* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf. Atın sağrısı. – [Dərviş:] [Ruqiyyə] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbəyoğlu. [Səməd kişi] axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağac da onların tozlu və arıq sağrılarına “ho, ho” çığıraraq endirdi. T.Ş.Simurq. // İnsan bədəninin beldən aşağı oturaq hissəsi. ◊ Sağrı başmaq – keçmişdə: atın sağrı gönündən hazırlanan başmaq. Əyləş məclisində, gəlməsini gör; Sağrı başmaq geyib, gəlməsini gör. Aşıq Ələsgər. Çəkibdir burnuna qara yaşmağı; Ayaqda dikburun sağrı başmağı. H.K.Sanılı.
Azərbaycan dilinin izahlı lüğəti / sağrı1 “Почва земли” ifadəsini tərcümə edənlər çətinlik çəkirlər. Türk dillərində buna yer sağrısı deyilib. Sağrı ən çox “dəri” mənasında işlədilir, amma burada yerin üz qatı, bitkini qidalandıran hissə nəzərdə tutulur. Sağrı sözü rus dilinə круп kimi tərcümə olunur, heyvanın quyruq tərəfdəki sağ və sol yanlarına, eləcə də həmin yanların dərisinə sağrı deyilir (bu dəridən keyfiyyətli ayaqqabı hazırlanır). Yada salaq: Xan Çoban deyir: Sağrı başmaq suda gəlir, / Apardı sellər Saranı... Belə düşünürəm ki, sözün kökü sağ (salamat, yararlı) kəlməsidir. Sağrı dəridir, özü də ən yararlı hissədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sağrı1 SAĞRI I is. Budların üstü. O artıq atın belində idi, yerində oyur-oyur oynayan atın sağrısında dizləri üstündə durub, arxadan qollarını Cəbrayıl kişinin çənəsinin altına sıxmışdı (İ.Hüseynov). SAĞRI II is. Başmağın bir növü. ...Nazik vücudunu kip tutmuş zərif çuxa, sağrı başmaq geyir (Ə.Cəfərzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / sağrı2 I сущ. 1. круп (часть туловища лошади от спины до хвоста). Atın sağrısı круп лошади 2. ягодица (часть туловища человека ниже спины, седалище) II прил. ягодичный. Sağrı əzələləri ягодичные мышщы, sağrı qabarcıqları ягодичные бугры, sağrı nahiyəsi ягодичная область; sağrı sümüyü крестцовая кость; sağrı gəlimi ягодичное предлежание; sağrı başmaq в старину: башмаки из кожи, выделанной с крупа лошади
Azərbaycanca-rusca lüğət / sağrı1 сущ. сагъри (мес. балкӀандин); къалчах (инсандин бедендин юкьвалай агъуз ацукьдай чка); // сагъридин (мес. як); ** sağrı başmaq сагърид(ин) чустар (балкӀандин сагъридин лидикай цвайи чустар).
Azərbaycanca-ləzgicə lüğəti / sağrı(Qazax) xəncərin qınına çəkilən dəri
Azərbaycan dilinin dialektoloji lüğəti.