laqeyd sözü azərbaycan dilində

laqeyd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • laqeyd • 99.0114%
  • Laqeyd • 0.8325%
  • LAQEYD • 0.1561%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.57 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 10.28
2003 ••••••• 3.54
2004 ••••• 2.70
2005 ••••• 2.70
2006 ••••••• 3.38
2007 •••••• 3.17
2008 •••••••••••• 6.09
2009 ••••••••• 4.80
2010 •••••••••• 5.17
2011 ••••••••••• 5.58
2012 ••••••••••••• 7.06
2013 •••••••••••••••••• 9.77
2014 ••••••••••••••• 7.89
2015 •••••••••••••• 7.49
2016 ••••••••••••• 7.12
2017 ••••••••••••••• 7.97
2018 •••••••••••••• 7.64
2019 ••••••••••••• 6.68
2020 •••••••••••••••••••• 11.01

laqeyd sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. sif. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran. Laqeyd adam. 2. zərf Etinasız, maraqsız, soyuq, saymaz. Mən nə qədər ki, ona qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir(di). S.Hüseyn. Xanımı özümdən şübhələndirməmək üçün mən özümü sakit və laqeyd göstərməyə çalışırdım. T.Ş.Simurq. [Qara:] Mənə qarşı nə üçün bu qədər laqeyd idilər? İ.Hüseynov. □ Laqeyd qalmaq – etina etməmək, fikir verməmək, fikrə, hərəkətə qarşı laqeydlik, saymazlıq göstərmək. // Laqeydcəsinə, soyuq. Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: – Hacı Qurbanın nəşi quyudamı qalacaq? – deyə soruşdu. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / laqeyd

laqeyd sözünün etimologiyası

laqeyd sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qayğısız — arsız — qeydsiz — başısoyuq — səhlənkar

    Azərbaycan dilinin sinonimlər lüğəti / laqeyd
  • 2 LAQEYD Fikrət hər şeyə laqeyd idi (X.Hasilova); BAŞISOYUQ (məc., dan.) [Xosrov:] Aldığını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan deyiləm (A.Şaiq); BİPƏRVA Demə məşuqə bipərvadı şəmə kim, məlamətdən; Verib can şübhə tək, oldu vəfadan şad pərvanə (Natəvan); LAÜBALI (köhn.) Həmid salam verib, oteli soruşdu, kişi suala laübalı cavab verdi.. (Çəmənzəminli); QEYDSİZ O, çox qeydsiz adamdı (ADİL); SAYĞISIZ Zikirsiz mömini şeytan aldadar; Sayğısız İyidi düşmən alladar (Aşıq Ələsgər); PƏRTÖV, SƏHLƏNKAR (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / laqeyd

laqeyd sözünün antonimləri (əks mənalı sözlər)

laqeyd sözünün rus dilinə tərcüməsi

  • 1 1. беззаботный, беспечный, безразличный, безмятежный, равнодушный, пренебрежительный; 2. беззаботно, безразлично, равнодушно;

    Azərbaycanca-rusca lüğət / laqeyd
  • 2 I прил. равнодушный, безразличный, безучастный: 1. не проявляющий участия, интереса к окружающему, происходящему. Laqeyd adam равнодушный человек, laqeyd dinləyici равнодушный слушатель, insanlara qarşı laqeyd равнодушный к людям, hər şeyə qarşı laqeyd равнодушный ко всему, laqeyd olmaq kimə, nəyə быть равнодушным к кому, к чему, hadisələrə laqeyd olmaq быть равнодушным к происходящему, heç kimi laqeyd qoymamaq не оставлять равнодушным никого, laqeyd qalmaq оставаться равнодушным, özünü laqeyd göstərmək показать, проявить равнодушие 2. выражающий равнодушие. Laqeyd nəzər (baxış) равнодушный взгляд, laqeyd gözlər равнодушные глаза, laqeyd bir əda ilə равнодушным тоном, laqeyd qəlb равнодушное сердце, laqeyd münəsibət равнодушное (безразличное) отношение 3. не испытывающий интереса, влечения, чувства любви, влюблённости. Kimə qarşı tamamilə laqeyd совершенно равнодушный (равнодушная) к кому II нареч. 1. равнодушно, безразлично, безучастно. Kimə, nəyə laqeyd baxmaq смотреть равнодушно на кого, на что, laqeyd yanaşmaq kimə, nəyə относиться равнодушно к кому, к чему; laqeyd cavab vermək kimə отвечать равнодушно кому; laqeyd halda безразлично, равнодушно, laqeyd soruşmaq спросить безразлично

    Azərbaycanca-rusca lüğət / laqeyd

laqeyd sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. indifferent, nonchalant, cool; careless, light-hearted; (özünə qarşı) selfless; ~ adam indifferent / cool man*; ~ baxış indifferent look; ~ olmaq to be* indifferent (to); Mənə qarşı siz nə üçün belə laqeydsiniz? Why are you so indifferent to me? II. z. indifferently, nonchalantly, with indifference; carelessly, lightheartedly

    Azərbaycanca-ingiliscə lüğət / laqeyd

laqeyd sözünün fransız dilinə tərcüməsi

laqeyd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. прил. гьич са затӀунинни фикир (къайгъу) чӀугун тийир, фикир тагур, са затӀни япай тефир, гьар са кардив къайиз эгечӀдай, муькӀуь (мес. кас); 2. нареч. къайи; къайиз; къайидаказ, муькӀуьдаказ; // laqeyd qalmaq фикир тагун, са фикирдив (кардив) къайиз эгечӀун, кваз такьун, гьисаба такьун.

    Azərbaycanca-ləzgicə lüğəti / laqeyd

laqeyd sözünün türk dilinə tərcüməsi

laqeyd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. qeydsiz, qayğısız, etinasız.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"laqeyd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#laqeyd nədir? #laqeyd sözünün mənası #laqeyd nə deməkdir? #laqeyd sözünün izahı #laqeyd sözünün yazılışı #laqeyd necə yazılır? #laqeyd sözünün düzgün yazılışı #laqeyd leksik mənası #laqeyd sözünün sinonimi #laqeyd sözünün yaxın mənalı sözlər #laqeyd sözünün əks mənası #laqeyd sözünün etimologiyası #laqeyd sözünün orfoqrafiyası #laqeyd rusca #laqeyd inglisça #laqeyd fransızca #laqeyd sözünün istifadəsi #sözlük