sərvi sözü azərbaycan dilində

sərvi

Yazılış

  • sərvi • 52.0408%
  • Sərvi • 47.9592%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arizona sərvi
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur.
Himalay sərvi
Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir. Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. Azərbaycanda bağ və parklarda rast gəlinir. Abşeron da boz-qonur, karbonatlı torpaqlarda. Quru səhra iqlimli şəraitdə zəif böyüyür. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Luzitaniya sərvi
Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5-2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür.
Qoven sərvi
Vətəni Kaliforniyadır. 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir.
Adi bataqlıq sərvi
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır.
Sərvistan
Sərvistan- İranın Fars ostanının şəhərlərindən və Sərvistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,846 nəfər və 4,094 ailədən ibarət idi.
Sərvistan xalçaları
Sərvistan xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Sərvistan şəhristanı
Sərvistan şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərvistan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,452 nəfər və 8,308 ailədən ibarət idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2006 ••••••••••• 0.45
2007 ••••• 0.21
2008 •••••• 0.24
2009 •••••••• 0.32
2010 ••••• 0.18
2011 •••••••• 0.34
2012 •••••• 0.26
2014 •••••••• 0.34
2015 •••••••• 0.34
2016 •••••••••••••••••••• 0.87
2017 •••• 0.16
2020 •••••••••••••••• 0.66

sərvi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) sərvə aid olan, sərvdən olan; 2) atın alnındakı uzun ağ qaşqa.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

həmişəyaşıl ağac; şümşadboylu; sərv ağacı kimi gözəl.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"sərvi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərvi nədir? #sərvi sözünün mənası #sərvi nə deməkdir? #sərvi sözünün izahı #sərvi sözünün yazılışı #sərvi necə yazılır? #sərvi sözünün düzgün yazılışı #sərvi leksik mənası #sərvi sözünün sinonimi #sərvi sözünün yaxın mənalı sözlər #sərvi sözünün əks mənası #sərvi sözünün etimologiyası #sərvi sözünün orfoqrafiyası #sərvi rusca #sərvi inglisça #sərvi fransızca #sərvi sözünün istifadəsi #sözlük