* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. – Quşlar … cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi… Ə.Məmmədxanlı. □ Səda düşmək – səs düşmək, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək – səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə. Səda salmaq – 1) səs salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağlara səda salan dəhşətli şaqqıltısı … bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müşfiq; 2) məc. məşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Ölkəmizə səda salır, Daşkəsən! Aşıq Məsum.
Azərbaycan dilinin izahlı lüğəti / səda3 SƏDA’ ə. 1) səs, avaz; 2) əks-səda, səs.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səda2 сущ. 1. звук (слуховое ощущение, вызываемое действием механических колебаний окружающей среды). Musiqi sədaları звуки музыки 2. голос (звуки, возникающие вследствие колебания голосовых связок при разговоре, крике, пении). Quşların sədaları голоса птиц, uşaqların sədaları голоса детей 3. отголосок, отзвук: 1) доносящийся издалека, ослабленный расстоянием звук чего-л. Atışma sədaları отголоски перестрелки 2) то, что представляет собой отражение или следствие чего-л., в чём обнаруживаются следы влияния, воздействия чего-л. Keçmişin sədaları отзвуки прошлого 4. слух, весть, известие о чём-л. Belə bir səda yayılıb распространился такой слух, хош сяда приятная весть ◊ səda düşmək: 1. оглашаться, огласиться; 2. распространяться, распространиться слуху; səda salmaq: 1. поднимать, поднять шум; 2. прославляться, прославиться. Bütün dünyaya səda salmaq прославиться на весь мир, греметь по всему миру
Azərbaycanca-rusca lüğət / səda1 i. 1. sound, voice; echo; 2. a piece of news, hearsay; ~ sını almaq to hear* from
Azərbaycanca-ingiliscə lüğət / səda1 [ər.] сущ. ван, аваз; səda düşmək ван гьатун, ван чукӀун; səda etmək ван элягъун, эверун; səda salmaq а) ван ттун, ван кутун, гьарай-эвер кутун; б) пер. ван ттун, тӀвар-ван акъудун, машгъур хьун.
Azərbaycanca-ləzgicə lüğəti / səda