simli sözü azərbaycan dilində

simli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • simli • 84.8984%
  • Simli • 15.0048%
  • SİMLİ • 0.0968%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Simli Alətlər
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür: Mizrabla çalınanlar: tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur Kamanla çalınanlar: kamança, çəqanə Barmaqla çalınanlar: (dartımlı) çəng, Şirvan tənburu Zərblə çalınanlar: səntur, sevəndər Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir: Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.
Culyard simli kvarteti
Culyard simli kvarteti (ing. Juilliard String Quartet) — 1946-cı ildə Nyu-Yorkda bəstəkar, Culyard məktəbinin rəhbəri U. Şumen tərəfindən yaradılmışdır. == Haqqında == Kvartetin ilk heyətinə R. Mann (1-ci skripka), R. Koff (2-ci skripka), R. Xillyer (alt), A. Uinoqrad (violonçel) daxil idilər. Heyətdə dəfələrlə dəyişiklik edilmişdir. 2006-cı ildə kvartetin heyətində C. Smirnoff (1-ci skripka), R. Koups (2-ci skripka), S. Rouds (alt), C. Krosnik (violonçel) çalmışlar. Klassik repertuarla yanaşı (V.A. Motsart, Y. Haydn və b.) 20-ci əsr musiqisi (o cümlədən A. Şönberqin, A. fon Vebernin), xüsusən də müasir Amerika bəstəkarlarının əsərləri (kvartet vergerin “Ko kul”, V. Vlasov və V.Q. Ferenin “Altın kız” (1949), “İssık-Kul sahillərində” (1951) əsərləri tamaşaya qoyulmuşdur.
Simli musiqi alətləri
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür: Mizrabla çalınanlar: tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur Kamanla çalınanlar: kamança, çəqanə Barmaqla çalınanlar: (dartımlı) çəng, Şirvan tənburu Zərblə çalınanlar: səntur, sevəndər Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir: Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.
Azərbaycan Dövlət Simli Kvarteti
Azərbaycan Dövlət Simli Kvarteti Azərbaycan Dövlət Simli Kvarteti (ADSK) 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir. == Simli Kvartetin iştirakçıları == Uran Seyidov (I skripka) – Azərbaycan Respublikasının Əməkdar artisti. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konsertmeysteridir. Soltan Məmmədov (II skripka) – SONOR müasir musiqi ansamblının konsertmeysteridir. Vaxtanq İmanov (viola-) Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Azərbaycan Respublikasının Əməkdar artistidir. Rasim Abdullayev (violonçel) – Azərbaycan Respublikasının Əməkdar artistidir.
Simliş
Simliş (ing. Simlish) — The Sims oyun seriyasında istifadə olunan dil. The Sims oyun seriyası ilə yanaşı, SimCity, MySims kimi Electronic Arts oyunlarında da istifadə olunur. The Sims oyun seriyasının yaradıcısı Vill Rayt, oyunda dialoqlara ehtiyac duyduğunu düşündü, ancaq İngilis kimi həqiqi dillərdəki sözlərin təkrarlanacağını və personajların nitqinin tərcüməsinin baha olacağını düşünürdü. Buna görə Simliş The Sims seriyasında istifadə ediləcək şəkildə yaradıldı. Əvvəlcə İkinci Dünya müharibəsində Amerikanlar tərəfindən istifadə edilən kodlaşdırılmış dildən ilham almış və Nahavo dilindən yaratmaq üçün istifadə edildi. The Sims seriyası oyunlarında personajların ingilis dilində danışmayacağı fikri əvvəldən baş oyun dizayneri Vill Raytın xoşuna gəldi. Beləliklə, virtual oyun personajlarının nitqi yalnız gerçəkliyin illüziyası və əsl ünsiyyət dili kimi səslənməməli idi. Digər bir problem, dialoqun həddindən artıq təkrarlanmaması olmuşdur. Beləliklə, oyun dizayneri intonasiya və inkişaf etdirilmiş jestlərin köməyi ilə oyunçunun başa düşə biləcəyi uyğun olmayan bir dil qoymağı qarşısına məqsəd qoydu.

simli sözünün leksik mənası və izahı

  • 1 sif. Simi olan, sim salınmış. Simli saz. Simli tar. – Tar, məlum olduğu kimi, Əsədoğlu Mirzə Sadıqadək yalnız beş simli bir musiqi aləti idi. Ə.Bədəlbəyli. // Simlərlə çalınan, simlərlə səsləndirilən. Simli çalğı alətləri. Simli orkestr.

    Azərbaycan dilinin izahlı lüğəti / simli

simli sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SİMLİ I sif. Metal teli olan. Dinsin simli kaman, dinsin simli tar; Səndən neçə-neçə igid danışsın (C.Novruz). SİMLİ II sif. Yarası simləmiş. O, simli ayağını zorla hərəkət etdirirdi.

    Azərbaycan dilinin omonimlər lüğəti / simli

simli sözünün rus dilinə tərcüməsi

  • 1 струнный

    Azərbaycanca-rusca lüğət / simli
  • 2 прил. струнный: 1. со струнами, производящий звуки с помощью струн (о музыкальных инструментах). Simli alətlər струнные инструменты 2. относящийся к игре на таких инструментах; составленный, состоящий из струнных инструментов. Simli orkestr струнный оркестр, simli kvartet струнный квартет

    Azərbaycanca-rusca lüğət / simli

simli sözünün inglis dilinə tərcüməsi

simli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. симер алай; симер авай, симералди ядай (музыкадин алатар, мес. чуьнгуьр); 2. симер алай алатрин (мес. оркестр).

    Azərbaycanca-ləzgicə lüğəti / simli

"simli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#simli nədir? #simli sözünün mənası #simli nə deməkdir? #simli sözünün izahı #simli sözünün yazılışı #simli necə yazılır? #simli sözünün düzgün yazılışı #simli leksik mənası #simli sözünün sinonimi #simli sözünün yaxın mənalı sözlər #simli sözünün əks mənası #simli sözünün etimologiyası #simli sözünün orfoqrafiyası #simli rusca #simli inglisça #simli fransızca #simli sözünün istifadəsi #sözlük