* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. – Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. □ Şad etmək (eləmək, qılmaq) – sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir. Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim. Şad olmaq – sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq. Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi. 2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər. // Zərf mənasında. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. 3. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif. Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn. ◊ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) – hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək. Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / şad2 xanın varisliyə hüququ olmayan qardaş və oğlanlarına verilən qədim türk titulu.
Azərbaycan kişi adlarının izahlı lüğəti / şad3 f. 1) sevinən, şən, fərəhli; 2) ürəkaçan, sevindirici, fərəhli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şad2 ŞAD (əhvalı yaxşı) Dərd bilmərəm, yas tutmaram, çox şadam; Mən də şair, sənin kimi azadam (M.Rahim); ABAD (məc., kl.əd.) Qarşıdan bir can yeridi; Abad könlümün evini; Eylədi viran, yeridi (Aşıq Ələsgər); XƏNDAN Döndü qəbiristandan; O şad, o xəndan; Xəyalı ulduzla, ayla öpüşdü (B.Vahabzadə); XOŞHAL ..buna o əsrin müsəlmanları xoşhal ola bilməzdilər.. (C.Məmmədquluzadə); XÜRRƏM (köhn.) [Musa:] Kimin ki, yarı var, ondan qəm olmaz; Kimin ki, yarı yoxdur, xürrəm olmaz (S.Rəhman); MƏSRUR ..şəhər hürr və məsrur idi (Çəmənzəminli); ŞADMAN (kl.əd.) Olmadı hiç şadman, əfsus! (Natəvan); ŞADYANA Səlimə; Mən istəyirəm ki, o da xoş, şadyana bir söz desin (İ.Əfəndiyev); ŞƏN Axilles: Gəlir Rum qeysəri, çox şəndir yenə; Bu gün də verəcək xələt, xəzinə (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / şad1 ŞAD – QƏMGİN Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən oxuyardım (M.S.Ordubadi). ŞAD – MƏYUS İzzət vağzala nə qədər şad getmişdisə, o qədər məyus qayıtdı (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / şad2 I прил. радостный: 1. испытывающий чувство радости. Şad adamlar радостные люди 2. исполненный радости, проникнутый ею. Şad ürək радостное сердце, şad gülüş радостный смех, şad əhval радостное настроение 3. выражающий радость. Şad üzlər радостные лица, şad görünmək показаться радостным 4. вызывающий, доставляющий радость. Şad xəbər радостная весть, ən şad gün самый радостный день II нареч. радостно. Şad yaşamaq жить радостно III предик. в форме şadam рад, рада, рады. Çox şadam очень рад, sizi görməyimizə şadıq (мы) рады видеть вас, şadam ki,.. рад, что …; şad etmək, eləmək kimi радовать, обрадовать кого; şad olmaq радоваться, обрадоваться
Azərbaycanca-rusca lüğət / şad1 I. s. merry, gay, glad, joyous, joyful; cheerful; ~ etmək to make* glad / happy (d.); to gladden (d.); Bu onu çox şad elədi It made him / her glad / happy; Bu xəbər onu şad etdi He / She was very glad to hear the news; ~ olmaq to be* glad / happy; Sizi yenidən görməyimə şadam I am glad to see you again II. z. merrily, gaily; joyfully, cheerfully
Azərbaycanca-ingiliscə lüğət / şad1 [fars.] прил. шад (1. шадвал (хвешивал, хвеш, разивал) авай, хъвер авай (мес. вилер, ччин); хвеши; рикӀ шад (мес. кас); şad etmək (eləmək, qılmaq) шад авун, хвеши авун, шадарун; şad olmaq шад хьун, хвеши хьун; 2. рикӀ ачухдай, хвеши ийидай, хуш (мес. хабар); 3. нареч. шаддаказ, шаддиз, мес. яшамиш хьун); ** şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) шадвиляй цавуз акъатун (лув гун), гзаф шад хьун, хвеши хьун, шадвал авун, хвешивиляй вучдатӀа течиз амукьун.
Azərbaycanca-ləzgicə lüğəti / şad(Ağdam, Cəlilabad, İsmayıllı, Şəki, Tovuz) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Bığdanın şa:dını çıxıblar (İsmayıllı); – Bi put dənə bi girvənkə şa:d alırdılar (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.