* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2005 | ••••••• | 0.67 |
2006 | ••••• | 0.45 |
2008 | ••• | 0.24 |
2009 | ••••••• | 0.64 |
2010 | •••• | 0.36 |
2011 | ••• | 0.26 |
2012 | ••••••• | 0.69 |
2013 | •••••• | 0.58 |
2015 | ••••••• | 0.68 |
2016 | •• | 0.17 |
2019 | ••••• | 0.42 |
2020 | •••••••••••••••••••• | 1.99 |
1 is. Yumru toxumları olan birillik taxıl bitkisi və bu bitkinin dəni. Darı əkini. – Ac toyuq yuxusunda darı görər. (Ata. sözü). // Darıdan bişirilmiş (hazırlanmış). Darı çörəyi. Darı yarması. – [Tubu:] De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / darı1 Tarla sözü ilə eyni kökə malikdir. Müxtəlif türk dillərində “просо”, “зерно”, “пщеница”, “посев”, “урожай” kimi bir çox mənalarda işlədilir. Etimonu dar (tar) sözüdür: tar+la,tar-ı (darı) sözləri də bunu sübut edir. ”Dən”, ”обработка “ mənaları aparıcı yer tutur. Darı çox əməksevən bitkidir və “ обрабатывать землю“ (uyğur dilində dar feili bu cür açıqlanıb) mənası əsas götürülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / darı1 DARI (birillik taxıl bitkisi və bu bitkinin dəni) Cütçü babasan, buğdanı ver, darı yeyərsən; Su olmasa qışda əridib qarı yeyərsən (M.Ə.Sabir); ƏRZƏN (arx., kl.əd.) Nə buğda, nə arpa çatdı səndən; Nə lobya, noxud, nə paxla, ərzən (M.Ə.Sabir); SULUF [Hacı:] Qarışdırram onu toza, peyinə; Bir düyü, bir suluf vermərəm sənə (A.Səhhət).
Azərbaycan dilinin sinonimlər lüğəti / darı2 I сущ. просо: 1. род однолетних травянистых растений сем. злаков 2. крупа, получаемая из проса; пшено. Adi darı обыкновенное просо II прил. просовый, просяной. Darı unu просовая мука, darı sıyığı просяная каша; зоол. darı böcəyi просяная жужелица, darı qurdu просяной червь; quş darısı бот. просяник ◊ ac toyuq yuxusunda darı görər голодной курице просо снится
Azərbaycanca-rusca lüğət / darı1 I. i. bot. millet, bir kisə ~ a bag of millet II. s. millet; ~ çörəyi millet bread
Azərbaycanca-ingiliscə lüğət / darı1 сущ. цуькӀ; // цуькӀуьн; darı unu цуькӀуьн гъуьр; darı çörəyi цуькӀуьн фу.
Azərbaycanca-ləzgicə lüğəti / darı