* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | ••••• | 0.34 |
2005 | ••••••••• | 0.67 |
2007 | ••• | 0.21 |
2009 | ••• | 0.16 |
2010 | •••••••••••••••••••• | 1.54 |
2011 | •••• | 0.26 |
2012 | •• | 0.09 |
2014 | ••• | 0.17 |
1 is. [ər.] 1. Boy, boy-buxun, qamət. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir. 2. Bel. □ Qəddi bükülmək (əyilmək) – beli bükülmək. Ala gözlüm, səndən ayrı düşəli; Qədd əyilib, bel bükülüb, huş gedib. Aşıq Ələsgər. Qəddi bükülmüş (əyilmiş) – beli bükülmüş. Qəddi bükülmüş bu qocanın nəmli nəzəri … dalğaları sürətlə yararaq gedən bir gəmiyə dikilmişdi. M.Hüseyn. Nazimə xalanın saçı ağarmış, qəddi əyilmiş, səsi də … alçalmışdı. Mir Cəlal. Qəddini bükmək (əymək) – 1) belini əymək, əyilmək. Müfəttiş əlini döşünə qoyaraq uzun qəddini əydi. S.Rəhimov; 2) məc. bədbəxt etmək, belini qırmaq, sarsıtmaq. Ey ərənlər, sındırıblar belimi; Möhnət yükü qəddim əyər, ağlaram. M.V.Vidadi; 3) məc. əyilmək, tabe olmaq, alçalmaq. Qəddini düzəltmək – 1) belini düzəltmək, ayağa qalxmaq. Qaçay qəddini düzəldib, yan-yörəsinə baxdı: ətrafda kimsə görünmürdü. İ.Məlikzadə; 2) məc. zülm və əsarətdən qurtarmaq. Qəddini kaman etmək – bax qəddini bükmək 2-ci mənada. Yəqin fəraqın edər qəddimi kəman, getmə! X.Natəvan.
Azərbaycan dilinin izahlı lüğəti / qədd2 сущ. 1. стан, фигура, рост 2. спина ◊ qəddi bükülmüş (əyilmiş) согбенный (старик); qəddi bükülmək согнуться, постареть; qəddini bükmək kimin сделать несчастным кого; qəddini düzəltmək выпрямиться, стать во весь рост; qəddini kaman etmək сгибать спину перед кем
Azərbaycanca-rusca lüğət / qədd1 i. 1. figure, stature, 2. back; ~i bükülmək; 1) to stoop, to bend* (down); 2) to grow* old, to advance in years; ~ini düzəltmək to draw* oneself up, to stand* erect; ~i bükülmüş / əyilmiş stooping, bent
Azərbaycanca-ingiliscə lüğət / qədd1 is. 1) figure f, stature f, taille f ; 2) courbe f, ~i bükülmək être courbé, -e
Azərbaycanca-fransızca lüğət / qədd1 [ər.] сущ. 1. къамат, тан, буй, буй-бухун; 2. юкь; qəddi bükülmək (əyilmək) юкь какун, юкь алгъун; qəddi bükülmüş (əyilmiş) юкь какур; qəddini bükmək (əymək) а) юкь агъузун, гьалтун, алгъун; б) пер. юкь хун, бедбахт авун, къарсурун; в) пер. кьвечӀил хьун, муьтӀуьгъ хьун, алчах хьун; qəddini düzəltmək а) юкь тикарун, кӀвачел къарагъун; б) пер. кӀвачел акьалдарун, зулумдикай (лукӀвиликай) хкудун; qəddini kaman etmək кил. qəddini əymək б).
Azərbaycanca-ləzgicə lüğəti / qəddə. boy, qamət. Qəddi-bala hündür boy.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti