bağlar sözü azərbaycan dilində

bağlar

Yazılış

  • bağlar • 78.0971%
  • Bağlar • 21.9029%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bağlar (Kəleybər)
Bağlar (fars. باغلار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Körfəzdəki bağlar
Körfəzdəki bağlar (ing. The Gardens by the Bay; Taman di Persisiran; வளைகுடா தோட்டம்) — Sinqapurun mərkəzində, Marina su anbarına bitişik 101 hektar (250 akr) ərazini əhatə edən təbiət parkı. Park: Bay South Garden (Marinanın cənubunda), Bay East Garden (Marinanın şərqində) və Bay Central Garden (Dauntoun Kore və Kallanqda) ibarət üç sahil bağından ibarətdir. Bağların ən böyüyü Grant Associates tərəfindən hazırlanmış 54 hektar (130 akr) ərazini əhatə edən Cənub bağıdır. Onun Çiçək Qübbəsi dünyanın ən böyük şüşə istixanasıdır.Körfəzdəki bağlar, şəhərdə yaşıllıq və floranı yaxşılaşdırmaqla həyat keyfiyyətini yüksəltmək məqsədi ilə "Bağlar şəhəri"nə çevirmək planlarının bir hissəsi idi. İlk dəfə 2005-ci ildə Sinqapurun Milli Günü ilə bağlı mitinqində Baş nazir Li Syan Lun tərəfindən Körfəzdəki bağlar Sinqapurun ilk şəhər açıq istirahət məkanı və milli simvolu olmaq üçün nəzərdə tutulduğu elan edilmişdi. Sinqapurun məşhur turistik məkanı olan park 2014-cü ildə 6,4 milyon ziyarətçi qəbul edib, 2015-ci ilin noyabrında 20 milyonu, 2018-ci ildə isə bu ziyarətçi sayı 50 milyonu keçib. == Mərkəzi bağ == Mərkəzi bağ Şərq və Cənub bağları arasında əlaqə rolunu oynayacaq. Şəhər mərkəzindən Sinqapurun şərqinə qədər uzanan mənzərəli gəzintilərə imkan verən 3 kilometrlik (1,9 mil) sahil zolağı ilə 15 hektar (37 akr) ərazini əhatə edir. == Şərq bağı == Şərq bağının sahəsi 32 hektardır (79 akr) və Marina Su Anbarı ilə həmsərhəd olan 2 kilometrlik (1.2 mil) ərazini əhatə edən gəzinti sahəsi var.
Ailə: qan bağları (film, 2006)
Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur. == Süjet xətti == Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir.
Babilin Asma Bağları
Semiramidanın (Babilin) asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir.
Bakı bağları. Buzovna (film, 2007)
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.
Bakı bağları (film, 2005-2007)
Bakı bağları sənədli serialı rejissor Maarif Məhərrəmbəyli tərəfindən 2005-2007-ci illərdə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Bakı bağlarından bəhs edən filmlər silsiləsində Bakıətrafı və Abşeron kəndlərindən, onların adət-ənənələrindən, burada yetişdirilən şəfalı meyvə və tərəvəzlərdən, həmçinin qədim abidələrindən söhbət açılır. == Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsində Bakıətrafı və Abşeron kəndlərindən, onların adət-ənənələrindən, burada yetişdirilən şəfalı meyvə və tərəvəzlərdən, həmçinin qədim abidələrindən söhbət açılır. == Seriyalar == Bakı bağları. Bilgəh (2007) Bakı bağları. Buzovna (2007) — 3 noyabr, 2007, Lider televiziyası Bakı bağları. Fatmayı — Goradil (2005) Bakı bağları. Hövsan (2007) — 26 avqust 2007, Lider televiziyası Bakı bağları. Kürdəxanı (2007) Bakı bağları.
Barnsdeyl bağları
Barnsdeyl bağları (ing. Barnsdale Gardens) — İngiltərənin Ratlend şəhərində yerləşən bağ kompleksi. Ceof Hamiltonun 1979-cu ildən 1996-cı ildə vəfatına qədər BBC-də yayımladığı “Bağbanların dünyası” TV seriyasının nümayiş olunduğu bağdır. == Haqqında == Bağ kompleksi Ratlend Uoterin şimalından bir az aralı Ekston qəsəbəsindəki xiyabanlıqda yerləşir. Ceof Hamilton 1983-cü ildən başlayaraq bağ kompleksini daha da təkmilləşdirməyə başladı. Hal-hazırda kompleksin sahəsi 3.2 hektardlr və orada 37 bağban fəaliyyət göstərir.
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Göyçay bağlarında (rəsm əsəri)
Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri. == Haqqında == Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub.Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir.
Hevsel bağları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Kyu kral botanika bağları
Kyu Kral Botanika Bağı (ing. Royal Botanic Gardens, Kew) və ya Kyu Bağı (ing. Kew Gardens) — Londonun cənub-qərb hissəsində Riçmond və Kyu arasında yerləşən sahəsi 121 ha olan botanika bağlar kompleksi, XVIII—XX əsrlərə aid tarixi park landşaftı.
Ordubad Bağları (film)
== Məzmun == Film Ordubad rayonu ərazisində inkişaf edən bağçılıq və bu sahə ilə əlaqəli olan arıçılıq, ipəkçilik və s. haqqındadır.
Qazaxıstan MEA-nın nəbatat bağları
Nəbatat bağı tədqiqat, mədəni, təhsil və praktik məqsədlər üçün bitki yetişdirən və tədqiq edən və botanika biliklərini təbliğ edən bir qurumdur. Əsas elmi istiqamətlər: yerli və xaricdən gətirilən bitkilərin becərilməsi, lokallaşdırılması, biologiyasının, ekologiyasının və fiziologiyasının öyrənilməsi, çoxalması, seleksiyası; botanika doktrinasının inkişafı, nailiyyətlərinin geniş ictimaiyyətə yayılması; ölkədə nəsli kəsilməkdə olan bitkilərin süni şəkildə çoxaldılması, bioloji və ekoloji xüsusiyyətlərinin öyrənilməsi, qorunub saxlanılması və təbii yaşayış yerlərinə qaytarılması yollarının nəzərdən keçirilməsi; şəhərlərin, kəndlərin, qəsəbələrin abadlaşdırılması; bağçılıq; çiçək yataqları sahəsində elmi və təhsil işlərinin aparılması; yeni bitki növlərini axtarmaq, faydalı xüsusiyyətlərini müəyyənləşdirmək və insan istehlakı üçün istifadə etmək; floranın qorunması və gözəlləşdirilməsi. Botanika bağının əsas hissəsi xaricdən gətirilən bitkilərdən ibarətdir. Biologiyanın xüsusiyyətlərindən asılı olaraq açıq sahədə, istixanalarda yetişdirilir. Botanika bağında bitkilər kolleksiyasının formalaşmasında əsasən coğrafi və sistematik prinsiplər rəhbər tutulur. Nəbatat bağı dendraridlər, dağ bitkiləri (alpinarium) kolleksiyası, nadir bitkilər, faydalı bitkilər (dərman, qida, texniki, dekorativ və s.) toplusunu əhatə edir. Tədqiqatın nəticələri Nəbatat Bağında tamamlanan nəşrlərdə ümumiləşdirilmişdir. Hal-hazırda Qazaxıstanda müxtəlif təbii və iqlim şəraitinə malik 6 Botanika bağçası - Baş Nəbatat Bağı (Almatı), Mangistau Təcrübə Nəbatat Bağı (Aktau), Jezkazgan Nəbatat Bağı, Altay Nəbatat Bağı (Leninogorsk), İli Nəbatat Bağı (Bakanas), Qaraqanda Nəbatat bağı. Bunlardan ilk beşi Botanika və Fitointroduksiya İnstitutunun bir hissəsidir və mərkəzləşdirilmiş Nəbatat Bağı sistemini təşkil edir. Cümhuriyyətin Botanika Bağları dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir, beynəlxalq konqreslərdə, simpoziumlarda və konfranslarda iştirak edir.
Quba Bağlarında (1953)
== Məzmun == Film Azərbaycanın dilbər guşəsi olan Quba bölgəsinin bağçılıq-meyvəçilik təsərrüfatlarından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Lətif Səfərov Ssenari müəllifi: İmran Qasımov Operator: Arif Nərimanbəyov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Ağahüseyn Kərimov, V.Marina == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
Quba Bağlarında və Tərtərçay Vadisində (1949)
== Məzmun == Mənzərə filmidir. Azərbaycanın zəngin təbiəti və bəhərli bağları ilə tamaşaçıları tanış edir.
Quba bağlarında (film, 1953)
== Məzmun == Film Azərbaycanın dilbər guşəsi olan Quba bölgəsinin bağçılıq-meyvəçilik təsərrüfatlarından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Lətif Səfərov Ssenari müəllifi: İmran Qasımov Operator: Arif Nərimanbəyov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Ağahüseyn Kərimov, V.Marina == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
Quba bağlarında və Tərtərçay vadisində (film, 1949)
== Məzmun == Mənzərə filmidir. Azərbaycanın zəngin təbiəti və bəhərli bağları ilə tamaşaçıları tanış edir.
Qış sarayının bağları
Qış sarayının bağları Avropanın digər hökmdar sarayları ilə müqayisədə məşhur deyildir və xüsusi dizaynı yoxdur. Çünki, çar və ailəsinin yaşayış yeri olan saray, əyləncə və istirahət məkanı kimi yox, güc və qüvvət simvolu kimi nəzərdə tutulmuşdu. Şimaldan Neva çayı, cənubda isə Saray meydanı ilə əhatə olunmuş Qış sarayı ətrafənda bağ salınması üçün xüsusi yer də yox idi; lakin, Rusiyanın son iki imperatriçası əvvəl asfaltla döşənmiş kiçik saray ərazisində kiçik bağlar saldırmışdılar. 1885-ci ildə III Aleksandrın həyat yoldaşı, Çaria Mariya Fyodorovna sarayın əvvəl asfaltla döşənmiş kimik həyətində bağ saldırmışdı. Bu bağ, sərbəst düzbucaqlı formasında dizayn edilmişdi. Qazon ağacları və kolları ilə bəzədilmiş bağdan Saray meydanına qapı açılır. İkinci bağ 1896-cı ildə II Nikolayın xanımı, Qış sarayında XX əsrin əvvəlində qısa müddət ömür sürmüş Çariça Aleksandra Fyodorovna tərəfindən yaradılmışdır. O, sarayda yaşadığı zaman, insanların sarayın fasadına yaxınlaşa bildiklərini görmüş və bayırdan sarayın qərbində yerləşən şəxsi otaqlara boylanılmasını bəyənməmişdi. Həmçinin, çariça, övladlarının təhlükəsiz oynaya biləcəyi bir məkan olması arzusunda idi, buna görə də, saray həyətinin onun pəncərəsi olan hissəsində bağ yaradıldı. Yüksək divarlarla əhatə olunmuş bağ, Riqa şəhər bağları və parklarının direktoru, landşaft memarı Georq Kufaldın layihəsi əsasında salınmışdı.
Semiramidanın asma bağları
Semiramidanın (Babilin) asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir.
Tivoli bağları
Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı. O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır. Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir. O, bu yeri 1951-ci ildə ziyarət edib.2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib. == Tarix == Parkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar. Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub. O, parkdan ilhamlanıb Bülbül nağılını yazıb.1901-ci ildən başlayaraq Tivolidə bir sıra insan sərqisi keçirilib.
Yaşma bağları
Yaşma bağları — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
İran bağları
İran bağları və ya Fars bağları (Farsca: باغ ایرانی) tərəfindən gündəmə gətirilmiş olan bağ dizaynı ənənəsi və tərzi Əndəlüsdən Hindistana qədər geniş bir ərazidə bağların dizaynını təsir etmişdir. Əlhambra bağları, İspaniyada Əndəlüs dövründən bəri bir Mavr sarayı miqyasında Fars bağları fəlsəfəsi üslubunun təsirini göstərir. Hümayun türbəsi və Tac Mahal Hindistandakı Böyük Moğol imperiyası dövründən bəri dünyanın ən böyük Fars bağlarını ehtiva edir.
Şalimar bağları
Şalimar bağları — Pakistanın Lahor şəhərində yerləşən Moğol bağları kompleksi. 1641-ci ildə tikinti işlərinə başlanılmış növbəti ildə isə tamamlanmışdır. Layihənin idarə olunması Şahcahan sarayının əyanı, Əlimərdan Xan və Molla Alaul Maulk Tuni ilə əməkdaşlıq edən Xəlilullah xanın nəzarəti altında həyata keçirilib. Şalimar sözünün mənası sirli olaraq qalır, ancaq güman ki, Anna Suvorovanın "Lahoru sevmək: şərq şəhərinin topofiliyası" kitabında irəli sürdüyü kimi söz Ərəb və ya Fars mənşəli ola bilər. Şalimar bağları Lahor şəhərinin əsas hissəsindən təxminən 5 km şimal – şərqdə olan böyük magistral yol boyu Baqbanpura yaxınlığında yerləşir. Şalimar bağlarının yaradılması üçün ilham mənbəyi olan əsasən beş coğrafi məkan var: Mərkəzi Asiya , Kəşmir, Pəncab, İran və Dehli sultanlığı. == Tarixi == Şalimar bağlarının yeri Arain qəbiləsindən olan Mian ailəsinə məxsusdur. Ailəyə imperiyadakı xidmətlərinə görə Moğol imperatoru tərəfindən Mian kral titulu verilib. Mian ailəsinin başçısı Məhəmməd Yusif təzyiqlərdən sonra imperator Şahcahana yaxşı vəziyyəti və torpağı olan İshaq Puranı verib. Şahcahan isə bunun əvəzində Şalimar bağlarını ailənin idarəsinə verib.
Şüvəlan bağları
Şüvəlan bağları- Şüvəlan tarixən qalalıların bağ yerləri olmuşdur. Yay fəslində kənd əhalisi bura köçər, dincələr, meyvə yığar doşab bişirər, sirkə tutardılar, mürəbbə hazırlayardılar. == Tarixi == Arxeoloji və yazılı ədəbiyyat materialları Şüvəlanda hələ tunc dövründən yaşayış olduğunu sübut edir. 60-cı illərin əvvəllərində Şüvəlan yaxınlığında Bəndüstü adlanan yerdə arxeoloji qzıntı işləri zamanı qara, boz və qırmızı rıngli saxsı qırıntıları, daş alətlər, ocaq, kül, heyvan sümükləri, həmçinin divar qalıqları aşkar edilimşdir. Divar qalıqlarının üzərində müxtəlif insan və heyvan təsvirləri, ov səhnələırini xatırladan döymə və sızma üsulu ilə işlənmiş digər cizgilər çəkilmişdir. Həmin tapıntılar e.ə. I minilliyin əvvəllərində burada yaşayanların əkinçilik, heyvandarlıq, toxuculuq və s. sənət sahələri ilə məşğul olduğunu söyləməyə əsas verir. Minilliklər boyu Şüvəlanda həyat kəsilməmiş, camaat əkin-biçinlə, bağçılıqla, heyvandarlıqla və s. güzəran keçirmişlər.
Səs bağları
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.62 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 10.28
2003 ••••• 3.15
2004 •••• 2.02
2005 •••••••• 4.72
2006 •••••••• 4.96
2007 ••••••• 3.81
2008 ••••••••••• 6.33
2009 ••••• 3.04
2010 ••••••••• 5.45
2011 ••••••••••• 6.43
2012 ••••••••• 5.42
2013 ••••••••• 5.54
2014 ••••••• 4.29
2015 •••• 2.38
2016 •••••• 3.64
2017 ••••••••••• 6.67
2018 •••••••••••••• 8.54
2019 •••••••••••••••••••• 12.66
2020 ••••••••• 5.44

"bağlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bağlar nədir? #bağlar sözünün mənası #bağlar nə deməkdir? #bağlar sözünün izahı #bağlar sözünün yazılışı #bağlar necə yazılır? #bağlar sözünün düzgün yazılışı #bağlar leksik mənası #bağlar sözünün sinonimi #bağlar sözünün yaxın mənalı sözlər #bağlar sözünün əks mənası #bağlar sözünün etimologiyası #bağlar sözünün orfoqrafiyası #bağlar rusca #bağlar inglisça #bağlar fransızca #bağlar sözünün istifadəsi #sözlük