Şərq sözü azərbaycan dilində

Şərq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şərq • 78.4946%
  • şərq • 21.4910%
  • ŞƏRQ • 0.0144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. == Ümumi məlumat == Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şərq laləvəri
Şərq legionları
Şərq legionları (alm. Ostlegionen‎) — İkinci Dünya müharibəsi zamanı SSRİ işğalı altında olan xalqların nümayəndələri və hərbi əsirlərindən təşkil edilmiş və Nasist Almaniyası tərəfində vuruşan könüllü hərbi qruplaşmalardır. == Tərkibi == İngili-amerikan və alman təxminlərinə görə, Şərq legionlarına aşağıdakı qruplaşmalar daxildir: Erməni legionu — 11 batalyon (18 000 nəfər) Azərbaycan legionu — 14 batalyon (40 000 nəfər) Şimali Qafqaz legionu — 5 batalyon (həmçinin Bergmann xüsusi təyinatlı batalyon) (təxminən 5.000 nəfər) Gürcü legionu — 14 batalyon (30000 nəfər) Latış legionu (8000 nəfər) Türkistan legionu — 34 batalyon (450, 452, 781, 782, 783, 784, 785, 786, 787, 788, 789, 790, 791, 792, ?, ?) (11000 nəfər) İdil-Ural legionu (Volqa-tatar legionu) — 8 batalyon (825—834) (13000 nəfər) Ümumilikdə təxminən 130.000-150.000 nəfər. == Legionerlərin geyim forması == İlk vaxtlar legionerlərə xaki rəngli alman hərbi forması və dərəcə nişanları vermək nəzərdə tutulmuşdu. Ancaq 1942-ci il 24 aprel tarixli qərarda bu məsələyə yenidən qayıdıldı və seyimlərinin alman əsgərlərinin geyimi ilə fərqli olması xüsusı qeyd edildi. Beləcə legionerlər alman hərbi formasını qazandılar və ruslar, ukraynalılar, beloruslardan fərqli olaraq kazaklar kimi alman rütbə nişanları daşımaq hüququ əldə etdilər. Onların rütbə göstəricisi olan ənənəvi döş nişan və baftaların çiyin nişanları və ulduzları tamamilə fərqli idi. Legionlarda müvəqqəti qrup rəhbərləri, taqım və bölük rəhbərləri hərbi dərəcəsinə görə deyil, hərbi mövqeyinə görə seçilirdi. Hər hansı bir çatışmayan cəhətə görə vəzifədən uzaqlaşdırılanda onlar nişanlarını da təhvil verməli idilər.
Şərq meyvəyeyəni
Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir.
Şərq mirvarisi
"Şərq mirvarisi" televiziyaqülləsi -Asiyanın ən yüksək üçüncü (hündürlük 468 metr), dünyanın beşinci ən böyük teleqülləsidir,hansı ki Pudon Şanxayda yerləşir Qüllədə yerləşən məntəqələr: Fırlanan restoran, 267 metr yüksəklikdə; rəqs meydançası, bar və karaoke otaqları ilə birlikdə 20 otaq - 271 metr yüksəklikdə; 350 metr hündürlükdə bir görüntü platforması, konfrans salonu və qəhvə mağazası olan penhouse Qüllənin dizaynı 11 külək elementinə istinad edilərək hazırlanıb. İki ən böyük sahənin 50 m (aşağı, "Space City") və 45 m (üst, "Space Modulu") diametri var. Bu sahələr hər biri 9 m diametrli üç silindrli sütunla bir-birinə bağlanır; sütunların daxili hissəsində Space Hotel otaqlarının yerləşdiyi beş kiçik sahə var. Yaxınlıqda Asiyanın ən uzun yaşayış məntəqələrindən olan olan 88 mərtəbəli Jin Mao göydələnidir. Xüsusilə bunun üçün üç ölçülü bir işıqlandırma işlənmişdir ki, bu da fantastik görünüş yaradır. . == Populyar mədəniyyətdə == === Kinoda === " Transformerlər: Məğlubların qisası " - Filmin əvvəlində Şanxayda Şərq incisi fonda görünür " Godzilla: Son Döyüşlər " - Şanxayda ekranlaşdırılan film.
Şərq mədəniyyəti
Şərq mədəniyyəti — ən qədim və eyni zamanda ən canlı mədəniyyətdir. Bunu bir sıra faktlar təsdiq edir. Şərq ölkələrində çox qədim buddizm və induizm məbədləri bu gün də fəaliyyət göstərir, çoxsaylı mədəni abidələr tanınır və öyrənilir. Eramızdan əvvəl birinci minillikdə yazılmış "Bhaqavat-Qita" əsəri xüsusilə qeyd olunmalıdır. Şərq mədəniyyəti daim zəka və biliyə müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə və irrasionalizmə istiqamətləndirilmişdir. Şərq mədəniyyətinin fenomenal sabitliyi dərinlik və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni zamanda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır: ruhların yenidən təzahür etməsi fikri bunun təsdiqidir.
Şərq məryəmnoxudu
Şərq məryəmnoxudu (lat. Teucrium orientale) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Melosmon orientale (L.) Raf. == Yarımnövləri == Teucrium orientale var. glabrescens Hausskn. ex Bornm. Teucrium orientale subsp. gloeotrichum Rech.f. Teucrium orientale var. orientale Teucrium orientale var.
Şərq məsələsi
Şərq məsələsi — XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi "Şərq məsələsi"nin yaranmasına səbəb oldu. "Şərq məsələsi"nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı. == Tarixi == Rusiyanın xarici siyasətinin ana xəttinə çevrilən "Şərq məsələsi" XVIII əsrin II yarısında rəsmən daxil edildi və beynəlxalq münasibətlər sisteminə bir problem kimi əlavə olundu. Beləliklə, XVIII əsrin sonlarından etibarən "Şərq məsələsi" rəsmi ideoloji və diplomatik bir problemə çevrilir. "Şərq məsələsi"ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmışdılar. Ancaq başlıca maraqlı tərəflər Rusiya və İngiltərə idi. Rusiya imperatoru I Pyotr xarici siyasət məsələlərini işləyib hazırlayarkən Boğazlar məsələsinə, isti dənizlər məsələsinə, İstanbulun ələ keçirilməsinə və bütövlükdə "Şərq məsələsi"nə xüsusi diqqət verirdi ki, bu məsələnin öz xeyrinə həllində erməniləri öz tərəfinə çəkmək üçün yollar axtarırdı. Bilirdi ki, erməniləri vədlər hesabına ələ almaq çox asandır. "Şərq məsələsi"nin əsas hədəfi orta əsrlərin ən qüdrətli dövləti olan Osmanlı imperatorluğuna qarşı çevrilmişdir.
Şərq palıdı
Quercus macranthera (lat. Quercus macranthera) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Yаbаnı hаldа Qаfqаzdа və Yаxın Şərqdə bitir. Аzərbаycаnın еndеm bitkisi оlub, ilk dəfə Tаlış zonasındа təsvir еdilmişdir. == Botaniki təsviri: == Hündürlüyü 30 m-ə, gövdəsinin diаmеtri 60 sm-ə çаtаn аğаcdır. Gövdəsinin qаbığı qаlın, bоzumtul-qəhvəyi rəngdədir, yuxаrıyа dоğru nаzikləşir. Budаqlаrı sıx, sаrımtıl-bоz tüklüdür. Zоğlаrı və tumurcuğu sıx tükcüklüdür. Yаrpаğı 8-12sm uzunluqdа, 3-12 sm еnində, dərivаri, tərs-yumurtаvаri və yа uzunsоvdur. Qаidəsi pаzvаri və yа ürəkşəkillidir.
Şərq peripatetizmi
Şərq peripatetizmi — İslam mədəni bölgəsində "məşşailik" adı ilə məşhurdur. Antik Yunan Roma fəlsəfəsinin islam dünyasına tərcümə edilərək yayılmasından sonra Şərq dünyasında doğan fəlsəfə məktəbinin adıdır. Şərqin ən böyük dahi filosofları məhz bu fəlsəfə məktəbinə məxsusdur. Onlardan Fərabi, İbn Sina, İbn Rüşd, İbn Misqəveyh Fəxrəddin Razi və s.-lərinin adlarını şəkmək mümkündür. Bəhmənyar adı ilə tanınan Azərbaycanlı məşhur filosof Əbülhəsən Mərzuban Bəhmənyar Azərbaycani İbn Sinanın şagirdi olmuş və Şərq peripatetizmini davam və inkişaf etdirmişdir. Cərəyan antik dünyanın filosofu, böyük zəka sahibi, elmlərin ilk təsnifatının müəllifi yunanlı Aristotelin Afrikada təşkil etdiyi fəlsəfi məktəbin adından götürülmüşdür. Bu termin Aristotelin təlim — tədris metodikası ilə bilavasitə bağlı olub, fərqli bir tədris üsulunu özündə əks etdirir. Belə ki, Aristotel öz tələbələrinə dərs keçərkən piyada gəzintiyə geniş yer verərmiş. Piyada gəzinti zamanı tələbələrinə dərs keçən filosofun tədris üsulu yunan dilində "peripatetikos" adlanırdı. Sonradan filosofun tələbələri və onun fəlsəfi irsini davam etdirən filosoflar bu nəzəri sistemi mənimsəyib daha da inkişaf etdirərək peripatetizm fəlsəfi məktəbini formalaşdırmış oldular.
Şərq qaraçöhrəsi
Şərq qarağatı
Şərq qarağatı (lat. Ribes orientale) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda, Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə çatan koldur. Zoğları hamar və ya tikanlıdır. Yaşlı budaqların qabığı uzun saplaq şəklində soyulur. Yarpaqları tökülən, neştərvari, saplaqlı, 3-5 dilimli, cərgə ilə düzülmüş, tünd yaşıl, hər iki tərəfdən zəif tüklərlə və çoxlu miqdarda vəziciklərlə örtülüdür. Yarpaq dilimlərinin kənarları dəyirmi-böyrəkvari dişlidir. Tumurcuqları az miqdarda dərivari və ya otlu pulcuqlara malikdir. May-iyun aylarında çiçəkləyir.
Şərq qağayısı
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. == Yayılması == Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir == Həyat tərzi == Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.
Şərq qorillası
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Şərq qərənfili
Şərq qərənfili (lat. Dianthus orientalis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Şərq sigezbekiyası
Şərq sigezbekiyası (lat. Sigesbeckia orientalis) — sigezbekiya cinsinə aid bitki növü.
Şərq süddəyəni
Şərq süddəyəni (lat. Lactuca orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Phaenixopus orientalis Boiss. Scariola orientalis (Boiss.) Soják == Yarımnövləri == Lactuca orientalis subsp. nuristanica (Podlech & Rech.f.) Bano & Qaiser Lactuca orientalis subsp.
Şərq sünbülçiçəyi
Şərq sünbülçiçəyi (lat. Hyacinthus orientalis) — bitkilər aləminin qulançarkimilər dəstəsinin qulançarkimilər fəsiləsinin sünbülçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Scilla coronaria Salisb. == Yarımnövləri == Hyacinthus orientalis subsp. chionophilus Wendelbo Hyacinthus orientalis subsp.
Şərq süsənbəri
Şərq süsənbəri (lat. Alisma orientale) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Şərq səlbi
Şərq səlbi (lat. Platycladus orientalis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin səlb cinsinə aid bitki növü. Vətəni Şimali-Qərbi Çin, Mancuriya, Koreyadır. Cənubi və orta Avropada və bir çox başqa ölkələrdə təbii halda bitir. Hündürlüyü 10–18 m-ə çatan, çoxgövdəli ağacdır. Gövdəsi nazik qırmızımtıl-qəhvəyi qabıqlıdır. Çətiri yumurtavarı, enli və ya ensiz piramida formalıdır. Tumurcuqları növbəli yerləşir, oturaq olub, pulcuqsuzdur. Yarpaqları pulcuqvarı tünd-yaşıldır, qərb tuyasına oxşayır. İynəyarpaqların hər iki tərəfi eyni rəngdədir və əzdikdə qatran iyi verir.
Hablas (Lahican-i Şərqi dehistanı)
Hablas (fars. هابلس‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Lahican-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Haitinin Cənub-Şərq departamenti
Cənub-Şərq departamenti (fr. Le département du Sud-Est, h.kreol Sidès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahəsi — 2 034 km², əhalisi — 575 293 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Jakmel.
Haitinin Şimal-Şərq departamenti
Haitinin Şimal-Şərq departamenti (fr. Le département du Nord-Est, h.kreol Nòdès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahə — 1805 km², əhalisi — 358 277 nəfər (2009). İnzibati mərkəzi — For-Liberte. Şərqdə Dominikan Respublikası ilə sərhəddir.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
I Dünya Müharibəsinin Orta Şərq teatrı
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. == Müharibədən əvvəl == === Xarici siyasətdəki vəziyyət və Osmanlı İmperiyasının daxili vəziyyəti === 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Limli (Şərqi Azərbaycan)
Limli (fars. خر‎) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənddir. İndiki durumda 20 ailədən ibarətdir. Limlinin qonşu kəndləri bunlardır: Quzeydən Tumar, Doğudan İdəli, Güney Doğudan Ocaq qışlaq, Güneydən Aşağı Sümüklü, Güney Batıdan Yuxarı Sümüklü və Pecnallı, Batıdan Dəmirçixarabası və Daşbulaq. Limli kəndində Cavanşir soyu daha çox yaşamışdır. Limlinin nüfusu keçən 50 ildə 100 oğuşdan (ailədən) ibarət olmuşdur. Ancaq şəhərlərə köç nəticəsində indi 20 ailədən ibarətdir. Limliyə yaxın kəndlər bunlardır: Tıbılğa, Xəmmət, Təkbulaq, Kolankəndi, Balabəyli, Nəzərəlbulağı, Məstalbəyli, Qızqalası, Məscidli, Şahtəpəsi, İncilli, Onbirbəylər. Limli Biləsuvar və Germiyə yaxındır. Əhalisinin çoxu Parsabada, Ərdəbilə və Tehrana köçmüşdür.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Moskva Şərqşünaslıq İnstitutu
Moskva Şərqşünaslıq İnstitutu (MŞİ) — 1920—1954-ci illər arasında Moskva şəhərində fəaliyyət göstərmiş ali təhsil müəssisəsi. 27 oktyabr 1921-ci il tarixdə Moskvadakı şərqşünaslıq tədris edilən bütün ali təhsil müəssisələri (o cümlədən Lazarev İnstitutu), müxtəlif ali təhsil müəssisələrinin şərq şöbələri bu instituta birləşdirildi. İnstitut bir müddət Nəriman Nərimanovun adını daşımışdı. 1927-ci ildə inistitutun direktoru Səncər Asfəndiyarov idi, hansı ki, özünün qısa müddət rəhbərliyi dövründə institutun işlərini lazimi səviyyədə qaydaya sala bilmişdi. İnstitut 1954-cu ildə bağlandı. Hind, Yaxın Şərq və Orta Şərq dilləri kafedrası praktiki olaraq tamamilə MDBMİ-yə verildi. Hal-hazırda keçmiş institutun binasında Ermənistanın Rusiya səfirliyi yerləşir.
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. == Yaranması == 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. == Fəaliyyəti == Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Naxçıvan Şərq hamamı
Naxçıvan Şərq hamamı — Naxçıvan şəhərində yerləşən, XVIII əsrə aid memarlıq abidəsi. Naxçıvanda vaxtilə inşa olunan zəngin tərtibatlı hamam bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxildir. Naxçıvan Şərq hamamı Naxçıvan şəhərindəki Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısında yerləşir. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir. Hamam kəhriz suları vasitəsilə işləmiş və uzun müddət ondan təsərrüfat işləri məqsədilə istifadə olunmuşdur. Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfındən qorunur.
Nəsirabad (Şərqi Azərbaycan ostanlığı)
Nəsirabad (fars. نصيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (23 ailə).
Ocaqkəndi (Dizmar-i Şərqi dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (9 ailə).
Orta Şərq Texniki Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Orta Şərq ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Otluq şərq alabayquşu
Otluq şərq alabayquşu (lat. Tyto longimembris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Puşkinin ölümünə Şərq poeması
"Puşkinin ölümünə Şərq poeması" (fars. مرثیهٔ شرق در وفات پوشکین‎, translit. Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema, qəsidə. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb. Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir. Poema müəllifin dərc edilmiş ilk işi idi və onun ilk mühüm əsəri sayılır. Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq və Maarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzə Əli və s.
Qalisiya (Şərqi Avropa)
Qalisiya — 1945-ci ildə edilən sərhəd dəyişikliyi nəticəsində Polşa və Ukrayna dövlətlərinin daxilində qalan tarixi bölgə. == Tarixi == Birinci Dünya müharibəsi zamanı (1914–1918) Osmanlı ordusu müttəfiq güclər (Almaniya, Avstriya-Macarıstan İmperiyası) ilə birlikdə Rusiya İmperiyasına qarşı Avstriya-Macarıstanın bir əyaləti olan bu torpaqlarda vuruşmuşdur (1916–1917). Osmanlı ordusu Qalisiya cəbhəsində 1050-dən artıq şəhid vermiş və burada 13 ayrı yerdə türk şəhidlikləri və abidələri düzəldilmişdir.
Qarababa (Ucan-i Şərqi dehistanı)
Qarababa (fars. قره بابا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı, Ucan-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.472 nəfər yaşayır (530 ailə).
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. == Məzmun və quruluşu == Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. == Divandan parçalar == .
Qəzənfər Əliyev (şərqşünas)
Qəzənfər Yusif oğlu Əliyev (1930, Gəncə – 1984, Bakı) — görkəmli Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı. == Həyatı == Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini 5 nömrəli şəhər məktəbində almış (1937-1947), Bakıda ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (28 yanvar, 1958). SSRİ EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1956-1964), sonra baş elmi işçi olmuşdur. 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Xarici ölkələrə — Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr etmişdir. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur.
REA Şərqşünaslıq İnstititutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.

şərq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Dünyanın dörd cəhətindən biri – günçıxan tərəfi; günçıxan, gündoğan. Evin pəncərələri şərqə baxır. – Şərqdə dan yeri yenicə sökülürdü. Ə.Sadıq. // Qərbə (günbatana) müqabil cəhət, istiqamət. Şəhərin şərq tərəfində gözəl bağ salınmışdı. – Ərşad bilirdi ki, şəhərin şərq qurtaracağında Mahmud bəyin evlərini veriblər milis rəisinə. İ.Əfəndiyev. Şərqə doğru bir adam gedirdi. Ə.Məmmədxanlı. 2. Günçıxan səmtdə yerləşən ölkələr (bu mənada “Ş” böyük hərflə yazılır). Şərqə səyahət. Yaxın Şərq. Uzaq Şərq. Şərqi öyrənmək. – Elə ucaldı ki, o böyük insan; Şərqin hər yerindən xalqa göründü. B.Vahabzadə. // Həmin ölkələrə aid olan, mənsub olan. Şərq memarlıq abidələri. Şərq mədəniyyəti. Şərq xalqları. – “Şəbi-hicran”, qoca Şərqin öz varlığı, öz adıdır; Məhkum olan millətlərin “yandım” deyən fəryadıdır. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / şərq
  • 2 ə. coğrafi cəhət; günçıxan, gündoğan // məşriq.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şərq

şərq sözünün etimologiyası

  • 1 Ərəbcədir. “Блеск” mənasını verən əşraq kəlməsi də mövcuddur. Görünür, şərq “işıq” (gün çıxan tərəf) deməkdir. Qərb isə qürub (batmaq) sözündəndir. Bizdə çox vaxt şərqə ön, qərbə isə arxa deyilib. Doğu və batı kəlmələri isə indi də şərq və qərb anlamında bir sıra türk dillərində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şərq

şərq sözünün sinonimləri (yaxın mənalı sözlər)

şərq sözünün antonimləri (əks mənalı sözlər)

şərq sözünün rus dilinə tərcüməsi

  • 1 1. восток; 2. восточный;

    Azərbaycanca-rusca lüğət / şərq
  • 2 сущ. восток: 1. одна из четырех сторон (стран) света; направление и сторона, противоположные западу; часть горизонта, где восходит солнце. Xəritədə şərqi göstərmək показать на карте восток, şərqə doğru hərəkət движение на восток, şərqə doğru istiqamət направление на восток, üzünü şərqə çevirmək повернуться лицом к востоку, nədən şərqdə yerləşmək находиться к востоку от (восточнее) чего, şərqdən qərbə с востока на запад, evin pəncərələri şərqə baxır окна дома смотрят (выходят) на восток 2. территория, расположенная в этом направлении; восточная часть чего-л. Rayonun şərqi восток района, ölkənin şərqində на востоке страны 3. с прописной буквы: страны, расположенные в этом направлении и противопоставляемые Западной Европе и Америке. Yaxın Şərq Ближний Восток, Uzaq Şərq Дальний Восток 4. истор., дипл. Советский Союз и др. страны бывшего Варшавского пакта в противовес США и др. странам блока НАТО. Şərq ilə Qərb arasındakı münəsibətlər отношения между Востоком и Западом II прил. восточный: 1. находящийся на востоке, лежащий к востоку от чего-л., идущий с востока. Şəhərin şərq hissəsi восточная часть города, çayın şərq sahili восточный берег реки, ölkənin şərq rayonları восточные районы страны, şərq sərhədi nəyin восточная граница чего, şərq küləyi восточный ветер, şərq istiqamətində на восточном направлении 2. относящийся к Востоку, свойственный Востоку. Şərq mədəniyyati восточная культура, şərq memarlıq abidələri памятники восточной архитектуры, şərq musiqisi восточная музыка, şərq poeziyası восточная поэзия, şərq müdrikliyi восточная мудрость, şərq ölkələri восточные страны ◊ şərq yarımkürəsi геогр. восточное полушарие

    Azərbaycanca-rusca lüğət / şərq

şərq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. east; ~ə tərəf to the east (of), east-wards) (of); ~də in the east; ~ə getmək to go* east; 2. the East; the Orient; yaxın Şərq the Near East; Orta Şərq the Middle East; Uzaq Şərq the Far East; ~də yaşamaq to live in the East II. s. east, eastern; oriental; ~ küləyi easterly / east wind; ~ sərhədi eastern frontier; şəhərin ~ hissəsi east end / east(ern) part of a town; ~ dilləri oriental languages; ~ fakültəsi the Oriental faculty / department; ~ istiqamətində eastwards; in an easterly direction; ~ ölkələri eastern countries

    Azərbaycanca-ingiliscə lüğət / şərq

şərq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) est \εst\] m, orient m ; ~ə tərəf vers l’est ; ~də à l’est ; yaxın ~ le Proche-Orient ; Orta ~ le Moyen-Orient ; Uzaq ~ l’Extrême-Orient ; ~ dilləri langues f pl orientales

    Azərbaycanca-fransızca lüğət / şərq

şərq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. рагъэкъечӀдай пад; регь пад; атра (пад); // рагъэкъечӀдай патан, атра патан; 2. рагъэкъечӀдай патан уьлквеяр; Uzaq Şərq Яргъал тир РагъэкъечӀдай пад.

    Azərbaycanca-ləzgicə lüğəti / şərq

şərq sözünün türk dilinə tərcüməsi

"şərq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şərq nədir? #şərq sözünün mənası #şərq nə deməkdir? #şərq sözünün izahı #şərq sözünün yazılışı #şərq necə yazılır? #şərq sözünün düzgün yazılışı #şərq leksik mənası #şərq sözünün sinonimi #şərq sözünün yaxın mənalı sözlər #şərq sözünün əks mənası #şərq sözünün etimologiyası #şərq sözünün orfoqrafiyası #şərq rusca #şərq inglisça #şərq fransızca #şərq sözünün istifadəsi #sözlük