qəsdən sözü azərbaycan dilində

qəsdən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəsdən • 96.0447%
  • Qəsdən • 3.9478%
  • QƏSDƏN • 0.0075%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəsdən yandırma
Qəsdən yandırma və ya qəsdən yandırmaq — zərər vermək məqsədi ilə hər hansısa bir əmlakı, binanı və ya torpaq sahəsini yandıraraq sıradan çıxarmaq deməkdir. Qəsdən yandırmaq təsadüfi yanğınlardan fərqlidir. Belə yanğınlar qəsdən və bilərəkdən törədilir və bir çox ölkələrin qanunlarına əsasən bu hərəkət cinayət hesab olunur. Bu cür cinayətlər zamanı ən ağır cəzalar can itkisi baş verən zaman verilir. Rusiya imperiyasında qəsdən yandırmaq aqrar terror zamanı Rusiya kəndlilərinin hakimiyyətə qarşı etirazlarının ümumi forması idi == İstinadlar == == Həmçinin bax == Molotov kokteyli == Əlavə ədəbiyyat == Karki, Sameer. Community Involvement in and Management of Forest Fires in South East Asia (PDF). Project FireFight South East Asia. 2002. February 25, 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: February 13, 2009.

qəsdən sözünün leksik mənası və izahı

  • 1 zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. – Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov. Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır. Qəsdən özünü nəşəli göstərir. S.Hüseyn. O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qəsdən

qəsdən sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 QƏSDƏN ..Pəri xala qəsdən ora-bura baxırdı ki, fikri bir az yayınsın.. (M.İbrahimov); BƏRQƏSD [Qarpızı] kəsirsən qıpqırmızı. Elə bil içinə bərqəsd bal töküblər (Ə.Vəliyev); BİLƏ-BİLƏ Bilə-bilə bu səfərdən dönən deyiləm... (Hidayət); BİLƏRƏKDƏN) Ənvər: Seni bilərəkdən böylə bir yanğına, böylə bir oda ata bilərmiyəm? (C.Cabbarlı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəsdən

qəsdən sözünün rus dilinə tərcüməsi

  • 1 заведомо, умышленно, намеренно, преднамеренно, преднамеренно, нарочно

    Azərbaycanca-rusca lüğət / qəsdən
  • 2 I нареч. 1. намеренно, с намерением, преднамеренно, сознательно, умышленно, с умыслом. Qəsdən gecikmək умышленно опоздать 2. нарочно. Qəsdən gülləni havaya atmaq нарочно выстрелить в воздух II прил. 1. намеренный, преднамеренный, сознательный, умышленный. Mətnin qəsdən tehrif olunması умышленное искажение текста, qəsdən edilmiş hərəkət преднамеренный поступок, qəsdən təhqir etmə kimi преднамеренное оскорбление кого, qəsdən adamöldürmə юрид. умышленное убийство 2. нарочитый (умышленный, показной)

    Azərbaycanca-rusca lüğət / qəsdən

qəsdən sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. intentional, deliberate; ~ edilmiş hərəkət intentional act; ~ ölüm / öldürülmə deliberate murder II. z. intentionally, purposely, on purpose, wittingly, deliberately; bir işi ~ etmək / görmək to do* smth. on purpose / intentionally / deliberately

    Azərbaycanca-ingiliscə lüğət / qəsdən

qəsdən sözünün fransız dilinə tərcüməsi

qəsdən sözünün ləzgi dilinə tərcüməsi

qəsdən sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qəsdən nədir? #qəsdən sözünün mənası #qəsdən nə deməkdir? #qəsdən sözünün izahı #qəsdən sözünün yazılışı #qəsdən necə yazılır? #qəsdən sözünün düzgün yazılışı #qəsdən leksik mənası #qəsdən sözünün sinonimi #qəsdən sözünün yaxın mənalı sözlər #qəsdən sözünün əks mənası #qəsdən sözünün etimologiyası #qəsdən sözünün orfoqrafiyası #qəsdən rusca #qəsdən inglisça #qəsdən fransızca #qəsdən sözünün istifadəsi #sözlük