şadlanmaq sözü azərbaycan dilində

şadlanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şadlanmaq • 83.8710%
  • ŞADLANMAQ • 11.2903%
  • Şadlanmaq • 4.8387%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

şadlanmaq sözünün leksik mənası və izahı

  • 1 f. Şad olmaq, sevinmək, fərəhlənmək. Rüstəm Hümmətəlinin vəhşi çəngəlindən xilas edilmiş Gülzara baxdıqda şadlanır. T.Ş.Simurq. Gəl ki, sən gələndə şadlanır ömür; Gül açır gəncliyin dili, ağızı. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / şadlanmaq

şadlanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 sevinmək — fərəhlənmək — şənlənmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / şadlanmaq
  • 2 ŞADLANMAQ Gəl ki, sən gələndə şadlanır ömür (S.Vurğun); FƏRƏHLƏNMƏK Sərvinaz qarı evə dönüb hər şeyi hazır görəndə fərəhləndi (B.Bayramov); XOŞHAL OLMAQ Molla bacı mütəəllimlərin təbrikindən çox xoşhal olub gülümsünürdü.. (Çəmənzəminli); SEVİNMƏK Əziz mehribanım çatdı məktubun; Nə qədər sevindik bilsən ürəkdən (M.Rahim); ŞAD OLMAQ Ələsgərəm şad olmadım dünyada... (Aşıq Ələsgər); ŞƏNLƏNMƏK Cavanlar dənizdə top-top oynayır, səs-küy sala-sala şənlənirdi (H.Abbaszadə); VƏCDƏ GƏLMƏK [Yavər:] “Bəh-bəh! Belə şeydən doymaq olmaz!” – deyib ürəkdən vəcdə gəlirdi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / şadlanmaq

şadlanmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ŞADLANMAQ – HEYİFSİLƏNMƏK Sevinsin, şadlansın çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə heyifsilənirəm (C.Əmirov). ŞADLANMAQ – KƏDƏRLƏNMƏK Şadlanmağın da, kədərlənməyin də yerini başa düşürük (İ.Fərzəliyev). ŞADLANMAQ – QƏHƏRLƏNMƏK Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı (M.S.Ordubadi); Fəridə özünü saxlaya bilməyib yaman qəhərləndi (M.İbrahimov). ŞADLANMAQ – QƏRİBSƏMƏK O, uşaqların hərəsinə bir şey verməklə sevindirər, özü isə hamıdan artıq şadlanardı (Mir Cəlal); Beşiklər körpə üçün qəribsəyir.

    Azərbaycan dilinin antonimlər lüğəti / şadlanmaq

şadlanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 радоваться, развеселиться, возликовать

    Azərbaycanca-rusca lüğət / şadlanmaq
  • 2 глаг. 1. радоваться, обрадоваться. Uşaqlar şadlanır дети радуются, o çox şadlandı он очень обрадовался, ürəyim şadlanır сердце радуется, ürəkdən şadlanmaq радоваться от души; o qədər şadlandı ki, … так обрадовался, что … 2. веселиться, ликовать. Adamlar gülür, oxuyur, şadlanırdılar люди смеялись, пели, веселились

    Azərbaycanca-rusca lüğət / şadlanmaq

şadlanmaq sözünün inglis dilinə tərcüməsi

şadlanmaq sözünün fransız dilinə tərcüməsi

şadlanmaq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#şadlanmaq nədir? #şadlanmaq sözünün mənası #şadlanmaq nə deməkdir? #şadlanmaq sözünün izahı #şadlanmaq sözünün yazılışı #şadlanmaq necə yazılır? #şadlanmaq sözünün düzgün yazılışı #şadlanmaq leksik mənası #şadlanmaq sözünün sinonimi #şadlanmaq sözünün yaxın mənalı sözlər #şadlanmaq sözünün əks mənası #şadlanmaq sözünün etimologiyası #şadlanmaq sözünün orfoqrafiyası #şadlanmaq rusca #şadlanmaq inglisça #şadlanmaq fransızca #şadlanmaq sözünün istifadəsi #sözlük