* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. bot. Cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağac. Sərv 20-25 metr hündürlükdə, iynəyarpaqlı, həmişəyaşıl ağacdır. İynə yarpaqları pulcuqşəkillidir. H.Qədirov. Axşamlar [Afaq] şairlə bərabər bağçadakı qoşa sərv ağacları altında oturar, xəyalı şairin xəyalına qoşulub gələcəyə doğru uçardı. Ə.Məmmədxanlı. 2. məc. Klassik şeirdə: gözəlin qaməti bu ağaca oxşadılır. Vey sərv, nə xoş canalıcı qəmzələrin var; Həm şivələrin var! M.Ə.Sabir. [Mərsiyəxan qadına:] Bu sərv qamət, bu cazibəli gözlər, siyah danə… Bunlar röyamı? Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / sərv2 həmişəyaşıl ağac; şümşadboylu; sərv ağacı kimi gözəl.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / sərv3 f. cənubda bitən həmişəyaşıl hündürboylu ağac. Sərvi-azad azad sərv; sərvi-xüram nazlı sərv; sərvi-qədd bax sərvqəd(d); sərvi-naz bax sərvnaz; sərvi-nihal cavan sərv; sərvi-rə’na gözəl sərv; sərvi-səhi sərv kimi sərrast, boy-buxunlu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərv1 SƏRV (bot.) (Cənubda bitən ağac) Ucalır kəkliyin, turacın səsi; Gözəldir söyüdün, sərvin kölgəsi (A.Şaiq); ƏR-ƏR (köhn.) bəlkə bu ər-ər ağadan da insanlar kimi hiss sahibidirlər (C.Məmmədquluzadə); KİPARİS Kiparisin palmanın; Əyildi budaqları.. (Ə.Kərim).
Azərbaycan dilinin sinonimlər lüğəti / sərv2 I сущ. кипарис: 1. вечнозелёное хвойное дерево, обычно с пирамидальной кроной 2. устар. о стане красавицы II прил. кипарисный, кипарисовый
Azərbaycanca-rusca lüğət / sərv1 [fars.] сущ. 1. бот. кипарис (цацар хьтин пешер жедай, дуьз, шумал, гьамиша къацу са ттар); 2. пер. клас. гуьзелдин (кипарис хьтин) шумал буйдиз тешпигь.
Azərbaycanca-ləzgicə lüğəti / sərv