sarğı sözü azərbaycan dilində

sarğı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sarğı • 93.3194%
  • Sarğı • 6.2630%
  • SARĞI • 0.4175%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarğı
Sarğı (gəmi)
Sarğı (gəmi)
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Sarğı (tibb)
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Sarğı lisenziyası
Sarğı lisenziyası (shrinkwrap license ) – aldığı proqram təminatı paketini açan kimi alıcı tərəfindən qəbul edilmiş hesab edilən lisenziya. Proqram təminatı kütləvi satışa çıxarıldıqda “sarğı lisenziyası”nı qutunun bayır tərəfinə yerləşdirir və üzərinə şəffaf örtük çəkirlər ki, alıcı qutunu açmadan lisenziyanın məzmunu ilə tanış ola bilsin. Lisenziya qutunun bayırına yerləşmədikdə, onu qutunun içərisinə qoyur, qutunun üstündə isə uyğun xəbərdarlıq yerləşdirirlər. Bu halda alıcını lisenziyanın məzmunu ilə satıcı tanış etməlidir. Alıcı şəffaf örtüyü açarsa, o, lisenziya şərtlərini qəbul etmiş hesab olunur. Aydındır ki, əgər lisenziya bağlamanın içərisində gizlədilmişsə, onu məhkəmədə hüquqi qüvvəyə mindirmək çox çətin olacaq və “sarğı lisenziyası”nın bir çox müddəaları heç vaxt sınaqdan keçirilməyib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 775 s.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.46 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •••• 0.67
2005 •••••••••••••••••••• 4.05
2006 ••••• 0.90
2007 ••••••••••• 2.11
2008 ••••••• 1.22
2009 •••••••• 1.44
2010 ••••••••••••••• 3.00
2011 •••••• 1.03
2012 ••••••• 1.29
2013 ••••••• 1.31
2014 ••••••••••••••••• 3.26
2015 ••••••••• 1.70
2016 •••• 0.69
2017 ••••• 0.81
2018 ••••• 0.90
2019 ••••• 0.97
2020 ••••• 0.93

sarğı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yaranı sarımaq, sınığı bağlamaq və s. üçün uzun kəsilmiş tənzif, bez və s. parçası; bint. Yaranı sarğı ilə bağlamaq. – Artıq sarğı hazır olduqda Vera Əjdərin köynəyini çıxarıb yarasını sarımaq istədi… S.Rəhman. // Ümumiyyətlə, bir şey sarımaq üçün uzun kəsilmiş bez və s. parça. Baş sarğısı (əmmamə). 2. Müəyyən məqsədlə qola bağlanan ensiz parça. Qollarında qırmızı sarğı olan nəzarətçilər gələnlərə yer göstərir, hamını nizam və qayda üzrə yerləşdirirlər. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / sarğı

sarğı sözünün etimologiyası

  • 1 Kökü sarmaq feilidir. Sarmaşıq sözü də bu köklə bağlıdır. İndi sar az-az hallarda işlədilir, çünki sarımaq forması onu bir qədər sıxışdırıb. Sürmək və sürü­mək, sarmaq və sarımaq tipli sözlər göstərir ki, -ı şəkilçisi həm də feildən feil düzəldib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sarğı

sarğı sözünün sinonimləri (yaxın mənalı sözlər)

sarğı sözünün rus dilinə tərcüməsi

  • 1 1. бинт, повязка, перевязка, бандаж; 2. виток, обвивка;

    Azərbaycanca-rusca lüğət / sarğı
  • 2 I сущ. 1. повязка: 1) узкий кусок ткани, которым обвязывают что-л. (руку, голову и т.п.). Qırmızı sarğı красная повязка 2) бинт или иной материал, которым закрыто, завязано больное место, рана. Sarğı qoymaq наложить повязку, мед. bint sarğısı бинтовая повязка, gips sarğısı гипсовая повязка, aralanan sarğı расходящая повязка, qalxan sarğı восходящая повязка, enən sarğı нисходящая повязка, sürünən sarğı ползучая повязка, xaçabənzər sarğı крестовидная повязка 2. перевязка, перевязь: 1) полоса материи, перекинутая через плечо для поддержания раненой, поврежденной руки 2) то, чем перевязано что -л 3. обмотка (то, чем обматывается, обмотано что-л.) 4. эл.-тех., связь. виток (то, что свито спирально, кольцом). Rabitə sarğısı виток связи, sarğıların sayı число витков 5. геол. завиток (что-л. образующее волнистую линию) 6. бот. обёртка, обвёртка (плотно прилегающие друг к другу мелкие верхушечные листья, окружающие соцветия у некоторых растений). Çiçək qrupu sarğısı обвёртка соцветия II прил. 1. повязочный. Sarğı materialı повязочный материал 2. перевязочный. Sarğı vasitələri перевязочные средства, sarğı masası перевязочный стол, sarğı otağı перевязочная комната (перевязочная), sarğı məftili связь. перевязочная проволока 3. обмоточный. Sarğı sexi обмоточный цех 4. обёрточный. Sarğı kağızı обёрточная бумага

    Azərbaycanca-rusca lüğət / sarğı

sarğı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. bandage; bandaging; 2. coil; bir ~ kəndir a coil of rope II. s. dressing; ~ məntəqəsi dressing station, aid point / station; ~ materialı dressing

    Azərbaycanca-ingiliscə lüğət / sarğı

sarğı sözünün fransız dilinə tərcüməsi

sarğı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. бинт, жуна, парчадин зул (цӀил, чӀук) ва мс. кутӀундай (алчукдай, арушдай) затӀ; baş sarğısı кьилик кутӀундай парчадин зул, сирих, чалма; 2. цӀил, парчадин зул (тайин са макьсаддалди гъилик кутӀундай яру ва я мс. рангунин).

    Azərbaycanca-ləzgicə lüğəti / sarğı

sarğı sözünün türk dilinə tərcüməsi

"sarğı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarğı nədir? #sarğı sözünün mənası #sarğı nə deməkdir? #sarğı sözünün izahı #sarğı sözünün yazılışı #sarğı necə yazılır? #sarğı sözünün düzgün yazılışı #sarğı leksik mənası #sarğı sözünün sinonimi #sarğı sözünün yaxın mənalı sözlər #sarğı sözünün əks mənası #sarğı sözünün etimologiyası #sarğı sözünün orfoqrafiyası #sarğı rusca #sarğı inglisça #sarğı fransızca #sarğı sözünün istifadəsi #sözlük