sərf sözü azərbaycan dilində

sərf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sərf • 99.2998%
  • Sərf • 0.6700%
  • SƏRF • 0.0302%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.
Su sərfi
Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir. Su sərfi aşağıdakı düsturla hesablanır: Q = W ⋅ V m 3 / s a n {\displaystyle Q=W\cdot V{m}^{3}/san} (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti) Böyük sərflər adətən m 3 / s a n {\displaystyle {m}^{3}/san} , kiçik sərflər isə l / s a n {\displaystyle {l}/san} ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur. Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur. Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər.
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil. Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 60.10 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 85.65
2003 ••••••••••••••••••• 90.94
2004 ••••••••••••••••••• 88.26
2005 •••••••••••••••••• 83.67
2006 •••••••••••••••••••• 97.75
2007 •••••••••••••••••• 83.73
2008 ••••••••••••••• 72.11
2009 •••••••••••••• 65.59
2010 •••••••••••••• 64.72
2011 ••••••••••••• 63.31
2012 •••••••••••• 56.71
2013 •••••••••••• 56.89
2014 ••••••••••• 51.65
2015 •••••••••••• 57.84
2016 ••••••••• 42.52
2017 ••••••••• 43.57
2018 •••••••••• 47.49
2019 ••••••••• 42.01
2020 •••••••••• 44.95

sərf sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Xərc; sərf etmə, xərcləmə, işlətmə. □ Sərf etmək (eləmək, qılmaq) – 1) xərc etmək, işlətmək, xərcləmək, pul və s. qoymaq (bir işə). Əziz balalar!… Məktəb vasitəsilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq, … biz üç yoldaş qüvvətimizi sərf etdik. N.Nərimanov. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman; 2) xeyir vermək, xeyirli olmaq, lazım olmaq, sərfəli olmaq. Kar özünə sərf eyləyəni eşidər. (Ata. sözü); 3) həsr etmək. Qulam müəllimin arzusu o idi ki, yetmiş-həştad yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin… S.Rəhimov. [Dustaq] vaxtının çoxunu oxumağa, yazmağa sərf edirdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sərf
  • 2 is. [ər.] qram. Morfologiyanın köhnə adı.

    Azərbaycan dilinin izahlı lüğəti / sərf
  • 3 SƏRF ə. 1) xərcləmə, sərf etmə; 2) işə salma; 3) çevirmə, döndərmə. Sərfi-nəzər vaz keçmə, fikir verməmə. SƏRF(İYYAT)2 ə. dilçilikdə: morfologiya.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərf
  • 4 ру расход en flow rate de Durchfluß fr débit es flujo it scorrimento

    Günəş energetikası terminləri lüğəti / sərf

sərf sözünün sinonimləri (yaxın mənalı sözlər)

sərf sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SƏRF I is. [ ər. ] Xərcləmə. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var (H.Cavid). SƏRF II is. [ ər. ] Xeyir, mənfəət. Əlbəttə... Sərf eləmir axı (S.Qədirzadə). SƏRF III is. [ ər. ] qram. Morfologiya. Sabahdan o mənə həmin sərf və nəhv kitabından dərs verməyə başladı (A.Şaiq).

    Azərbaycan dilinin omonimlər lüğəti / sərf

sərf sözünün rus dilinə tərcüməsi

  • 1 1. расход, трата, потребление; 2. морфология;

    Azərbaycanca-rusca lüğət / sərf
  • 2 1 в сочет. sərf etmək (eləmək): 1. расходовать, израсходовать; тратить, потратить. Pul sərf etmək nəyə тратить деньги на что, enerji sərf etmək расходовать энергию 2. разг. посвящать, посвятить чему-л. (предназначить для какой-л. деятельности, занятия и т.п.; затратить на какое-л. дело, занятие и т.д.). Bütün qüvvəsini sülh uğrunda mübarizəyə sərf (həsr) etmək посвятить все свои силы борьбе за мир, həyatını məktəbə sərf (həsr) etmək посвятить свою жизнь школе, bütün gücünü elmə sərf (həsr) etmək все свои силы посвятить науке; sərf olunmaq: 1. быть израсходованным, потраченным; 2. разг. быть посвященным. Bütün vaxtım lüğətə sərf (həsr) olunur всё моё время посвящается словарю; sərf edir kimə nə выгодно, полезно что к ому, устраивает кого что; sərf etmir kimə nə 1. не выгодно кому что 2. не устраивает кого что 2 сущ. устар. лингв. морфология

    Azərbaycanca-rusca lüğət / sərf

sərf sözünün inglis dilinə tərcüməsi

sərf sözünün fransız dilinə tərcüməsi

  • 1 is. dépense f, frais m pl ; ~ etmək dépenser vt, consommer vt ; həyatını ~ etmək dévouer (se) vt, consacrer (se) à. . . , sacrifier (se) pour

    Azərbaycanca-fransızca lüğət / sərf

sərf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. грам. морфологиядин куьгьне тӀвар.

    Azərbaycanca-ləzgicə lüğəti / sərf
  • 2 [ər.] сущ. серф, харж; серф (харж) авун, кӀвалахарун; sərf etmək (eləmək, qılmaq) серф авун а) харж авун, кӀвалахарун, харжун, пул ва мс. эцигун, тун (са кардал); б) хийир гун, хийирлу хьун, лазим хьун, серфелу хьун; в) бахш авун (мес. са кар патал уьмуьр).

    Azərbaycanca-ləzgicə lüğəti / sərf

sərf sözünün türk dilinə tərcüməsi

sərf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Quba, Şamaxı) tutağan, sərt (it). – Qonşimizün iti çox sərfdi, hamını tutır (Şamaxı) II (Cəlilabad) 1. yaxşı 2. keyfiyyətli. – Çitin sərfi Orısseydi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sərf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərf nədir? #sərf sözünün mənası #sərf nə deməkdir? #sərf sözünün izahı #sərf sözünün yazılışı #sərf necə yazılır? #sərf sözünün düzgün yazılışı #sərf leksik mənası #sərf sözünün sinonimi #sərf sözünün yaxın mənalı sözlər #sərf sözünün əks mənası #sərf sözünün etimologiyası #sərf sözünün orfoqrafiyası #sərf rusca #sərf inglisça #sərf fransızca #sərf sözünün istifadəsi #sözlük