* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. □ Qeydinə qalmaq – qayğısını çəkmək, fikrini çəkmək, dərdinə qalmaq, birinin taleyi üçün narahat olmaq. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub, öz canımızın qeydinə qalırıq. C.Məmmədquluzadə. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. M.S.Ordubadi. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. S.S.Axundov. Qeydini çəkmək – bax qeydinə qalmaq. Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz. M.V.Vidadi. Sən oğlunu məndən istə. Mənə vermisən, payımdır, qoy qeydini mən çəkim. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / qeyd2 is. [ər.] 1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. – …Gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu qeyd var. // Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s.-yə yazma. Qeyd zamanı Mahmud qızın tərəfindən, yoldaşı da oğlan tərəfindən vəkil olacaqdı. B.Talıblı. □ Qeyd etdirmək – dəftərə saldırmaq, yazdırmaq. Adını siyahıya qeyd etdirmək. Qeyd etmək – 1) yadda saxlamaq üçün qısaca yazmaq. Çıxışları qeyd etmək. Mühazirənin mühüm yerlərini qeyd etmək. Dəftərinə bəzi qeydlər etmək; 2) işarə etmək, yazmaq. Gecikənləri qeyd etmək. Gəlməyənlərin adını siyahıya qeyd etmək; 3) göstərmək, nəzərə çarpdırmaq, yada salmaq, söyləmək. Kütlələrin aktivliyini qeyd etməmək olmaz. – Bunların hamısı qabaqcıl adamlardır, – deyə katib iftixarla qeyd etdi. Ə.Sadıq. Qeyd olunmaq – 1) yazılmaq, siyahıda və s.-də öz adını yazdırmaq; 2) göstərilmək, işarə edilmək. Məktubun tarixi qeyd olunmamışdır. Qeydə alınmaq – bir yerə yazılmaq, siyahıya daxil edilmək. Qeydə almaq – bir yerə yazmaq, siyahıya daxil etmək. Ancaq mühəndislər bu ocağı qeydə almışdılar. Mir Cəlal. 2. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir. Lütfən, qeydlərinizi də bizə bildirsəniz, nəzərə alarıq. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / qeyd3 QEYD1 ə. 1) bənd etmə; bağlama; 2) bağlayacaq şey; bağ, bənd, zəncir; 3) əsirlik, əsarət; 4) həbs etmə // əl-qolunu bağlama. QEYD2 ə. 1) qısaca yazma, qeyd etmə; 2) dəftərə salma; yazma; 3) m. əhəmiyyət vermə; qayğı. QEYD3 ə. qrammatikada: zərf.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qeyd1 QEYD I is. [ ər. ] Qısa şəkildə yazma. Əzizbəyovun gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı (M.Hüseyn). QEYD II is. [ ər. ] Fikir, qayğı, narahatlıq. Hər kəs öz qohum-əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi (S.S.Axundov).
Azərbaycan dilinin omonimlər lüğəti / qeyd1 1. примечание, оговорка; 2. отметка, заметка; 3. забота, попечение;
Azərbaycanca-rusca lüğət / qeyd2 1 I сущ. 1. примечание. Sətiraltı qeyd подстрочное примечание, mətnə qeydlər vermək снабдить текст примечаниями 2. оговорка (разъяснение, дополнение, поправка). Bəzi qeydlərlə razılaşmaq согласиться с некоторыми оговорками 3. запись, заметка, знак, сделанные на чём-л. Özü üçün qeydlər etmək для себя делать записи 4. разг. регистрация. Qeyddən keçmək пройти регистрацию 5. отметка (запись, регистрирующая что-л.) 6. замечание (устное или письменное). Qeydlərinizi verin дайте ваши замечания, qeydinizi edin сделайте своё замечание II прил. 1. записной (служащий для записи). Qeyd dəftərçəsi записная книжка 2. регистрационный. Qeyd vərəqi регистрационный лист, qeyd kitabı регистрационная книга ◊ qeydə alınmaq быть взятым на учёт, отмечаться, отметиться, регистрироваться, зарегистрироваться; qeyd olunmaq записываться, записаться, быть записанным, отмечаться, отметиться, быть отмеченным; qeyd etmək замечать, заметить, отмечать, отметить; подчёркивать, констатировать; qeyd etmək lazımdır ki … следует отметить, что …, qeyd olunmuş отмеченный 2 сущ. разг. забота, беспокойство о ком-, о чем-л. ◊ qeydinə qalmaq kimin, nəyin проявлять заботу, заботиться о к ом-, о чем-л.; qeydini çəkmək см. qeydinə qalmaq
Azərbaycanca-rusca lüğət / qeyd1 I. i. 1. note, comment; (səhifənin ayağında verilən) footnote; yol ~ləri travel notes / sketches; ~ götürmək to take* / to make* notes; ~ə almaq to note (d.), to make* notes (of); 2. registration; ~ə götürmək / almaq to register (d.); məktubları ~ə götürmək / almaq to register letters; 3. remark; bəzi ~lər etmək to make* a few remarks II. s. registration; ~ kitabı registration book; ~ dəftəri note-book, pocket-book III. i. care; ~ə qalmaq to take* care (of), to look after (d.); uşaqların ~inə qalmaq to take* care of children
Azərbaycanca-ingiliscə lüğət / qeyd1 is. 1) remarque f, annotation f ; 2) réserve f ; 3) note f ; özü üçün ~ lər götürmək prendre des notes ; 4) enregistrement m ; 5) observation f ; ~ vərəqi fiche f d’enregistrement ; ~ ə alınmaq être enregistré, -e, faire (se) enregistrer ; ~ ə almaq enregistrer vt
Azərbaycanca-fransızca lüğət / qeyd1 [ər.] сущ. къейд (1. куьрелди кхьин (са куьникай, жуван дафтарда, улубдин къерехдал ва мс.); гьахьтин кхьенвай затӀ; qeyd etdirmək къейд ийиз тун (гун), кхьиз тун (дафтардиз); qeyd etmək къейд авун, къейдун а) куьрелди кхьин (са затӀ рикӀел хтун патал); б) ишара авун, кхьин; в) къалурун, рикӀел гъун, лугьун; qeyd olunmaq къейд авунваз хьун а) кхьенваз хьун, сиягьда ва мс. вичин тӀвар кхьиз тун; б) къалурнаваз хьун, ишара авунваз хьун; qeydə almaq къейдиниз къачун, къейд авун, са чкадал кхьин, сиягьдик кутун; 2. са затӀунин гьакъинда мецелди тир ва я кхьидай куьруь фикир).
Azərbaycanca-ləzgicə lüğəti / qeyd2 [ər.] сущ. къайгъу, фикир, нарагьатвал, таъсиб; // qeydinə qalmaq къайгъуда амукьун, фикир чӀугун, къайгъу чӀугун, таъсиб чӀугун; qeydini çəkmək кил. qeydinə qalmaq.
Azərbaycanca-ləzgicə lüğəti / qeyd