Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır.
Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orijinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır.
Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir.
Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır:
İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir.
Pavilyon d'Orloj
Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.