səddi sözü azərbaycan dilində

səddi

Yazılış

  • səddi • 90.9589%
  • Səddi • 9.0411%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Beşbarmaq səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Gilgilçay səddi
Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı. == Tarixi == Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı.
Qarabağlar səddi
Qarabağlar səddi — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndinin cənubunda aşkar olunmuş arxeoloji abidə. == Tarixi == Eni 1,25 m olan divarın qalıqları 500 m uzunluğun- da salamat qalmışdır. Divarın bir ucu Qarabağlar, digər ucu isə Qıvraq kəndinə doğru uzanır. Səddin yaxınlığında yaşayış binalarına rastlanmamışdır. Xalq arasında Qarabağlar kəndindən Şahtaxtı kəndinədək uzanan qara hasarın mövcudluğu haqqında rəvayət də vardır. Ehtimal ki, bu divar vaxtilə sərhəd bildirən bir tikili olmuşdur. Divarın ətrafından aşkar olunan keramika məmulatı başlıca olaraq orta əsrlərə aiddir. Divar qalıqlarını 9-11 əsrlərə aid etmək olar.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir.Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. == Tikintisi == Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü. İkinci Dünya Müharibəsindən sonra söküntü dayandırıldı.
Səddi-İsgəndəri
Səddi-İsgəndəri (özb. Saddi Iskandariy; سد اسكندرى) — Əlişir Nəvainin 1485-ci ildə Cığatay dilində yazılmış İsgəndər (Makedoniyalı İsgəndər) haqqında poemasıdır. Xəmsəsinə daxildir. Fars (Şahnamə, İsgəndərnamə) və ərəb əfsanələrinin (Quran) işlənməsi əsasında Şərq ədəbiyyatında Makedoniyalı İsgəndər obrazının dərk edilməsinə həsr olunub. 89 fəsildən ibarətdir. == Məzmunu == Rum və Rusun övladsız hökmdarı (məlik) Faylakus şəhərin xarabalıqları arasından bir körpə tapır, onu övladlığa götürür və adını İsgəndər qoyur. Nəvai bu körpənin fars şahı Daranın gözdən düşmüş Rum şahzadəsindən olan oğlu olması versiyanı açıqlayır. İsgəndərə ən yaxşı müəllimlər təqdim olunur, o cümlədən Nakumoxisin oğlu Ərəstu. Ərəstu İsgəndərin böyük gələcəyini proqnozlaşdırır. Faylakusun ölümündən sonra İsgəndər Rum üzərində padşahlıq edir.
Çin Səddi
Çin Səddi — Bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Böyük Çin səddi
Çin Səddi — Bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Çin səddi (maliyyə)
Böyük qum səddi
"Böyük qum səddi" — ilk dəfə 2015-ci ilin martında Sakit Okean Donanmasının komandanı olmuş ABŞ admiralı Harri Harris tərəfindən Çin Xalq Respublikasının (ÇXR) 2013-cü ilin sonundan 2016-cı ilin sonuna qədər olan dövrdə Cənubi Çin dənizinin Spratli adaları ərazisində bir sıra unikal irimiqyaslı torpaq bərpası layihələrini təsvir etmək üçün istifadə edilən ad. == Regional konsepsiya == Çin mənbələrinə görə, konsepsiya 1972-ci ildə Vyetnamın Baş Naziri Fam Van Donqun hökuməti nəzdindəki Tədqiqatlar və Xəritəçəkmə Bürosu tərəfindən çap etdirilmiş "Dünya Atlası"ında "Nanşan və Xişa adalarından Haynan adasına, Tayvan adasına, Penhuledao adalarına və Çjouşan adalarına qədər adalar silsiləsi yay şəklindədir və materik Çinini müdafiə edən böyük səddini təşkil edir" ifadəsindən yaranmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.39 dəfə / 1 mln.
2003 •••••••••• 1.97
2004 ••••••• 1.35
2005 •••••••••••••••••••• 4.05
2006 •••••••••••• 2.25
2007 ••••••••••• 2.11
2008 ••• 0.49
2009 ••••••••• 1.76
2010 ••••••••• 1.63
2011 •••••• 1.12
2012 •••• 0.77
2013 ••••••••••• 2.19
2014 •••••••••••• 2.40
2015 •••• 0.68
2016 •••••••• 1.56
2017 ••••• 0.81
2018 •••••• 1.05
2019 ••• 0.42
2020 •••••••• 1.59

"səddi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səddi nədir? #səddi sözünün mənası #səddi nə deməkdir? #səddi sözünün izahı #səddi sözünün yazılışı #səddi necə yazılır? #səddi sözünün düzgün yazılışı #səddi leksik mənası #səddi sözünün sinonimi #səddi sözünün yaxın mənalı sözlər #səddi sözünün əks mənası #səddi sözünün etimologiyası #səddi sözünün orfoqrafiyası #səddi rusca #səddi inglisça #səddi fransızca #səddi sözünün istifadəsi #sözlük