Bağramyan rayonu
Bağramyan rayonu — Ermənistan SSR və Ermənistan tərkibində 1983–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Mərkəzi Bağramyan kəndi idi.
== Tarixi ==
Bağramyan rayonu 1983-cü ildə Qurduqulu (Oktemberyan) rayonunun iki yerə bölünməsi ilə yaradılmışdır.
Rayon 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı ləğv edilib və onun ərazisi Armavir mərzinin tərkibinə daxil edilib.