pərdə-pərdə sözü azərbaycan dilində

pərdə-pərdə

Yazılış

  • pərdə-pərdə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ iləDəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi.Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä. İfadə Traktote Sota 38b-nin "mechitza shel barzel", yəni dəmir maneə və ya ayırıcı kimi istinad etdiyi bizim eranın III və V əsrlərinə aid olan Talmuda gedib çıxır.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir.Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. == İstifadə formaları == Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s. Qısamüddətli pərdə sürəti fotonun bulanıqlaşmasına səbəb olan kamera sarsıntısı ehtimalını azaldır.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. == Məzmun == Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. == Məzmun == Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Pərdə (film, 2016)
Pərdə — Emil Quliyevin eyniadlı sosial dram trillogiyasının birinci filmi. == Məzmun == Bu yaxınlarda Lalənin atası onu evləndirir. Sevgilisi Emil Lalənin qardaşı Zaurdan ona evdən qaçıb, özü ilə gizləməyə kömək etməyə xahiş edir. == Heyət == === Rollarda === == Buraxılışı == Film 2016-cı ilin aprelin 21-də ayında üzə çıxıb. Hazırda o, megogo saytında mövcuddur.
Sonuncu pərdə (film, 2019)
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. == Məzmun == Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə (film, 2017)
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. == Məzmun == Süjetin əsasını xəyanət motivi təşkil eləyir.

pərdə-pərdə sözünün leksik mənası və izahı

  • 1 zərf Bir pərdədən o biri pərdəyə keçərək, pərdələri səsləndirərək (bax pərdə 4-cü mənada). Səsləndi pərdəpərdə ruhumdakı rübabım. M.Müşfiq. Tarçı çalaraq pərdə-pərdə qalxmağa başladı. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / pərdə-pərdə

pərdə-pərdə sözünün rus dilinə tərcüməsi

pərdə-pərdə sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#pərdə-pərdə nədir? #pərdə-pərdə sözünün mənası #pərdə-pərdə nə deməkdir? #pərdə-pərdə sözünün izahı #pərdə-pərdə sözünün yazılışı #pərdə-pərdə necə yazılır? #pərdə-pərdə sözünün düzgün yazılışı #pərdə-pərdə leksik mənası #pərdə-pərdə sözünün sinonimi #pərdə-pərdə sözünün yaxın mənalı sözlər #pərdə-pərdə sözünün əks mənası #pərdə-pərdə sözünün etimologiyası #pərdə-pərdə sözünün orfoqrafiyası #pərdə-pərdə rusca #pərdə-pərdə inglisça #pərdə-pərdə fransızca #pərdə-pərdə sözünün istifadəsi #sözlük