* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq. Qəbilə birlikləri. Qəbilə quruluşu. – [Skiflər] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. A.Bakıxanov. [Müdir səyahətçiləri üçüncü otağa gətirdi:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar. M.S.Ordubadi. // məc. Tayfa, xalq, millət mənasında. Qəbiləmiz burda qurub ocağı; İndi olmuş qurd-quşların yatağı… Şəhriyar.
Azərbaycan dilinin izahlı lüğəti / qəbilə2 ə. tayfa, əşirət; nəsil, oymaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəbilə3 \ – insanların ibtidai icmalarda iqtisadi münasibətlər zəminində meydana gəlmiş və qan qohumluğu əlaqələrinə əsaslanan birlik forması.
Fəlsəfə terminlərinin izahlı lüğəti / qəbilə1 Ərəb dilinə məxsus sözdür. Qohumluq əlaməti ilə insanların birgə yaşaması, yəni “toplum” deməkdir. Tayfadan kiçikdir (tayfa –qəbilələrin birləşməsindən əmələ gəlib, ona rusca род deyirlər). Bizdə bu sözün yerinə boy kəlməsi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qəbilə1 1. QƏBİLƏ İki başçı olmayanda mehriban; Qəbilələr qılınc, qalxan alardı (M.Rahim); ƏŞİRƏT (köhn.) Müxtəlif əşirətlərdən təşəkkül etmiş ve sərbəst həyata alışmış olan Azərbaycan xalqı dəxi islam boyunduruğu və ərəb hakimiyyəti altına qolaylıqla girmədi (A.Şaiq). 2. qəbilə bax tayfa 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qəbilə2 I сущ. 1. род (ячейка первобытного общества – группа людей, происходящих от общего предка) 2. племя (крупное объединение людей в доклассовом обществе, связанных родовыми отношениями). Köçəri qəbilələr кочевые племена, ibtidai icma qəbilələri первобытные племена II прил. 1. родовой. Qəbilə dili родовой язык, qəbilə dialektləri родовые диалекты, qəbilə icması родовая община 2. племенной. Qəbilə başçıları племенные вожди, qəbilə mülkiyyəti племенная собственность, qəbilə düşmənçiliyi племенная вражда
Azərbaycanca-rusca lüğət / qəbilə1 I. i. tribe; köçəri ~lər nomad / nomadic tribes II. s. tribal; ~ həyatı tribal life; ~ başçısı the leader / head of the tribe; ~ davaları tribal wars; ~ rəvayətləri / əfsanələri tribal legends
Azərbaycanca-ingiliscə lüğət / qəbilə1 is. tribu f, köçəri ~lər tribus nomades, clan m, race f, groupe m, ethnie f, société f
Azərbaycanca-fransızca lüğət / qəbilə1 [ər.] сущ. къебила, гьебил, тайифа, сихил, несил; // пер. халкь, миллет.
Azərbaycanca-ləzgicə lüğəti / qəbilə