* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••• | 13.70 |
2003 | •••• | 8.66 |
2004 | ••• | 7.07 |
2005 | ••••••••• | 20.92 |
2006 | ••••••••• | 18.92 |
2007 | ••••• | 11.63 |
2008 | ••••••••••• | 24.36 |
2009 | ••••••••••• | 24.32 |
2010 | •••••••••••••••• | 37.13 |
2011 | •••••••••••• | 27.54 |
2012 | •••••••••••••••• | 36.66 |
2013 | •••••••••••••••••••• | 47.26 |
2014 | •••••••••••••••••• | 41.19 |
2015 | ••••••••••• | 23.99 |
2016 | ••••••••••••• | 28.81 |
2017 | •••••••••• | 22.11 |
2018 | ••••••••••••••• | 33.86 |
2019 | •••••••••••••• | 32.69 |
2020 | •••••••• | 18.30 |
1 1. sif. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi. Kiçik süfrənin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümə edirdi. S.Qədirzadə. // sif. Bu rəngdə olan. Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba. – Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn. // İs. mənasında. Sarıları ağlardan ayırmaq. 2. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi; məs.: sarı zanbaq, sarı qızılgül, sarı acıotu, sarı bıtraq və s. – Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski. 3. is. dan. Qızıl mənasında. Təmiz vicdanı heç bir sarı ləkələyə bilməz! S.Rəhimov. [Danışanlardan biri:] Sarı yaman şeydir. Kökü kəsilsin yer üzündən sarı qızılın. Mir Cəlal. ◊ Sarı ev köhn. – ruhi xəstələr üçün xəstəxana. …sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox məmnun olmaq. Bu söz ürəyimə sarı yağ kimi yayıldı. – İsti adamın bədəninə sarı yağ kimi yayılırdı. Ə.Vəliyev. Sarı simə vurmaq, sarı simdə çatdırmaq – bir sözü, işi, mətləbi çox incə bir yolla çatdırmaq, nazikanə demək. Əlikram Sənubərin memarlıqdan çox yer fizikası ilə məşğul olduğunu sarı simlərdə [Hidayətə] çatdırır. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / sarı2 qoş. 1. Tərəf, səmt. Qapıya sarı getmək. Evə sarı gəlmək. Üzünü pəncərəyə sarı çevirmək. – Bir uşaq … təngnəfəs [Aynaya] sarı gəlirdi. Ə.Məmmədxanlı. Maşın cıdır düzünə sarı üz tutub sürətini daha da artırdı. H.Seyidbəyli. 2. Ötrü, üçün (bəzən “ki” bağlayıcısı ilə). Ondan sarı ki, heçnən adam boğazlayırlar. Mir Cəlal. 3. Sarıdan şəklində – tərəfindən, cəhətindən. Anam sarıdan nigaranam. – Bu gün neçə gündü canan sarıdan; Yetibdi guşuma səda, gedirəm. Q.Zakir. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Reyhan Əzizə:] Nə bilim, bala, ürəyim [Azər] sarıdan sakit deyil. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / sarı1 1. SARI (rəng) Axşam yatmamış xanım Güləbətini özü ilə üzbəüz oturdub nazik sarı rəngli karandaşı və bir vərəq kağızı qabağına qoydu (M.İbrahimov); ZƏRD (kl.əd.) Əşkimi çöhreyi-zərdimi görüb qədr etməz; Mən eşitmişdim edər simü zər insanı əziz (Q.Zakir). 2. sarı bax tərəf 1 3. sarı bax qızıl 1
Azərbaycan dilinin sinonimlər lüğəti / sarı1 SARI I is. [ hind. ] Hind qadınlarının paltarı. Onun əynində ağ bezdən sarı vardı (M.İbrahimov). SARI II sif. Rənglərdən biri. Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur! (M.P.Vaqif). SARI III qoşma Tərəf, doğru mənasında. Humay buxarının qabağında tək; Dikilmiş gözləri ocağa sarı (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / sarı1 1. желтый; 2. рыжий; 3. к ..., в сторону ..., по направлению к ...;
Azərbaycanca-rusca lüğət / sarı2 1 I прил. жёлтый: 1. цвета яичного желтка, золота. Sarı rəng жёлтый цвет, sarı işıq жёлтый свет, sarı yarpaq жёлтый лист, sarı köynək жёлтая рубашка, геол. sarı torpaq жёлтая земля 2. первый компонент словосочетаний – названий ботанических, медицинских, минералогических терминов. бот. Sarı akasiya жёлтая акация, sarı suzanbağı (nilufər) жёлтая кувшинка (кубышка); зоол. carı vağ жёлтая цапля, sarı sünbülqıran жёлтый суслик; мед. sarı şiş жёлтая опухоль, sarı ilik жёлтый костный мозг; бот. sarı böyürtkən морошка, sarı yonca донник, sarı sarmaşıq повилика; yumurta sarısı желток II сущ. золотишко, золотая монета ◊ sarısını udmaq перепугаться насмерть; sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə) как (будто, словно, точно) маслом по сердцу; sarı simə vurmaq (toxunmaq) тонко намекать, намекнуть на что-л.; sarı simdə çatdırmaq см. sarı simə vurmaq 2 I послел. к, в сторону, по направлению. Evə sarı к дому, çaya sarı к реке, qapıya sarı к двери II союз. потому, поэтому. Ondan sarı ki … потому, что …
Azərbaycanca-rusca lüğət / sarı1 I. i. 1. yellow; 2. (yumurtada) yolk (of egg) II. s. yellow; ~ yarpaq yellow leaf; ~ irq yellow race III. qoş. towards; parka ~ towards the park; evə ~ getmək to go* towards home
Azərbaycanca-ingiliscə lüğət / sarı1 1) sif. jaune ; 2) qoş. vers ; evə ~ getmək diriger (se) vers la maison
Azərbaycanca-fransızca lüğət / sarı1 къушм. 1. ...галай патахъ, терефдихъ, -ихъ, -дихъ, -ухъ; meşəyə sarı getmək там галай патахъ фин, тамухъ фин; 2. патал; 3. sarıdan ...жигьетдай,-дикай, -акай.
Azərbaycanca-ləzgicə lüğəti / sarı2 1. прил. хъипи; sarı gül хъипи цуьк; sarı rəng хъипи ранг; 2. сущ. рах. къизил манада; ** sarı ev куьгьн. хъипи кӀвал (руьгьдин азарлубур патал хенекхана); ...sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) ...хъипи гъери хьиз чукӀун (ччандиз, бедендиз), гзаф хуш(униз) атун, гзаф лезет гун, гзаф рази амукьун.
Azərbaycanca-ləzgicə lüğəti / sarırəng mənasından başqa, qədim türklərdə Günəş, Ay, ulduz, dünya, kainat; etnonim, totem; qızıl; yetkin, kamil və s. mənalarda işlənmişdir.
Azərbaycan kişi adlarının izahlı lüğəti