Min və Tsin imperatorları sərdabələri
Min və Tsin imperatorları sərdabələri — Çinin dünya əhəmiyyətli abidələrindən biri
== Tarixi ==
Minsyanlin sərdabəsi – Çju Yuy və onun arvadının məqbərəsidir. Çju Yuy Çju Tszyanşenin (Min sülaləsi imperatoru Syantszun) ikinci oğlu, Çju Xoytsunun (Tszyatszin adı ilə hakimiyyətdə olmuş Min sülaləsi imperatoru Şitszun) atası idi. Çju Yuy imperator olmamış və Tszyatszinin taxta oturmasından əvvəl ölmüşdür, amma ölümündən sonra onu "imperator Sinsyan" adlandırırdılar. Onun varisi – imperator Tszyatszin – ona Sinsyandi (imperator-əcdad Sinsyan), onun arvadına isə - Qunjuyxuan (imperatriça Qunjuy) deyə müraciət edirdi. Çju Yuy öz həyat yoldaşı ilə birlikdə Xubey əyalətinin Çjunsyan qəzasındakı Sunlinşan dağında ("Şam meşəsi") dəfn edilmişdir. Sərdabə Sunlin ("Şam") adını daşıyır, xalq arasında isə ona Syanlin deyirlər. Sərdabənini hündür divarı ilə əhatə olunmuş sahəsi – 136,47 ha-dır. Onun başqa adı – Xuançendir ("İmperatorlar qalası"). Sərdabənin tikintisi Çjede erasının 14-cü ilində (1519-cu il) başlamış, Tszyatszin erasının 19-cu ilində (1541-ci il) qurtarmışdır. Tikinti işləri 22 il davam etmişdir.