şərt sözü azərbaycan dilində

şərt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şərt • 97.9184%
  • Şərt • 1.9128%
  • ŞƏRT • 0.1688%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Şərt (proqramlaşdırma)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
Şərt (kompüter proqramlaşdırması)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
IF deyimi (şərt deyimi)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. == Terminologiya == "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.
Qeyd-şərtsiz kapitulyasiya
Qeyd-şərtsiz kapitulyasiya — təslim olan tərəfə heç bir zəmanət, arxayınlıq və vəd verilmədiyi təslimiyyət. Çox vaxt tamamilə məhv edilmə təhlükəsi ilə tələb olunur. Yalnız qeyd-şərtsiz kapitulyasiyanın məqbul olduğunu elan etmək daha zəif rəqibə psixoloji təzyiq göstərir, lakin bu, həm də düşmənçilik müddətini uzada bilər. Tərəf adətən yalnız öz rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik olduğu halda, qələbənin qaçılmaz olduğu düşünüldükdə qeyd-şərtsiz kapitulyasiyanı tələb edir. Müasir dövrdə qeyd-şərtsiz kapitulyasiya daha çox beynəlxalq hüququn təmin etdiyi təminatları əhatə edir. Bəzi hallarda kapitulyasiya həqiqətən qeyd-şərtsiz qəbul edilir, digər hallarda isə şərtlər təklif edilir və qəbul edilir, lakin qüvvələrin simvolik məqsədlər üçün "qeyd-şərtsiz kapitulyasiya"ya tabe olduğu elan edilir. Bu cür təslimiyyət təslim edən tərəf tərəfindən qeyri-rəsmi olaraq razılaşdırılmış təminatların gözlənilməsi ilə də qəbul edilə bilər. Müsəlmanların çox az itki verərək taktiki cəhətdən rəqiblərinə qalib gəldiyi Xəndək döyüşündən sonra müsəlmanları məğlub etmək cəhdləri uğursuzluğa düçar olmuş, islam regionda nüfuz sahibinə çevrilmişdir. Nəticədə müsəlman ordusu Bəni-Qureyzə qəbiləsinin məhəlləsini mühasirəyə almış və onların qeyd-şərtsiz kapitulyasiyasına səbəb olmuşdur. İslamı qəbul edən bir neçə kişidən başqa bütün kişilər edam edilmiş, qadınlar və uşaqlar isə köləyə çevrilmişdir.

şərt sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. Fiziki hazırlıq uçuş üçün əsas şərtdir. İcranın yoxlanması müvəffəqiyyətin mühüm şərtidir. – Yalnız qabaqcıl fikirlərlə yaşamaq azdır, bu fikirləri yüksək bədii şəkildə əks etdirmək də sənət əsəri üçün zəruri şərtdir. M.İbrahimov. 2. Bir-birilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb və ya təklif. [Məmmədbağır] axırda Əsməri tapıb onunla evləndi, çünki Əsmər onun istədiyi şərtlərə tamamilə uyğun idi. S.Hüseyn. □ Şərt etmək (qılmaq, kəsmək) – əvvəlcədən razılaşmaq, uzlaşmaq, sözü bir etmək, kəsdirmək. Aqibət şərt qıldı iki təbib; Hərə bir zəhr eyləsin tərtib. S.Ə.Şirvani. [Zakirov Nisə xanıma:] Nisə, evdən çıxanda səninlə söz danışdıq, şərt kəsdik. Ə.Məmmədxanlı. 3. Müqavilənin, tərəflərin bu və ya digər öhdəliyini müəyyənləşdirən maddəsi. □ Şərt bağlamaq – bir şey haqqında razılığa gələrək yazılı və ya şifahi şəkildə qarşılıqlı öhdəlik götürmək. 4. İki və ya bir neçə şəxs arasında saziş, uzlaşma, bağlaşma, şərtləşmə. Şərtə görə o, işi dünən qurtarmalı idi.□ Şərt bağlamaq – müqavilə (saziş) bağlamaq, şərtləşmək. Sizin yanınızda şərt bağladıq biz; Boyun qaçırmadıq öz vədimizdən… S.Vurğun. ◊ Şərti şumda kəsmək – sonradan mübahisə, anlaşılmazlıq olmasın deyə, bir şey haqqında qabaqcadan razılığa gəlmək, əvvəlcədən razılaşmaq, şərtləşmək, qərarlaşmaq. Dəstəyə təzə adamlar gələndə Şamil əvvəlcədən şərti şumda kəsərdi. M.Hüseyn. [Allahqulu:] Kənddə belə məsəl çəkərlər ki, “şərti şumda kəsək, xırmanda yaba qapmayaq”. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / şərt
  • 2 ə. 1) əsas, zəmin; 2) sazişdə və s. irəli sürülən təklif, tələb.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şərt
  • 3 \ – bir başqa şeyin özünə bağlı olduğu, bir başqa şeyi imkanlı qılan şey. Şərtli imperativ \

    Fəlsəfə terminlərinin izahlı lüğəti / şərt

şərt sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 müqavilə — razılıq — sözləşmə — əhd

    Azərbaycan dilinin sinonimlər lüğəti / şərt
  • 2 1. ŞƏRT (bir-biri ilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb, təklif) [Səlim bəy:] Lakin təslim şərtindən bir şey yazmır (S.S.Axundov); KƏSİMƏT Qızqayıt çaylaq aşağı getdikcə öz kəsiməti haqqında fikirləşirdi: “Bəlkə göyərçin vermədi!..” (S.Rəhimov). 2. ŞƏRT, ƏSAS, ZƏMİN

    Azərbaycan dilinin sinonimlər lüğəti / şərt

şərt sözünün rus dilinə tərcüməsi

  • 1 1. условие, уговор, кондиция; 2. оговорка;

    Azərbaycanca-rusca lüğət / şərt
  • 2 I сущ. условие: 1. требование, предложение одной договаривающейся стороны, принимаемое или отвергаемое другой стороной. Labüd (zəruri) şərt непременное (обязательное) условие, ilkin şərt предварительное условие, məqbul şərt приемлемое условие, şərt qoymaq ставить, поставить, выдвигать, выдвинуть условие, şərti rədd etmək отвергать, отвергнуть условие, şərti qəbul etmək принимать, принять условие, şərtə razı olmaq согласиться с каким-л. условием 2. обязательство какой-л. стороны или сторон, обусловленное договоренностью; статья официального документа, определяющая такое обязательство. Əlverişli şərtlər выгодные условия, ağır şərtlər тяжёлые условия, alçaldıcı şərtlər унизительные условия, barışığın şərtləri условия перемирия, müqavilənin (kontraktın) şərtləri условия договора (контракта), şərtlərə əməl etmək соблюдать условия, şərtləri pozmaq нарушать условия, nəyin şərtlərinə görə (şərtlərinə əsasən) по условиям (согласно условиям) чего 3. основа, предпосылка для чего-л. Başlıca şərt главное условие, həlledici şərt решающее условие, istilik bitkilərin inkişafının vacib şərtidir тепло – важное условие развития растений 4. положения, сведения, лежащие в основе чего-л., исходные данные о чем-л. Məsələnin şərti условия задачи, tapşırığın şərti условия задания (упражнения) 5. уговор, соглашение о чём-л. между двумя или несколькими лицами. Mənim şərtim budur вот мое условие II прил. лингв. условный (указывающий на условие, выражающий значение условия). Şərt bağlayıcısı условный союз, felin şərt forması условное наклонение глагола, şərt budaq cümləsi условное придаточное предложение; şərt zərfliyi обстоятельство условия ◊ güzəştli şərtlərlə на льготных условиях, с предоставлением льгот; şərt kəsmək (etmək, qılmaq) условиться (договориться между собой относительно чего-л.); şərt bağlamaq заключить какое-л. условие; şərt deyil не обязательно; bir şərtlə с одним условием, при одном условии; şərti ilə … с условием …, на условии …, под условием … Qaytarmamaq şərtilə с условием не возвращать, не требуя возврата; şərti şumda kəsmək заранее договориться

    Azərbaycanca-rusca lüğət / şərt

şərt sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. condition, term; 2. reservation; ~ kəsmək to agree / to settle (with, on); ~ qoymaq to make* term, to lay* down conditions / terms; Sizin şərtləriniz hansılardır? What are your terms? Bu şərtlə ki,... On condition that,... Provided,... Providing...; Mən onu bu şərtlə edərəm ki, siz mənə kömək edəsiniz I will do it provided you help me II. s. conditional; ~ budaq cümləsi qram. conditional subordinate clause

    Azərbaycanca-ingiliscə lüğət / şərt

şərt sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) condition f, circonstances f pl ; terme m ; 2) réservation f ; Bu şərtlə ki,. . . à (la) condition que. . . ~ qoymaq poser des conditions ; 2) clause f ; ~ pozmaq violer une clause ; qram. ~ budaq cümləsi proposition f subordonnée de condition

    Azərbaycanca-fransızca lüğət / şərt

şərt sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. шартӀ; 2. шартӀ, икьрар; şərt etmək (qılmaq, kəsmək) шартӀ хьун (авун), виликамаз меслятна разивилиз атун, рази хьун, икьрар хьун, гаф сад авун; şərt bağlamaq шартӀ кутӀунун; договор кутӀунун; ** şərti şumda kəsmək цан цадамаз шартӀ хьун, са кар ийидамаз ахпа пашман (къал, гьуьжет) тахьун патал виликамаз (эвелдай) меслятна разивилиз атун, меслят хьун, рази хьун, икьрар хьун, шартӀ кутӀунун.

    Azərbaycanca-ləzgicə lüğəti / şərt

şərt sözünün türk dilinə tərcüməsi

"şərt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şərt nədir? #şərt sözünün mənası #şərt nə deməkdir? #şərt sözünün izahı #şərt sözünün yazılışı #şərt necə yazılır? #şərt sözünün düzgün yazılışı #şərt leksik mənası #şərt sözünün sinonimi #şərt sözünün yaxın mənalı sözlər #şərt sözünün əks mənası #şərt sözünün etimologiyası #şərt sözünün orfoqrafiyası #şərt rusca #şərt inglisça #şərt fransızca #şərt sözünün istifadəsi #sözlük