* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. Sadə məsələ. Sadə iş. – Bu şərtlər olduqca sadə idi. S.Hüseyn. [Orxan:] Bət-bənizin solmuş, çöhrən dəyişmiş; Qolay sanma, deyil bu sadə bir iş. H.Cavid. 2. xüs. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. Sadə cisim. Sadə mexanizm. 3. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. Sadə danışıq. Kitab sadə dildə yazılmışdır. – Telli arvadın sadə sözləri Qaraşın fikrini işıqlandırdı. M.İbrahimov. Bəzən əmisinin oxuduğunu arvadlar başa düşmədikdə Qadir sadə dillə bunu onlara izah edərdi. Ə.Əbülhəsən. 4. Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. Sadə geyim. Sadə şey. Sadə yemək. – Beş il əvvəl mən [Xədicəni] zəngin bir əlbisədə görmüşdüm. İndi isə sadə bir libas geymişdi. S.Hüseyn. Qaratel sadə çit don geyib başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən. 5. Heç bir imtiyazı olmayan, adi, hamı kimi. Sadə fəhlə. Sadə müəllim babadır. – Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır. C.Məmmədquluzadə. // Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. Dünyanın sadə adamları. 6. məc. Ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. Çox sadə adamdır, hər şeyə inanır. – Əğyarə inanma, gözəlim, qorxuram ondan; Çox sadəsən, hər söz ki deyirlər, inanansan. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / sadə2 f. 1) mürəkkəb olmayan; bəsit; 2) bəzəksiz, zinətsiz, adi; 3) saf, xalis, təmiz; 4) ürəyi təmiz; 5) çox dərin düşünməyən; sadəlövh; 6) tək, yalnız, ancaq; 7) üzü tüksüz; saqqalsız.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sadə1 Alınma sözdür (fars mənşəlidir). Bizdə onun əvəzinə, saya sözü olub və dialektlərdə indi də işlədilir. “Qarışığı olmayan” (mürəkkəbin əksi) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sadə5 SADƏ (müxtəlif mənalarda) Hər möhnətə dözən; sadə insanların; qayğı dolu səsidir bu (R.Rza); ADİ Bunlar adi sənətkardır.. (Ə.Cəfərzadə); BƏSİT [Azər:] Bir sözlə, adiləşməyəsən, bayaq radioda oxunan nəğmə kimi bəsit və aydın olmayasan (Ə.Kərim); ASAN.
Azərbaycan dilinin sinonimlər lüğəti / sadə1 SADƏ – ÇƏTİN Mən insanam; sadə insan əlinin; Yaratdığı nemətlərə öyünməsəm ölərəm (R.Rza); Əzizim, bu çox çətin addır (C.Əmirov). SADƏ – MÜRƏKKƏB Mənim rəfiqəm sadə bir qızdır (C.Əmirov); Mən o zəif və mürəkkəb insanların vücudunu, xüsusiyyətini öyrənmişdim (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / sadə1 1. простой, несложный, популярный, незатейливый, безискусственный; 2. наивный, простоватый, простодушный, скромный; 3. непроизводный; 4. гладкий (о материи); 5. просто, невычурно;
Azərbaycanca-rusca lüğət / sadə2 I прил. 1. простой: 1) не сложный, не трудный, легко доступный для понимания, выполнения, управления и т.п. Sadə iş простое дело, sadə məsələ простая задача, sadə mexanizm простой механизм, sadə tapşırıq простое задание, sadə həll простое решение 2) элементарный по составу, однородный, не составной. лингв. sadə cümlə простое предложение, физ. sadə cisim простое тело, хим. sadə efirlər простые эфиры, sadə gübrə простое удобрение 3) безыскусственный, не замысловатый, не вычурный. Sadə geyim простая одежда, sadə otaq простая комната, sadə dillə простым языком, sadə üslub простой стиль, sadə forma простая форма 4) открытый, бесхитростный, прямой. Sadə qadın простая женщина, davranışında sadə простой в обращении 5) исполненный бесхитростности, прямоты. Sadə münəsibətlər простые отношения, sadə təbəssüm простая улыбка 6) обыкновенный, ничем не примечательный. Sadə müəllim простой учитель, sadə xalq простой народ, sadə fəhlə простой рабочий 7) принадлежащий к трудовой части общества; трудящийся. Sadə zəhmət adamları простые люди труда 8) перен. наивный, простодушно-доверчивый (о человеке) 2. библ. упрощённый. Sadə yolla kitab işləmə упрощенная обработка книги, sadə nəşr упрощенное издание 3. элементарный (нетрудный, несложный, простейший). Sadə şeyləri bilmirlər элементарных вещей не знают 4. лингв. непроизводный. Sadə əsas непроизводная основа, sadə söz непроизводное слово II нареч. просто. Sadə geyinmək просто одеваться, sadə yaşamaq жить просто, sadə danışmaq говорить просто, sadə yazmaq писать просто, özünü sadə aparmaq вести себя просто; ən sadə самый простой, простейший; çox sadə: 1. очень простой, простейший; 2. очень просто
Azərbaycanca-rusca lüğət / sadə1 I. s. 1. simple; easy; 2. common, plain, ordinary; ~ həyat tərzi plain living; ~ adamlar common / ordinary people; ~ cümlə qram. simple sentence; ~ ədəd prime number; 3. modest; (yemək) frugal; ~ nahar frugal dinner; 4. humble, napve, naive II. z. simply; ~ yaşamaq to live simply
Azərbaycanca-ingiliscə lüğət / sadə1 sif. 1) simple ; 2) ordinaire, frugal, -e ; ~ insanlar simples gens m pl ; 3) naturel, -le ; sincère ; riyaz. ~ ədədlər nombres m pl premiers ; qram. ~ cümlə proposition f simple
Azərbaycanca-fransızca lüğət / sadə1 [fars.] прил. 1. четин тушир, асант, регьят; регьятвилелди гьял жедай (мес. месэла); 2. хуьс. маса акахьай затӀ авачир; сложный тушир; простой (мес. механизм); 3. тӀебии, регьятдиз гъавурда гьатдай (мес. чӀал, гаф, рахун); 4. масабурулай фаркьлу тушир, гьакӀан, адетдин, артух дамах гвачир (мес. ппек, тӀуьн); 5. кьетӀен ихтиярар (кьезил шартӀар) авачир, вири хьтин, адетдин (мес. фяле); // зегьметкеш; 6. пер. рикӀе затӀ авачир, рикӀ ахъа, рикӀ михьи, бижвал течир, фад чӀалахъ жедай, къени, дуьзена, дамах гвачир (мес. кас).
Azərbaycanca-ləzgicə lüğəti / sadə