* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••• | 19.68 |
2004 | •••••••• | 8.76 |
2005 | ••••••••••• | 11.47 |
2006 | ••••••••••••••••• | 18.69 |
2007 | •••••••••••• | 12.47 |
2008 | •••••••••••••••• | 18.03 |
2009 | ••••••••••••••• | 16.16 |
2010 | ••••••••••••••••••• | 20.79 |
2011 | •••••••••••••••••••• | 22.56 |
2012 | •••••••••••• | 13.34 |
2013 | •••••••••••••••••• | 19.26 |
2014 | •••••••••• | 11.15 |
2015 | ••••••••••••••• | 15.99 |
2016 | ••••••••••••••• | 16.31 |
2017 | •••••••• | 8.94 |
2018 | •••••• | 6.44 |
2019 | ••••••• | 7.51 |
2020 | •••••••••• | 10.48 |
1 is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. □ Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə. Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”. M.Rahim. Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir. Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. ◊ Şəfa evi – bax şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə. Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / şəfa1 Ərəbcədir, ”dərman” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şəfa2 сущ. исцеление, выздоровление; şəfa vermək исцелить, şəfa tapmaq исцелиться: выздороветь; şəfa evi см. şəfaxana ◊ Allah şəfa versin! да поможет Аллах (Бог); скорого выздоровления! (пожелание больному)
Azərbaycanca-rusca lüğət / şəfa1 i. healing, recovery; ~ vermək to heal (d.), to cure (d.); ~ tapmaq to heal, to be* healed, to recover
Azərbaycanca-ingiliscə lüğət / şəfa1 is. guérison f ; rétablissement m ; ~ vermək guérir vt ; ~ tapmaq rétablir (se), guérir vi
Azərbaycanca-fransızca lüğət / şəfa1 [ər.] сущ. шифа, (азардикай) сагъ хьун, хъсан хьун; şəfa tapmaq (bulmaq) шифа хьун (якьун), сагъ хьун; şəfa vermək шифа гун, сагъарун; ** şəfa evi кил. şəfaxana; Allah şəfa versin Аллагьди шифа гурай.
Azərbaycanca-ləzgicə lüğəti / şəfaŞƏFA’ ə. bax şifa’.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətisağalma, sağlamlıq, xəstəlikdən qurtarma.
Azərbaycan qadın adlarının izahlı lüğəti.