sivri sözü azərbaycan dilində

sivri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sivri • 90.0662%
  • Sivri • 7.9470%
  • SİVRİ • 1.9868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sivri kola
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Sivri xanımotu
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Sivriada
Sivriada (türk. Sivriada) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən uzun və qərbdə yerləşən adasıdır. Maksimal hündürlüyü 90 metrdir. Yassı adasından 1,7 km, İstanbuldan isə (Fənərbaxça burnu) 11 km aralıda yerləşir. 1910-cu ildə İstanbul valisi küçə itlərinin toplanaraq Sivriadaya göndərilməsinə qərar vermişdir. 80 min küçə iti adaya yerləşdirilmişdir. Onlar taleyin ümidinə buraxilmişdir. Qısa müddət sonra İstanbulda güçlü zəlzələ baş vermişdir. Xalq bunu "tanrının qəzəbi" olaraq adlandırmışlar.
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. == Morfoloji əlamətləri == D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.
Sivrihisar
Sivrihisar- Əskişəhərin ən böyük bölgəsidir.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Sivriyarpaq aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Sivriyarpaq akvilegiya
Sivriyarpaq akvilegiya (lat. Aquilegia oxysepala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Sivriyarpaq ağcaqayın
== Təbii yayılması == Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir. == Ekologiyası == Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür.
Sivriyarpaq kassiya
Somer Sivrioğlu
Somer Sivrioğlu (25 may 1971, İstanbul) - Türk aşpaz, restoran meneceri və server. == Həyat == 1971-ci ildə İstanbulda anadan olan Somer Sivrioğlu, 1996-cı ilə qədər Türkiyədə qaldı. Bilkent Universiteti Turizm və Qonaqpərvərlik Bölməsini bitirib, sonra magistr dərəcəsini tamamladı və 25 yaşında olarkən 1995-ci ildə magistr dərəcəsi və akademik karyerasını davam etdirmək üçün Avstraliyaya getdi. Aşpaz karyerasına ilk addımı Avstraliyada magistr dərəcəsi alarkən atdı. Restoranlarda menecer işlədikdən sonra Sidneydə menyusunda Türk ləzzətləri olan öz restoranını açdı. MasterChef, Avstraliyada qonaq hakim idi. 2015-ci ildə David Dale ilə birlikdə yazdığı Anadolu: Türk Mətbəxindəki Bir Macera kitabı nəşr olundu. 2018-ci ildən bəri TV8 kanalındaki "MasterChef" kulinariya proqramının münsiflər heyətində xidmət göstərir. == Şəxsi həyat == 2001-ci ildə Aslı Sivrioğlu ilə evlənən Somer Sivrioğlu, 2 uşaq atasıdır və 2019-cu ildə ərindən boşandı.
Sivrihisar Ulu Məscidi
Sivrihisar Ulu Məscidi — Əskişəhərin Sivrihisar rayonunda yerləşən məscid. 1232-ci ildə tikilmiş məscid 1274-cü ildə bərpa olunaraq indiki formasını almışdır. 1440-cı ildə məscidə minarə əlavə edilmişdir. Dörd girişi olan məscidin damını altmış yeddi taxta sütun daşıyır. UNESCO məscidi 2016-cı ildə Ümumdünya İrs Siyahısına daxil edib.

sivri sözünün leksik mənası və izahı

  • 1 sif. İti, şiş. Sivri qılınc. Sivri burun. – Zehnin, düşüncənin səyyar qanadı; Sivri bir ox kimi sancıldı yerə. S.Vurğun. [Firəngizin] sivri burnundan geniş, qaraşın alnına ağ bir keçid vardı. B.Bayramov. [Səməndər] bulaşmış barmaqları ilə tez-tez alnını eşir, hələ də uşaqlıq şəklini itirməmiş sivri çənəsini ovuşdururdu. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / sivri

sivri sözünün sinonimləri (yaxın mənalı sözlər)

sivri sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SİVRİ – KÜT – Sənə baş lazımdır, al! – deyə əlindəki sivri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer də qazmaz (N.Vəzirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / sivri

sivri sözünün rus dilinə tərcüməsi

  • 1 острый, остроконечный

    Azərbaycanca-rusca lüğət / sivri
  • 2 прил. острый (суживающийся к концу). Sivri burun острый нос, sivri çənə острый подбородок, sivri bucaq мат. острый угол; sivri yarpaq лес. острый лист; sivri kəlbətin острогубцы; sivriuclu с острым концом, sivridonqarlı с острым горбом

    Azərbaycanca-rusca lüğət / sivri

sivri sözünün inglis dilinə tərcüməsi

sivri sözünün ləzgi dilinə tərcüməsi

sivri sözünün türk dilinə tərcüməsi

"sivri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sivri nədir? #sivri sözünün mənası #sivri nə deməkdir? #sivri sözünün izahı #sivri sözünün yazılışı #sivri necə yazılır? #sivri sözünün düzgün yazılışı #sivri leksik mənası #sivri sözünün sinonimi #sivri sözünün yaxın mənalı sözlər #sivri sözünün əks mənası #sivri sözünün etimologiyası #sivri sözünün orfoqrafiyası #sivri rusca #sivri inglisça #sivri fransızca #sivri sözünün istifadəsi #sözlük