səff sözü azərbaycan dilində

səff

Yazılış

  • səff • 69.2308%
  • Səff • 30.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Səffah
Əbül Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya Əs-Səffah (ərəb. السفّاح‎) (722, Humeyma[d] – 754, Əl-Anbar, Abbasilər xilafəti) — İlk Abbasi xəlifəsi. Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı.
Səffət bəy Məlik-Zərdabi
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur. Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir. O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir.
Səffət bəy Məlikov

Əmir əl-Səffar
Əmir əl-Səffar — əslən iraqlı Amerika cazmeni Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-nin İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə "Salam" muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib.
Mərc əl-Səffar döyüşü
Mərc əl-Səffar və ya Mərc əl-Suffar döyüşü, eyni zamanda Şaqhab döyüşü də adlandırılmaqdadır. 22 aprel 1303-cü ildə Məmlük ordusu ilə Elxani ordusu arasında müasir Suriyanın Kisve adlı məntəqəsi yaxınlığında baş vermişdir. Bu yer Dəməşqin cənubunda yerləşməkdədir. Döyüş həm İslam tarixində, həm də müasir dövrdə digər müsəlmanlara qarşı mübahisəli cihad və özü də döyüşə qatılan İbn Teymiyyənin Ramazan<nowiki>dakı bağlı fətvaları səbəbindən təsirli olmuşdur. Döyüş, Elxanilər üçün fəlakətli məğlubiyyət ilə nəticələndi, beləliklə də Elxanilərin Levanta hücumlarına son qoydu. 1218-ci ildə Xarəzmi işğal etdikdən sonra monqolların bir sıra zəfərləri onlara tez bir zamanda İranın böyük bir hissəsinə,, həmçinin İraqda Abbasilər sülaləsinə və Kiçik Asiyanın Rum Səlcuq Sultanlığına nəzarət etmə imkanı təmin etdi. Kilikiya çarlığı və Gürcü çarlığı kimi vassal hakimliklərdən də ordu toplayan Elxani ordusu 1258-ci ildə Abbasilərin paytaxtı olan Bağdadı yağmaladılar. Bunun ardıyca 1260-cı ildə Hələb və Dəməşq də ələ keçirildi. Lakin həmin ilin sonrakı hissəsində monqol ordusu özlərinin ilk böyük məğlubiyyətini aldılar. Əyn Cəllud döyüşündə Məmlük ordusuna məğlub olan Elxanilər Dəməşq və Hələbdən çıxmağa, Fərat çayından şərqə doğru geri çəkilməyə məcbur oldular.

səff sözünün leksik mənası və izahı

"səff" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səff nədir? #səff sözünün mənası #səff nə deməkdir? #səff sözünün izahı #səff sözünün yazılışı #səff necə yazılır? #səff sözünün düzgün yazılışı #səff leksik mənası #səff sözünün sinonimi #səff sözünün yaxın mənalı sözlər #səff sözünün əks mənası #səff sözünün etimologiyası #səff sözünün orfoqrafiyası #səff rusca #səff inglisça #səff fransızca #səff sözünün istifadəsi #sözlük