisaslaşdırılmış kollegiyanın razılığı ilə olurdu. Həmçinin hakimlərə ixtisas dərəcəsi verilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərinə də həmin kollegiyada baxılırdı. 2000–2007-ci illərdə isə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışmışdır.
Məhəmməd Talıbov
Məhəmməd Aydın oğlu Talıbov (10 mart 1996, Böyük Bəhmənli, Füzuli rayonu — 3 noyabr 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məhəmməd Talıbov 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Talıbov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Şuşa şəhəri döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhərrəm Talıbov
Məhərrəm Yusif oğlu Talıbov (15 mart 1971, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Məhərrəm Yusif oğlu Talıbov 1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir. 1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmişdir. 2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini General mayor vəzifəsinə təyin olunmuşdur. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. 2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.Ailəlidir, üç övladı var. Vasif Talıbovun qardaşıdır.
Natiq Talıbov
Natiq Talıbov (d. 27 mart 1982) — Azərbaycanlı para-cüdoçu. Natiq Talıbov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Natiq Talıbovun kiçik qardaşı, Elçin Talıbovda cüdo idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Natiq Talıbov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. −73 kiloqram çəki dərəcəsində o, 1/4 final mərhələsində Əlcəzair idmançısı Yousef Radjaiyə 000:001 hesabı ilə məğlub oldu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bürünc medal uğrunda görüşdə isə Natiq Talıbov, Türkiyə idmançısı Sərdar Aydını 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Nəcəf Talıbov
Nəcəf Musa oğlu Talıbov (16 dekabr 1956, Qazax) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. == Həyatı == Nəcəf Talıbov 1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. Əslən rayonun Ağköynək kəndindəndir. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1978-1980-ci illərdə hərbi xidmət etmişdir. 1990-1994-cü illərdə Qazax rayonunun müdafiəsində hərbi əməliyyatlarda iştirak etmişdir. == Fəaliyyəti == Xalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999). 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
Seymur Talıbov
Seymur Vasif oğlu Talıbov (1988, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Vasif Talıbovun oğlu. == Həyatı == Seymur Talıbov 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. Seymur Talıbov 2009–2010-cu illərdə magistratura təhsilini London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. O, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilik proqramından məzunu olub. Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2014-cü ildə "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Seymur Talıbov 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. 14 iyun 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının dosentidir.
Tahir Talıbov
Tahir İdris oğlu Talıbov (29 aprel 2002; Quba rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tahir Talıbov 2002-ci il aprelin 29-da Quba rayonunun Çiçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tahir Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Talıbov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Talıb Talıbov
Talıb Azay oğlu Talıbov (6 iyun 1992; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 6 dekabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Talıb Talıbov 6 iyun 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Azay Talıbovun ailəsində anadan olmuşdur. 1998–2009-cu illərdə Ə. Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan-Ermənistan arasında baş verən və Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur.
Tariyel Talıbov
Tariyel Hüseynəli oğlu Talıbov (22 fevral 1949, Noraşen rayonu) – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Talıbov Tariyel Hüseynəli oğlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 16 yanvar 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur. 2005–2010-cu illərdə 12 №-li Şərur seçki dairəsindən III–IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 4 nəvəsi vardır. == Əsas elmi nailiyyətləri == Naxçıvan MR-in flora biomüxtəlifliyinin tədqiqi, taksonomik spektrin hazırlanılması və səmərəli istifadəsi və qorunmasına aiddir. İlk dəfə olaraq Naxçıvan MR-in flora biomüxtəlifliyində ali bitkilərin taksonomik spektri hazırlanmış, onların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir.
Təbriz Talıbov
Talıbov Təbriz Məhrəməli oğlu (11 iyun 1994, Lerik rayonu – 23 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təbriz Talıbov 1994-cü il iyunun 11-də Lerik rayonunun Ləkər kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Təbriz Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Talıbov oktyabrın 23-də Zəngilanın azad edilməsi zamanı Vejnəli istiqamətində şəhid olub. Lerik rayonunun Ləkər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasif Talıbov
Vasif Yusif oğlu Talıbov (14 yanvar 1960, Aşağı Aralıq, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi. == Həyatı == Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır. Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilmişdir. Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir. Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və "Naxçıvan abidələri" ensiklopediyasının redaksiya heyətinin sədridir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.
Vüqar Talıbov
Vüqar Talıbov (17 avqust 2003; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Vüqar Talıbov 2003-cü il avqustun 17-də Bakı şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Aslan Hacıyevdir. == Karyerası == Vüqar Talıbov 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Vüqar Talıbov 1/8 final mərhələsində Yəmən cüdoçusu Əhəd Al-Saqer ilə üz-üzə gəldi. Həmin görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Tacikistan cüdoçusu Cəmşid Süleymani oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Vüqar Talıbov Dominikan Respublikası cüdoçusu Antonio Tornala da qalib gəldi və final mərhələsinə adladı.
Şirnalı Talıbov
Şirnalı Aqil oğlu Talıbov (16 sentyabr 1997; Ağcabədi rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirnalı Talıbov 1997-ci il sentyabrın 16-da Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə sözügedən məktəbi uğurla başa vurub. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra İkinci Qarabağ müharibəsi başlanana qədər Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində çalışıb. == Hərbi xidməti == Şirnalı Talıbov 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşüb. Müharibə başlanandan sonra 29.09.2020-ci il tarixində könüllü olaraq döyüşən ordu sıralarına qatılıb. Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.
Mirzə Əbdürrəhim Talıbov
Mirzə Əbdürrəhim Talıbov (1834, Təbriz – 11 mart 1911, Buynaksk, Dağıstan MSSR) — azərbaycanlı nasir, publisist və maarifçi. == Həyatı və təhsili == Mirzə Əbdürrəhim Əbutalib Nədcar Təbrizi oğlu Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. Tiflisdə təhsil aldığı dövrdə rus sosial-demokratlarının və rus yazıçılarının fikirləri ilə tanış olub onlardan təsirlənir. == Fəaliyyəti == Tiflisdə yaşadığı dövrdə Qafqazda yolların və körpülərin tikintisindən varlanmış Məhəmməd Əli Xan Kaşanın kontorunda işləyib. Sonradan isə Temirxan-Şuraya köçərək burada şəxsi yol tikintisi kontoru açır. Qafqaz-Stavropol şose yolu çəkilməsi məhz onun kontoruna tapşırılmışdır. Özünə yeni ev almaqla yanaşı şəxsi kitabxana da tikdirir. Burada əslən Dərbənddən olan bir xanımla ailə qurur.
Ələkbər Talıbov
Ələkbər Talıbov (tam adı: Talıbov Ələkbər Hacı Məmmədəli oğlu; d. 7.08.1953, Neftçala rayonu, Bankə qəsəbəsi - ö. 8 mart, 2020, Neftçala rayonu, Bankə qəsəbəsi) - "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2011-ci illər) Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı. == Həyatı == Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası - Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb.
Aynur Talıbova
Aynur Talıbova (1976, Mingəçevir) — azərbaycanlı televiziya və radio aparıcısı, vloger. == Həyatı == 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Türkiyədə jurnalistika üzrə təhsil almışdır. Həyatının 10 ili İstanbulda keçmişdir. Azərbaycana döndükdən sonra ANS-də çalışmağa başlayır. Daha sonra Xəzər TV-də işləmişdir. "Qrin kard" qazandıqdan sonra ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Simran Baxşıyevlə ailə qurub. Uğur adlı oğlu 2013-cü ildə anadan olub. Hazırda ABŞ-də yaşayır.
Bahar Talıbova
Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı. == Həyatı == Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir. "Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi", – deyən Bahar xanım Talıbova öz zəhməti ilə zirvələrə ucalmış, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır. == Təltifləri == Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi.
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. == Həyatı == Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür.50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.07 dəfə / 1 mln.
2002 •••••••• 13.70
2003 •••••••••••• 20.47
2004 •••••••••••••••• 28.97
2005 •••••••••••••••••••• 37.11
2006 •••••••••••••••••• 32.21
2007 ••••••••••••••• 26.43
2008 •••••••••••• 21.19
2009 •••••••••••••••••• 32.00
2010 •••••••••••••• 24.78
2011 •••••••••••••• 24.88
2012 ••••••••••••••• 27.54
2013 •••••••• 13.27
2014 •••••••••• 17.16
2015 ••••••• 12.08
2016 •••••• 11.11
2017 ••••••• 12.52
2018 ••••••• 12.29
2019 ••••••• 12.94
2020 ••••••••••••• 22.28

Oxşar sözlər

#talıbov nədir? #talıbov sözünün mənası #talıbov nə deməkdir? #talıbov sözünün izahı #talıbov sözünün yazılışı #talıbov necə yazılır? #talıbov sözünün düzgün yazılışı #talıbov leksik mənası #talıbov sözünün sinonimi #talıbov sözünün yaxın mənalı sözlər #talıbov sözünün əks mənası #talıbov sözünün etimologiyası #talıbov sözünün orfoqrafiyası #talıbov rusca #talıbov inglisça #talıbov fransızca #talıbov sözünün istifadəsi #sözlük