Sarıbaba sözü azərbaycan dilində

Sarıbaba

Yazılış

  • Sarıbaba • 88.8889%
  • sarıbaba • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarıbaba
Sarıbaba (Laçın) — Laçın rayonunda kənd. Sarıbaba (Şuşa) — Şuşa rayonunda kənd.
Sarıbaba (Laçın)
Sarıbaba (əvvəlki adı:Ağbulaq (?–2015)) — Azərbaycan Respublikasının Laçın rayonunun Zerti kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılmışdır. Sarıbaba kəndi Qarabağ silsiləsinin ətəyindədir.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. Kənd dağətəyi ərazidə yerləşir.

sarıbaba sözünün leksik mənası və izahı

Oxşar sözlər

#sarıbaba nədir? #sarıbaba sözünün mənası #sarıbaba nə deməkdir? #sarıbaba sözünün izahı #sarıbaba sözünün yazılışı #sarıbaba necə yazılır? #sarıbaba sözünün düzgün yazılışı #sarıbaba leksik mənası #sarıbaba sözünün sinonimi #sarıbaba sözünün yaxın mənalı sözlər #sarıbaba sözünün əks mənası #sarıbaba sözünün etimologiyası #sarıbaba sözünün orfoqrafiyası #sarıbaba rusca #sarıbaba inglisça #sarıbaba fransızca #sarıbaba sözünün istifadəsi #sözlük