* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi. // Saat ölçüsü vahidi. İki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir. – Bir saat sonra alaçığımıza köçdük. A.Şaiq. [Şahmar Şahpəriyə:] Gündə kitabxananı cəmi bir saat açıq saxlamırsan. B.Bayramov. □ Bu saat – indi, indicə. [Kazım:] Bu saat başını salamat saxlamaq istəyirsənsə, başını aşağı sal, kəsbkarlığına qurşan… Çəmənzəminli. Elə bil bu saat bütün xarici aləm yalnız sədrdən asılı idi. İ.Əfəndiyev. Haman saat – bax o saat. Haman saat işə başladı. O saat – tez, əlüstü, dərhal. Əgər mən biləm ki, qardaşım casusdur, o saat onu yaxalayıb, verərəm hərbi tribunala. H.Nəzərli. 2. Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxt ölçüsü. [Mərcan bəy:] Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! Ü.Hacıbəyov. Saat üçdü… Kazım işdən qayıtmış; Vücudunu qaplamışdı yorğunluq. M.Müşfiq. 3. Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz. Divar saatı. Cib saatı. Qol saatı. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. …Əzizin gözləri saatın yanından asılmış böyük bir şəklə ilişdi. S.Rəhman. 4. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlik müddət. Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davam edən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək. // Pedaqoji məşğələ, mühazirə. Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər? 5. Vaxt, çağ, an, zaman. Axşam saatlarında. – İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət; Ki, məşuqilə aşiq eyləyib nazişitab oynar. Füzuli. [Cavadın] dərələrdən quzuqulağı yığıb yediyi saatlar gözləri qabağında canlandı. Ə.Vəliyev. 6. bax saatlıq. Buradan oraya neçə saat yoldur? – Bakıdan buraya dörd saata gəlmişdik. M.Hüseyn. ◊ Bir saatın içində – dərhal, o saat, gecikmədən. Bir saatın içində ağa ikən qul oldum. B.Vahabzadə. Saatdan-saata – bax saatbasaat. Bina saatdan-saata ucalırdı. – Üçüncü quyu ətrafında görülən işlər gündən-günə deyil, saatdan-saata artır. Y.Əzimzadə.
Azərbaycan dilinin izahlı lüğəti / saat2 I сущ. 1. час: 1) единица измерения времени, равная 1/24 суток. Beş saatdan sonra через пять часов, bir saat bundan əvvəl час (тому) назад, bir saat gecikmək опоздать на (один) час, dörd saat ərzində в течение четырех часов, за четыре часа, üç saat gözləmək ждать три часа, iş neçə saata hazır olar? за сколько часов работа может быть готова? 2) мера времени в 60 минут, исчисляемая от полудня или от полуночи. Bakı vaxtı ilə saat 12-dir бакинское время – 12 часов, gecə saat birdə в час ночи, saat neçədir? который час? сколько времени? saat neçədə? в котором часу? во сколько часов? Qəbul saat 5-ə təyin olunub прием назначен на 5 часов, iclas saat 3-də qurtardı собрание закончилось в 3 часа, tamaşa saat 8-də başlanır спектакль начинается в 8 часов, saat 3-dən 7-yə qədər gözləmək ждать с трех часов до семи 3) промежуток времени, отводимый на урок, лекцию и т.п. Akademik saat академический час, dərs saatı учебный час 4) педагогические занятия, лекции и т.п. Universitetdə saat almaq получить часы в университете, sizin neçə saat dərs yükünüz var? сколько у вас часов учебной нагрузки? 5) время, пора. Axşam saatlarında в вечерние часы 6) время, момент наступления, осуществления чего-л. Təyin olunmuş saat назначенный час, görüş saatı час свидания, yemək saatı обеденный час, sınaq saatı час испытания, xoşbəxt saatlar счастливые часы, unudulmaz saatlar незабываемые часы 7) время, предназначенное, отведенное для чего-л. Məşğələ saatları часы занятий, qəbul saatları приемные часы, istirahət saatları часы отдыха, asudə saatlarda в часы досуга; комендант (qadağan) saatı комендантский час 2. часы (прибор для определения времени в пределах суток). Qol saatı наручные часы, divar saatı настенные часы, stolüstü saat настольные часы, cib saatı карманные часы, qızıl saat золотые часы, zəngli saat: 1) часы с боем 2) будильник; saatın kəfkiri (rəqqası) маятник часов, saatı qurmaq заводить часы, saatı yoxlamaq сверить часы, saat geri qalır часы отстают; saat irəli gedir часы спешат; qum saatı песочные часы; şahmat saatı шахматные часы II прил. часовой: 1. относящийся к часам. Saat əqrəbləri часовые стрелки (стрелки часов), saat mexanizmi часовой механизм, saat siferblatı часовой циферблат 2. связанный с производством, ремонтом и продажей часов. Saat zavodu часовой завод, saat emalatxanası часовая мастерская, saat mağazası часовой магазин; астр. saat dairəsi часовой круг, saat qurşağı часовой пояс, поясное время; pik saatı час пик (время наивысшего напряжения в работе транспорта, электростанции и т.п.) ◊ bu saat сейчас, сейчас же, немедленно; o saat, həmin saat тотчас, немедленно; hər saat каждый час, ежечасно; bir saatın içində в течение часа, за час, быстро; saat kimi işləmək работать как часы (точно, без срывов); saatı pis gətirdi kimin не повезло к ому; saatına düşmək прийти кстати; üstündən saat adlayıb kimin потерял сознание, упал в обморок кто
Azərbaycanca-rusca lüğət / saat1 I. i. (əşya-stol, yaxud divar saatı) clock; (cib, yaxud qol saatı) watch; qol ~ı wrist-watch; zəngli ~ alarm clock; danışan ~ talking clock; qum ~ı sand-glass; gün ~ı sun-dial; ~ı qurmaq to wind* a watch / clock; ~ irəli gedir the watch / clock is fast; ~ geri / dala qalır the watch / clock is slow; Saat 12-ni vurur The clock is striking twelve II. (60 dəqiqə) hour; bir ~ an hour; iki ~dan sonra in two hours; ~larla gözləmək to wait for hours; qəbul ~ı reception hours; (həkimin) consultation hours; iş ~ı office hours III. i. (vaxt) o’clock; time; ~ 8-də at eight o’clock; Saat neçədir? What is the time? What time is it? Sizdə saat neçədir? What is the time by your watch?
Azərbaycanca-ingiliscə lüğət / saat1 is. montre f (cib saatı) ; pendule f (divar, stolüstü saat) ; horloge f (qüllə saatı) ; zəngli ~ réveille-matin m (pl invar), réveil m ; qol saatı montre-bracelet f (pl montres-bracelets) ; qum saatı sablier m ; günəş ~ı cadran m solaire ; ~ı qurmaq remonter une montre ; ~ irəli gedir la montre avance ; ~ dala qalır la montre retarde ; ~ neçədir? Quelle heure est-il?
Azərbaycanca-fransızca lüğət / saat1 [ər.] сущ. 1. сят (1. суткадин 24-паюникай са паюниз, 60 декъикъадиз барабар вахтунин алцумаг; bu saat исят, исятда, гила; haman saat кил. o saat; o saat гьасят, гьасятда, фад; 2. вахт алцумдай прибор; divar saatı цлан сят; qol saatı гъилин сят; 3. ял ядай вахтни галаз тарсуниз, лекциядиз ва мс. серф жедай 60 декъикъа вахт; // тарс, лекция; dərs saat кӀелунин-тарсунин сят (45 декьикьа); 4. вахт, заман, чӀав; 5. кил. saatlıq); 2. сятдин; сятинин; saat əqrəbi сятдин акьраб; ** bir saatın içində са сятдин къене, гьасятда, фад, геж тахьана; saatdan-saata кил. saatbasaat.
Azərbaycanca-ləzgicə lüğəti / saat