qəbiləsi sözü azərbaycan dilində

qəbiləsi

Yazılış

  • qəbiləsi • 97.5610%
  • Qəbiləsi • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Mor qəbiləsi
Mosilər və ya Morlar —Şimali Afrikada xalq. Onlar Mor dilində danışırlar. == Tarix == XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Ümumi məlumat == Özlərini daqari, birifor. nankanse, kusasi, mamprusi və başqa adlarla adlandırırlar. More dilində danışırlar. Dinləri İslamdır. Bir hissəsi xristiandır. Əsasən, əkinçilik, həmçinin heyvandarlıqla məşğul olurlar. == Həmçinin bax == Bambara qəbiləsi == İstinadlar == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh.
Pöl qəbiləsi
Pöl qəbiləsi — Malidə qəbilə. Malidə böyük qəbilələrdən biri olan Pöl qəbiləsinin öz dili var. Onlar Pöl dilində danışırlar. Pöl qəbiləsinin nümayəndələri əsasən heyvandarlıqla məşğul olurlar. Onlar dəri rənglərinin açıqlığı ilə başqa qəbilə nümayəndələrindən fərqlənirlər. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Qiyan qəbiləsi
Qiyan qəbiləsi (çin. 呼衍) — Böyük Hun İmperiyasını idarə etmiş qəbilə. Bu qəbilənin üzvləri əsasən xatun olurdular. Qiyanlar Monqolustanın qərbində məskunlaşmışdılar.
Tuareq qəbiləsi
Tuareq qəbiləsi — Malidə qəbilə. Malidə böyük qəbilələrdən biri olan Tuareq qəbiləsinin öz dili var. Onlar Tuareq dilində danışırlar. Tuareq qəbiləsinin nümayəndələri öz musiqiləri və rəqsləri ilə şərq xalqlarını xatırladırlar. XIX əsrin ikinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Şeylanlı qəbiləsi
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.. Bu camaat I Şah Abbas dönəmində İrandan Qarabağa gələn 24 tayfadan biridir..
İsrailin on iki qəbiləsi
İsrailin on iki qəbiləsi (ivr. ‏שִׁבְטֵי־יִשְׂרָאֵל‏‎, Šīḇṭēy Yīsrāʾēl; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir. == Bibliyada == === Övladlar və qəbilələr === İsrail övladları Bibliya patriarxı Yaqubun on iki oğlunun nəslindən gəlirdilər. Yaqubun ən azı bir qızı var idi – Dinə, lakin onun nəslinin davamçıları qəbilə kimi tanınmırdı. Yaqubun oğulları Fəddan-Aramda müxtəlif analardan dünyaya gəlmişdir. Onlar: Ləyanın oğulları; Rubən (Yaqubun ilk oğlu), Şəmun, Lavi, Yəhuda, Yəsakir və Zəbulun Rəhilənin oğulları; Yusif və Binyamin (Yaqubun sonuncu oğlu) Rəhilənin kənizi Bəlhənin oğulları; Dan və Niftalı Ləyanın kənizi Zülfənin oğulları; Cad və Aşir"Qanunun təkrarı 27:12–13"də on iki qəbilənin adları hallanır: === Bölüşdürülən torpaq === "Yuşə 13-19"a əsasən, İsrail torpağı İsrailin on iki qəbiləsinə uyğun olaraq on iki hissəyə bölünmüşdü. Bununla belə, torpaq alan qəbilələr Bibliyadakı qəbilələrdən fərqlənirdi. Lavi qəbiləsinin torpaq mülkiyyəti yox idi, lakin onların idarəsi altında altı sığınacaq şəhəri və Yerusəlim məbədi var idi.
Yeni cəngavər qadınların qəbiləsi (roman)
Yeni cəngavər qadınların qəbiləsi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır – demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmamışdan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir – içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub –sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2009 ••••••••••••••• 0.64
2010 ••••••••••••••••••• 0.82
2011 •••••• 0.26
2012 •••••••••••• 0.52
2013 •••••••••••••••••••• 0.88
2014 •••• 0.17
2016 •••• 0.17
2020 •••• 0.13

"qəbiləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəbiləsi nədir? #qəbiləsi sözünün mənası #qəbiləsi nə deməkdir? #qəbiləsi sözünün izahı #qəbiləsi sözünün yazılışı #qəbiləsi necə yazılır? #qəbiləsi sözünün düzgün yazılışı #qəbiləsi leksik mənası #qəbiləsi sözünün sinonimi #qəbiləsi sözünün yaxın mənalı sözlər #qəbiləsi sözünün əks mənası #qəbiləsi sözünün etimologiyası #qəbiləsi sözünün orfoqrafiyası #qəbiləsi rusca #qəbiləsi inglisça #qəbiləsi fransızca #qəbiləsi sözünün istifadəsi #sözlük