şərh sözü azərbaycan dilində

şərh

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şərh • 99.6613%
  • Şərh • 0.3141%
  • ŞƏRH • 0.0246%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şərh Surəsi
94-cü surə
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Corc Herbert Volker Buşun brokkoli şərhləri
41-ci ABŞ prezidenti Corc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir. Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır. Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər. Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən Buş aşağıdakı fikirləri səsləndirmişdir: Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır. Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır. == Analiz == Araşdırmalar göstərir ki, Buş prezidentliyi dövründə brokkolini sevməməsi barədə 70 dəfə şərh vermişdir. Onun brokkoli şərhləri amerikalıların çoxuna xitab etmirdi, çünki brokkoli ABŞ-də getdikcə populyarlaşırdı və "80-ci illərin tərəvəzi" hesab olunurdu.Buşun antibrokkoli şərhləri ABŞ-dəki fermer icmasının xoşuna gəlmirdi və Buşun yemək vərdişləri haqqında debatlara səbəb olmuşdur.
Siyasi şərhçi
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Vətəndaş müharibəsinə şərhlər (kitab)
Vətəndaş müharibəsinə şərhlər (latınca: Commentarii de Bello Civili) — Yuli Sezar tərəfindən yazılan, Pompey və Roma senatı ilə olan vətəndaş müharibəsini təsvir etdiyi kitab. == Haqqında == Sezarın digər kitabı olan Commentarii de Bello Gallico ilə müqayisə edildiyində sadəcə 3 cilddən ibarət olmasına görə daha qısadır. Ehtimal edilir ki, tamamlanmamışdır. Kitab e.ə. 49–48-ci illər arasında, Sezarın İtaliyanı ələ keçirməsindən qısa müddət əvvəl başlayan və Pompeyin Farsalus döyüşündə məğlub edilməsindən sonra onu təqib edən Sezardan qurtulmaq üçün Misirə qaçması arasında baş verən hadisələrdən bəhs edir. Pompeyin öldürülməsi və Sezarın Misirdəki vətəndaş müharibəsində döyüşən tərəf olaraq İsgəndəriyyə döyüşünə girməsi ilə sonlanır. Commentarii de Bello Civilinin Sezar tərəfindən yazılıb-yazılmadığı ilə bağlı hər hansı mübahisə yoxdur. Lakin, De Bello Alexandrino, De Bello Africo ve De Bello Hispaniensi adlı kitabların başqaları tərəfindən yazıldığı güman edilir: II əsrdə yaşamış tarixçi Suetonius bu kitabları Aulus Hirtius və Qay Oppiusun yazdığını iddia etmişdir.
Şərhçi
Şərhçi — kütləvi informasiya vasitələrində vəzifə. Bu vəzifə daşıyıcısı konkret sahə üzrə şərhlərin müəllifi olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 57.18 dəfə / 1 mln.
2002 •••••••••••• 51.39
2003 ••••••••••• 45.27
2004 •••••••••• 43.79
2005 ••••••••••• 45.21
2006 ••••••••••• 46.17
2007 ••••••••••• 47.15
2008 •••••••••• 40.93
2009 •••••••••••• 52.47
2010 ••••••••••••• 54.92
2011 ••••••••••••••• 63.49
2012 •••••••••••• 52.75
2013 •••••••••••••••••••• 85.19
2014 ••••••••••••••••• 71.73
2015 •••••••••••••••••• 78.42
2016 ••••••••• 39.57
2017 ••••••••• 39.83
2018 •••••••••• 44.35
2019 ••••••••••• 48.40
2020 •••••••••••••••••••• 88.98

şərh sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Açma, anlatma, izah (etmə), təfsir (etmə), bildirmə. // Bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr. Siyasi mətbuatda şərh. □ Şərh etmək (eləmək, qılmaq) – açmaq, anlatmaq, izah etmək. Mən nə hacət ki, qılam daği-nihanim şərhin? Füzuli. Çox təbibə şərh elədim dərdimi; Heç görmədim çarələnmiş könlümü. M.V.Vidadi. Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı; Həm də doğru olaraq şərh edək əhvalımızı. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / şərh

şərh sözünün sinonimləri (yaxın mənalı sözlər)

şərh sözünün rus dilinə tərcüməsi

  • 1 изложение, объяснение, пояснение, толкование, комментарий

    Azərbaycanca-rusca lüğət / şərh
  • 2 сущ. 1. объяснение, разъяснение, толкование 2. комментарий: 1) толкование, разъяснение какого-л. текста. Əlyazmasının ətraflı şərhi подробный комментарий к рукописи, əsəri şərhlərlə nəşr etmək издать произведение с комментариями 2) рассуждения, пояснительные и критические замечания по поводу чего-л. 3. интерпретация (толкование, объяснение, раскрытие смысла чего -л). Qanunun şərhi интерпретация закона 4. дефиниция (краткое логическое определение какого-л. понятия, содержащее наиболее существенные его признаки) 5. биол. экспликация (разъяснение, объяснение) 6. библ. аннотирование (краткое изложение содержания чего-л. в виде перечня главнейших вопросов); şərh etmək: 1) объяснять, объяснить; истолковывать, истолковать 2) комментировать, прокомментировать; şərh edilmək (şərh olunmaq): 1. объясняться, быть, объяснённым 2. комментироваться, быть прокомментированным 3. истолковываться, быть истолкованным 4. излагаться, быть изложенным

    Azərbaycanca-rusca lüğət / şərh

şərh sözünün inglis dilinə tərcüməsi

  • 1 i. account, explanation, commentary; ~ etmək to give* an explanation (to), to explain (to); qanunu ~ etmək to interpret the law; Bu hadisə (hərəkəti) ancaq belə şərh etmək olar This action may be interpreted only this way; Nə qədər şərh etsən də o, başa düşmür You can go on explianing till tomorrow without making him / her understand, It is waste of time to try to explain things to him / her

    Azərbaycanca-ingiliscə lüğət / şərh

şərh sözünün fransız dilinə tərcüməsi

  • 1 is. commentaire m, explication f, interprétation f ; exégèse f ; ~ etmək expliquer vt, commenter vt, interpréter vt ; Quranın ~i exégèse coranique

    Azərbaycanca-fransızca lüğət / şərh

şərh sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. баян (гун, авун), гъавурда ттун, мана ачухрун, малумрун, лугьун, чирун; şərh etmək (eləmək) баян авун, ачухрун, гъавурда ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / şərh

şərh sözünün türk dilinə tərcüməsi

şərh sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Bax: şərh olunmuş referat.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) mənanı açma, izah etmə; izah; 2) bir əsərin izahına həsr edilmiş başqa bir əsər; təfsir. Şərhi-hal 1) mövcud vəziyyəti bildirmə, məlumat vermə; 2) tərcümeyi-hal; şərhi-mütəvvəl uzun-uzadı danışıq, mübahisə, hadisə və s.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şərh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şərh nədir? #şərh sözünün mənası #şərh nə deməkdir? #şərh sözünün izahı #şərh sözünün yazılışı #şərh necə yazılır? #şərh sözünün düzgün yazılışı #şərh leksik mənası #şərh sözünün sinonimi #şərh sözünün yaxın mənalı sözlər #şərh sözünün əks mənası #şərh sözünün etimologiyası #şərh sözünün orfoqrafiyası #şərh rusca #şərh inglisça #şərh fransızca #şərh sözünün istifadəsi #sözlük