* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuyaoxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. …Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qəsidə2 ə. bir hadisəni və ya onun qəhrəmanını mədh edən mənzumə. Qəsidei-qərra’ gözəl qəsidə, bədii cəhətdən yaxşı yazılmış qəsidə; qəsidei-tarixi konkret tarixi hadisəyə həsr olunmuş qəsidə, tarixi qəsidə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəsidə2 сущ. 1. поэт. касыда (жанр восточной поэзии, длинное, близкое к оде монорифмическое стихотворение, в котором рифмуются две строки, а дальше – через строку) 2. хвалебное стихотворение, ода
Azərbaycanca-rusca lüğət / qəsidə1 [ər.] сущ. ода, шиирдин са жуьре (чӀехи са кас ва я тарихда хьайи са кар тарифдай).
Azərbaycanca-ləzgicə lüğəti / qəsidə