* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Müxtəlif məqsədlər üçün çəkilən divar, hasar. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. Minlərlə insan yorulmadan sədlər qururdu. M.Süleymanov. 2. Suyun qarşısını almaq üçün betondan divar; dəhnə, bənd. Çay … at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. Ə.Vəliyev. Borulardan sürətlə çıxan su bu beton səddə toxunaraq parçalanacaq və öz sürətini itirəcəkdi. Ə.Sadıq. Yaradırıq əməklə; Mingəçevir səddini. M.Seyidzadə. □ Sədd çəkmək – suyun qarşısını almaq üçün betondan, sementdən və s.-dən bənd tikmək. Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Ənvər camaatı yığıb sədd çəkirdi. Ə.Vəliyev. 3. məc. Maneə. Bir neçə dəqiqə içərisində Məşədi bəylə müəllim arasında sədd uçub töküldü. M.Hüseyn. Abdulla ilə öz arasında böyük sədd saydığı Leyla [Şəkərin] fikrincə aradan çıxırdı. B.Bayramov. ◊ Səddi-Çin, Çin səddi – xarici təsirdən tamamilə təcrid olunma mənasında (Çini Monqolustandan ayıran qədim bir səddin adından). Səddi-İskəndər (Makedoniyalı İskəndərin adından) – çox möhkəm divar mənasında. Atasının keçmişdə Kərbəlaya ziyarətə getməyi bu gün Mirzə Süleyman bəyin bütün amal, əfkarının qarşısında Səddiİskəndər kimi durub, onun gözəl məqsədinə nail olmağına mane olurdu. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / sədd2 ə. 1) bir yol və ya keçiddən maneə çəkib yolu kəsmə; qapama, bağlama; 2) həmin yol və ya keçidi kəsən maneə; 3) uzununa çəkilən möhkəm divar; 4) yağmur sularını əkinə buraxmaq üçün iki dağ arasında çəkilən divar; 5) m. maneə, əngəl. Səddi-Çin 1) böyük Çin divarı; 2) m. böyük maneə; səddi-İskəndər bax səddi-Yə’cuc-Mə’cuc; səddi-Yə’cuc-Mə’cuc 1) əfsanəyə görə, İsgəndərin yəcuc-məcuclara qarşı çəkdirdiyi böyük sədd; 2) m. böyük maneə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sədd1 1. препятствие, барьер, вал; 2. стена, преграда; 3. запруда, перемычка;
Azərbaycanca-rusca lüğət / sədd2 I сущ. 1. стена (высокая ограда из камня, кирпича и т.п.). Sədd qaldırmaq воздвигнуть высокую стену 2. перен. преграда (то, что является препятствием, затруднением). Möhkəm (keçilməz) sədd непреодолимая преграда 3. вал (значительная по протяженности и высоте земляная насыпь). Səddi dağıtmaq разрушить вал 4. барьер: 1) перегородка, поставленная в качестве препятствия на пути (при скачках, беге и т.п.). Sədləri dəf etməklə qaçış бег с барьерами 2) перен. преграда, препятствие. Psixoloji sədd психологический барьер II прил. барьерный. геогр. Səddi sahil барьерный берег, səddi riflər барьерные рифы ◊ səddi Çin (Çin səddi) китайская стена (о полной изолированности от внешних влияний)
Azərbaycanca-rusca lüğət / sədd1 i. 1. barrier; bar; hurdle; ~i aşmaq to clear a hurdle; ~ləri dəf etmək to eliminate / to remove barriers; 2. wall; obstacle; Çin ~i the Chinese wall; bir kəsin qarşısına ~ çəkmək məc. to put* obstacles in smb.’s path / way; ~ləri keçmək id. to take* obstacles; süni ~ artificial obstacle; təbii ~ natural obstacle; 3. dam; weir
Azərbaycanca-ingiliscə lüğət / sədd1 [ər.] сущ. 1. цал, пару; 2. банд, кьантӀар; sədd çəkmək банд чӀугун (мес. бетондикай, цементдикай); кьантӀар чӀугун (мес. накьвадикай); 3. пер. цал, манийвал; ** səddi-İskəndər гзаф кӀеви цал манада (Македонияви Искендаран тӀварцӀикай).
Azərbaycanca-ləzgicə lüğəti / sədd