yerdə sözü azərbaycan dilində

yerdə

Yazılış

  • yerdə • 97.8088%
  • Yerdə • 2.1735%
  • YERDƏ • 0.0177%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xudafərin Olan Yerdə (1995)
Heç yerdə (film, 2023)
Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır. == Rollarda == Anna Kastilo — Mia Tamar Novas — Niko == Çəkiliş == İndiana Listanın hekayəsi əsasında çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur. Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir. == Buraxılış == Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır. Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.
Xudafərin olan yerdə (film, 1995)
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Hər şey hər yerdə və bir anda (film, 2022)
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Məcburi yerdəyişmə
Məcburi yerdəyişmə, məcburi köç və ya məcburi miqrasiya — bir şəxsin və ya insanların öz evindən və ya doğma bölgəsindən kənara məcburi və ya zorakı formada köçməsi. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı "məcburi yerdəyişmə"yə belə tərif vermişdir: "təqib, münaqişə, ümumiləşdirilmiş zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində yerdəyişmə". Məcburi yerdəyişmə Avropa miqrant böhranından bəri beynəlxalq müzakirələrdə və siyasətdə diqqəti cəlb edir. Bu, o vaxtdan məcburi miqrasiyanın Avropadan kənarda təsirə məruz qalmış bölgələrə təsirlərinin daha çox nəzərə alınması ilə nəticələnmişdir. Müxtəlif beynəlxalq, regional və yerli təşkilatlar məcburi miqrasiyanın qarşısını almaq və onun təsirini azaltmaq üçün əvvəlki yerli bölgələrdə, eləcə də qəbul və ya təyinat bölgələrində yanaşmalar hazırlayır və həyata keçirir. Bundan əlavə, insanların fəaliyyəti nəticəsində baş vermiş məcburi miqrasiya hadisələrinin baş verməsində iştirak edənlərin təqib edilməsi üçün sübutların toplanması üçün bəzi əməkdaşlıq səyləri göstərilir. 2022-ci ildə dünyada təqribən 100 milyon insan məcburi miqrant vəziyyətinə düşmüşdür, onların əksəriyyəti dünyanın cənub hissəsindəndir. == İstinadlar == == Əlavə ədəbiyyat == Betts, Alexander: Forced Migration and Global Politics. Wiley-Blackwell. James, Paul.
Qırmızı yerdəyişmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Yerdəki ulduzlar (film, 2007)
Yerdəki ulduzlar (hind: Taare Zameen Par) 2007-ci ildə Aamir Khan, Amole Qupte və Ram Madhvani tərəfindən çəkilmiş dram filmidir. Baş rollarda Darsheel Safary və Aamir Khan oynamışdır. Film Internet Movie Database saytında 10 baldan 8,5 bal əldə etmişdir. “Məncə Amol parlaq və təsir edici ssenari yazsa da, onun filmə töhfəsi bir yazıçının töhfəsi ilə məhdudlaşmır. Ən vacib işi film üçün musiqinin yaradılması da daxil olmaqla bütün preprodakşn işləri, onun tərəfindən həyata keçirilmişdir... Yaradıcı prodüser kimi çəkiliş meydançasında iştirak etdi və rejissor kimi ilk debütümdə mənə böyük bir dəstək və yaradıcılıq qüvvəsi bəxş etdi. Bunun üçün ona təşəkkür edirəm və həm də, mənə etibar etdiyi və mənə inandığı üçün ona xüsusi ilə təşəkkür edirəm”. Aamir Xan Filmin əsas çəkilişləri beş ay müddətində Hindistanda aparılmışdır. Xan rejissor kimi ilk iki gününü çəkiləcək ilk səhnənin (İşanın məktəbdən evə getməsi və bu yaxınlarda yığdığı balıqları götürməsi) yerini müəyyənləşdirmək ilə və yeni vəzifələrinin icrasını öz üzərinə götürməklə keçirmişdir. Tamaşaçıların kameradan xəbərdar olmamasının lazım olduğuna inanaraq, o, kamera hərəkətləri nisbətən az olan bu film üçün sadə çəkiliş tərzini seçmişdir.
Yerdəniz hekayələri (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. == Yaranma tarixi == 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə (dəqiqləşdirmə)
Yerdəyişmə (film, 1983) — 1983-cü ildə ABŞ-də istehsal edilmiş film
Yerdəyişmə (film, 1983)
Yerdəyişmə (ing: Trading Places) — 1983-cü ildə rejissor Con Landis tərəfindən çəkilmiş və Timothy Harris və Herschel Weingrod tərəfindən ssenarisi yazılmış Amerika komediya filmidir. Baş rollarda Den Aykroyd, Eddi Merfi, Ralf Bellami, Don Ameçe, Denholm Elliott və Ceymi Li Kertis çəkilib. Film yüksək səviyyəli bir əmtəə brokerinin (Aykroyd) və yoxsul bir küçə fırıldaqçısının (Merfi) hekayəsindən bəhs edir, onların həyatları fərqində olmadan hər bir insanın həyat şəraitləri dəyişdirildikdə necə rəftar edəcəklərini yoxlamaq üçün əvvəlcədən hazırlanmış mərcin mövzusuna çevrilir.
Yerdəyişmə (film, 2019)
Yerdəyişmə (Fransızca: Mon inconnue; Mənim qəribim) — rejissor Hyu Gelin tərəfindən çəkilmiş 2019-cu il istehsalı olan fransız romantik komediya filmidir. Aktrisa Edit Skobun rol aldığı son filmdir Dünya premyerası 18 yanvar 2019-cu ildə baş tutmuşdur. == Süjet xətti == Rafael Ramis məşhur yazıçıdır. Kollecdə o, ilhamverici Olivia ilə tanış olur - qız ona populyarlıq gətirən ilk romanının qəhrəmanının prototipinə çevrilir. Evlənirlər və birlikdə xoşbəxt yaşayırlar. Pianoçu kimi böyük bir gələcək vəd verən Olivia əri üçün karyerasını yarımçıq qoyur və piano müəllimi olmağı seçir. Bir axşam yazıçı sonunda baş qəhrəmanını öldürdüyü birinci kitabının davamını bitirir. Elə həmin axşam cütlük böyük dava edir. Güclü qar fırtınasından sonra Rafael paralel dünyada oyanır. Qəhrəman heyrətlə özünün əsl qadın düşkünü olduğunu kəşf edir.
Yerdəyişmə amplitudu
Yerdəyişmə amplitudu (rus. амплитуда смещения, ing. amplitude of dislocation) — qırılma pozulmanın qanadlarında yerləşən, orta nöqtələr arasındakı, yerdəyişmə boyu məsafə.
Üfüqi yerdəyişmə
Üfüqi yerdəyişmə (rus. сдвиг, ing. shear-fault) — geologiyada süxur qatlarının bir- birinə nisbətən qırılma boyu üfqi istiqamətdə yerdəyişməsi. Yerdəyişmənin sağ və sol, uyğun, qeyri- uyğun, köndələn, uzununa və strukturaya nisbətən çəp növləri vardır.
Əgər bir yerdəyiksə (film, 1975)
== Məzmun == Film bizim müasirlərimizə-orta məktəbi yenicə bitirib həyata qədəm qoyan gənclərə həsr olunmuşdur. Burada gənc nəslin formalaşması və öz həyat yolunu müstəqil həll etməsi kimi ciddi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Vladimir Semakov Quruluşçu operator : Eduard Qalakçiyev Quruluşçu rəssam : Fikrət Əhədov Rejissor : Rafiq Dadaşov Bəstəkar : Leonid Vaynşteyn Səs operatoru : Ağahüseyn Kərimov Montaj edən : Lidiya Vyalsova Qrim rəssamı : Berta Roqova İşıq Ustası : Məhəmməd Hacıyev Rejissor assistenti : Sergey Ratnikov (mövqe göstərilməyib) Assistent : Yusif Əlizadə, A. Əlizadə, V. Romanov, P. Yudileviç, Q. Qukasov, E. Quliyev Mahnların Mətni : P. Kartamışev Redaktor : Q. Qəhrəmanova Məsləhətçi : T. Allahverdiyev, N. Vəliyev Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru : Qəhrəman Hümbətov === Rollarda === Qriqori Nəcəfov- Rasim Rita Əmirbəyova- Solmaz Vaqif Mustafayev- Vasif Stanislav Klyuçnikov-Mixail Akif Məhərrəmov- Məmməd Oqtay Mirqasımov- Arif Hümbətov Muxtar Maniyev-Musa Dadaş Kazımov-Mehdi Cahangir Aslanoğlu-Rəhimov Məhluqə Sadıqova-Mədinə xala Dina Tumarkina Sədaqət Zülfüqarova-Səriyyə Rüxsarə Ağayeva Q. Qəmbərova Z. Niyazova R. Tağıyeva Sadıq Hüseynov-Çayçıdakı qoca Q. Səlimov K. Qasımov Vasif Babayev-rejissor Şəmsi Şəmsizadə-Qonaq Əliheydər Həsənzadə-Qonaq Yusif Əlizadə-Gəmidəki adam == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.
Yerdənkənar həyat
Yerdənkənar həyat (yadplanetdə həyat) — Yerdən kənarda meydana gələn və mövcud olan hipotetik həyatdır. O, astrobiologiya (ekzobiologiya) və ksenobiologiyanın tədqiqat mövzusudur və eyni zamanda elmi fantastikada uydurma obyektlərdən biridir. Belə hipotetik həyat sadə prokariotlardan (və ya müqayisə edilə bilən həyat formalarından) sivilizasiyaları bəşəriyyətdən daha inkişaf etmiş canlılara qədər dəyişə bilər. Başqa məskunlaşan aləmlərin mövcudluğu məsələsi qədim zamanlardan müzakirə olunur. Konsepsiyanın müasir forması Kopernik İnqilabının Yerin Günəş ətrafında fırlanan adi bir planet olduğunu nümayiş etdirdiyi zaman yaranmışdır. Yaşayış üçün digər planetlərin və ya ayların mövcudluğu ideyası yeni anlayışın təbii nəticəsi idi. Bu mövzu elmdə ən spekulyativ mövzulardan birinə çevrilib və elmi fantastika və populyar mədəniyyətdə mərkəzi mövzulardan biridir . XX əsrin ortalarından bəri yerdənkənar həyatın əlamətləri üçün aktiv axtarışlar aparılır. Bunlara indiki və ya keçmiş yerdənkənar həyatın axtarışı və yerdənkənar ağıllı həyatın daha konkret axtarışı daxildir. Axtarış üsulları əsasən radioteleskoplar vasitəsilə əldə edilən məlumatlarla bağlıdır.

yerdə sözünün rus dilinə tərcüməsi

  • 1 в сочет. с причастием: 1. в то время, когда; когда. Yatdığım yerdə в то время, когда я спал, getdiyim yerdə когда я шёл, oturduğum yerdə когда я сидел 2. на том месте, где; там, где. Qəsəbənin qurtardığı yerdə там, где кончается посёлок, meşənin qurtardığı yerdə там, где кончается лес, məhəbbət olan yerdə там, где есть любовь, rahatlıq olan yerdə там, где есть покой, uşaq olan yerdə там, где есть ребёнок ◊ oturduğum yerdə ни с того ни с сего

    Azərbaycanca-rusca lüğət / yerdə

yerdə sözünün inglis dilinə tərcüməsi

  • 1 z. 1. when, while, as; Getdiyi yerdə ... When he / she was going ... Yatdığım yerdə ... While I was sleeping... 2. on the ground / earth; ~ oturmaq to sit* on the ground

    Azərbaycanca-ingiliscə lüğət / yerdə

"yerdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yerdə nədir? #yerdə sözünün mənası #yerdə nə deməkdir? #yerdə sözünün izahı #yerdə sözünün yazılışı #yerdə necə yazılır? #yerdə sözünün düzgün yazılışı #yerdə leksik mənası #yerdə sözünün sinonimi #yerdə sözünün yaxın mənalı sözlər #yerdə sözünün əks mənası #yerdə sözünün etimologiyası #yerdə sözünün orfoqrafiyası #yerdə rusca #yerdə inglisça #yerdə fransızca #yerdə sözünün istifadəsi #sözlük