Sarıtala
Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.
== Toponimikası ==
Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur.
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd dağətəyi ərazidə yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə Sarıtala kənd kitabxana filialı, Sarıtala kənd klubu, Sarıtala poçt şöbəsi (AZ6036) fəaliyyət göstərir.
== Təhsil ==
Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir. 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.