* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 20.56 |
2003 | ••••••••••••• | 51.18 |
2004 | ••••••••••••••••••• | 77.82 |
2005 | ••••••••••• | 46.56 |
2006 | ••••••••••••••• | 62.84 |
2007 | •••••••••••••• | 59.41 |
2008 | •••••••••••••••••••• | 85.27 |
2009 | •••••••••••••••• | 64.15 |
2010 | ••••••••••••• | 55.28 |
2011 | •••••••••••••• | 57.82 |
2012 | ••••••••••••••• | 61.87 |
2013 | ••••••••• | 35.74 |
2014 | •••••••••• | 39.64 |
2015 | ••••••••• | 34.36 |
2016 | ••••••••• | 35.23 |
2017 | ••••••••• | 34.31 |
2018 | •••••••••• | 40.30 |
2019 | ••••••••••• | 45.62 |
2020 | •••••••••• | 39.78 |
1 1. say. Altıdan sonra gələn ədədin adı – 7. Yeddidən üç çıxmaq. // Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün. – Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı). Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə. 2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək. – Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. İ.Şıxlı. ◊ Yeddi arxa – əcdad, əsil-nəsəb. [Məşədi Əhməd:] Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. Ə.Haqverdiyev. Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir. Yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal. Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq. Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq. Yeddi iqlim – dünya, aləm. Eşitsəm gəlirsən, uçaram, inan; Pənbə buludlarla qucaqlaşaram; Açaram köksümü yeddi iqlimə. X.Rza. Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq. Yeddisindən yetmişinə qədər – yeddi yaşlı uşaqlardan tutmuş yetmiş yaşlı qocalaradək; hamı. S.Vurğunu Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır. Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq. Bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışıq ki! Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil. İ.Musabəyov.
Azərbaycan dilinin izahlı lüğəti / yeddi2 семи … (первая составная часть сложных слов, обозначающая: 1. имеющий семь одинаковых признаков, предметов. Yeddibaşlı семиглавый 2. состоящий из семи частей, разделов; мерой в семь каких-л. единиц. Yeddisaatlıq семичасовый, yeddimetrlik семиметровый и т.п.)
Azərbaycanca-rusca lüğət / yeddi3 I числ. колич 1. семь: 1) число, состоящее из 7 единиц; название цифры 7. Yeddi dəfə yeddi 49 edər семью семь – сорок девять 2) количество 7. Yeddi il семь лет, yeddi manat семь манатов, yeddi saat семь часов 2. в сочет. с nəfər семеро 3. в сочет. с десятками, сотнями, тысячами. On yeddi семнадцать, yeddiyüz семьсот, yüz yeddi сто семь, yeddi min семь тысяч, min yeddi тысяча семь II сущ. семёрка: 1. цифра 7. Yeddi yazmaq написать семёрку 2. название различных предметов, нумеруемых цифрой 7. Yeddiylə getmək ехать на семёрке (трамвае, автобусе и т.д.) 3. группа из семи человек. Yeddi üzgüçü семёрка пловцов ◊ yeddi arxa седьмое поколение; yeddi qapı qonşu дальний сосед; yeddi qat qabıqdan çıxmaq выйти из кожи, лезть из кожи; yeddi qıfıl arxasında за семью замками; yeddi möhür altında за семью печатями; yeddi qatından keçmək быть сильно оскорблённым, быть сильно задетым чьим-л. словом; yeddi dəyirmanda bir ovuc dəni (unu) yoxdur kimin ни кола, ни двора у кого; гол как сокол; yeddi dərədən su gətirmək ещё более осложнять, запутывать, делать неясным (какое-л. дело, вопрос); всё перемешать; yeddi dəfə ölç, bir dəfə biç семь раз отмерь, один раз отрежь; yeddi yaylıq götürüb ağlamaq ирон. плакаться в жилетку, прибедняться; yeddi göydə bir ulduzu yoxdur не имеет никакой опоры; не имеет человека, на которого можно было бы рассчитывать, опираться
Azərbaycanca-rusca lüğət / yeddi1 1. числ. ирид; yeddidən dörd çıxmaq иридакай кьуд хкудун; yeddi nəfər ирид кас; 2. сущ. иридар (кьенвай касдин кьиникьунин ирид лагьай югъ ва гьа юкъуз гудай игьсан); ** yeddi arxa ирид арха, асул-несеб, аждад; yeddi qapı qonşu яргъал къунши; yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) ирид куьлегда хьун (хуьн), кӀевиз чуьнуьхарун, кӀеви чкада хуьн, гьич садазни чир тахьун; yeddi dərədən su gətirmək ирид кӀамай яд гъун, акадарун, какадарун, са кар (месэла) амадайни кӀеве ттун; yeddi iqlim ирид икьлим, дуьнья, алем; yeddi göydə bir ulduzu olmamaq ирид цаварал са гъедни тахьун, са архани тахьун, са касни тахьун; yeddisindən yetmişinə qədər иридалай пудкъанни цӀудалди, ирид яш авай аялрилай кьуна, пудкъанни цӀуд яш авай кьуьзуьбралди, вири; bir dərədə yeddi yetim ilə qalmaq са дереда ирид етим галаз аламукьун, куьмек авачиз амукьун, са касни авачиз амукьун.
Azərbaycanca-ləzgicə lüğəti / yeddi