* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna … sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. Buraya gəlməkdən qəsdim səndən kömək istəməkdir. Ə.Haqverdiyev. Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi. M.Seyidzadə. // ilə qoşması, yaxud -lə şəkilçisi ilə – 1) …məqsədi ilə, …niyyəti ilə, …üçün. Ayrım qızı … Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq; 2) qəsdən, müəyyən məqsədlə. Qəsd ilə nihan edib kitabın; Həddən aşırırdı iztirabın. Füzuli. Burada Araz və Culfa sözlərini mən qəsdlə yazıram. C.Məmmədquluzadə. □ Qəsd etmək – 1) niyyətində tutmaq, fikrində tutmaq, nəzərində tutmaq; 2) niyyətində olduğu şeyi həyata keçirməyə təşəbbüs etmək. O ki öz varını insana vermiş; Ona qəsd eləmək cinayət olar. B.Vahabzadə. 2. bax qərəz1 2-ci mənada. Bu işdə heç bir qəsd olmamışdır. 3. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd. □ Qəsdinə durmaq (girmək) – birinin ölümünə, məhvinə, yaxud bədbəxtliyinə çalışmaq. Heç bilməzəm nədir günahım mənim; Durubdur qəsdimə cəlladın sənin. M.P.Vaqif. Zalım cəllad nə giribdi qəsdimə; Xəbər verin övladıma, dostuma. Aşıq Ələsgər. Canına (həyatına) qəsd etmək – birini öldürməyə təşəbbüs etmək; // məc. mənada. Gözünü düzüb süzürsən, dilü canə qəsd edirsən. Nəsimi. Qəsd eləmişdin nə üçün canına; Olmuş idin təşnə onun qanına? A.Səhhət. 4. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən. Hər kəsin qəsdindən aşıqlıq keçər; Qarşı gəlsin, edək cəngi qıjhaqıj. Aşıq Ələsgər. ◊ Şirin cana qəsd eləmək zar. – özünə əziyyət, əzab vermək (çox işləməklə, çalışmaqla və s. ilə). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz. Nə tikirsiniz? Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / qəsd2 ə. 1) niyyət, təsəvvür; 2) işə başlama, işə girişmə; 3) yaralama // öldürmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəsd1 QƏSD I is. [ ər. ] Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna... sahib olub, Zeynəbi çölə ötürmək idi (C.Məmmədquluzadə). QƏSD II is. [ ər. ] Sui-qəsd, birini öldürmək məqsədilə edilən təşəbbüs. Qəsd eləmişdin nə üçün canına; Olmuş idin təşnə onun qanına? (A.Səhhət).
Azərbaycan dilinin omonimlər lüğəti / qəsd1 1. попытка, намерение, умысел, замысел; 2. цель, решение, предложение, стремление; 3. покушение, посягательство;
Azərbaycanca-rusca lüğət / qəsd2 сущ. 1. покушение, посягательство. Həyatına qəsd etmə юрид. посягательство на жизнь, qəsdlərdən qorumaq оградить от посягательств 2. заговор. Qəsdin təşkil edilməsi организация заговора, qəsd cəhdi попытка заговора 3. замысел, намерение. Mənim qəsdim моё намерение 4. умысел юрид. Qeyrimüəyyən qəsd неопределённый умысел, dolayı (eventual) qəsd косвенный (эвентуальный) умысел, düzünə qəsd прямой умысел, qəsdi büruzə vermə обнаружение умысла; qəsd etmək kimə: 1. покушаться, покуситься, совершать, совершить покушение на кого 2. издеваться над кем-л., чем-л. ◊ heç bir qəsd olmadan без всякого намерения, неумышленно, без определённой цели; həyatına qəsd etmək kimin покушаться на чью-л. жизнь; (öz) canına qəsd etmək губить себя, перегружать себя; malına qəsd etmək kimin посягать на богатство чьё, qəsdinə durmaq kimin наносить вред к ому, şirin cana qəsd etmək губить (мучить) себя
Azərbaycanca-rusca lüğət / qəsd1 i. 1. attempt (at); bir kəsin həyatına ~ etmək to attempt / to make* an attempt upon smb.’s life; öz həyatına ~ etmək to commit / to attempt suicide; 2. plot, conspiracy; ~in üstünü açmaq to discover a plot, to unveil a conspiracy; 3. bax məqsəd
Azərbaycanca-ingiliscə lüğət / qəsd1 is. attentat m, tentative f, agression f, atteinte f, outrage m
Azərbaycanca-fransızca lüğət / qəsd1 [ər.] сущ. къаст (1. макьсад, ният; qəsd etmək къаст авун а) фикирда (ниятда, назарда) кьун; б) ниятда (фикирда) кьур (авай) са затӀ кьилиз акъудун патал алахъун; 2. кил. qərəz; 3. сад кьин, садал хер авун, садаз хасарат авун (зарар гун) патал авур кар; // qəsdinə durmaq (girmək) къастуна акъвазун, сад рекьиз, бедбахт ийиз алахъун; canına (həyatına) qəsd etmək ччандиз къаст авун, сад рекьиз кӀан хьун; 4. qəsdindən рикӀяй, фикирдай, хиялдай; ** şirin cana qəsd eləmək зар. ширин ччандиз къаст авун, вичиз азият гун, азаб гун (гзаф кӀвалахна, алахъна ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / qəsd