yeriş sözü azərbaycan dilində

yeriş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yeriş • 87.8049%
  • Yeriş • 9.7561%
  • YERİŞ • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2007 ••••••••• 0.21
2010 ••••••••••• 0.27
2011 •••••••••••••••••••• 0.51
2012 •••• 0.09
2013 •••••••••••• 0.29
2014 ••••••• 0.17
2016 ••••••• 0.17
2018 •••••• 0.15
2020 ••••••••••• 0.27

yeriş sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yerimək tərzi, yerimək işi. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü andırırdı. S.Hüseyn. Səməd [qadının] üzünü görməsə də, yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov. □ Ayı yerişi – iki yana basa-basa yerimə. 2. Yürüş, axın, hücum. Xotkar yazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. “Koroğlu”. □ Yeriş etmək – axın halında hərəkət etmək, hücum etmək. [Vəli:] Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı… N.Vəzirov. ◊ Yerişini azdırmaq – 1) yorğa gedən at haqqında; 2) məc. qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / yeriş

yeriş sözünün sinonimləri (yaxın mənalı sözlər)

yeriş sözünün antonimləri (əks mənalı sözlər)

yeriş sözünün rus dilinə tərcüməsi

  • 1 ход, ходьба, походка, поступь, шествие, маршировка, шагистика

    Azərbaycanca-rusca lüğət / yeriş
  • 2 сущ. 1. ходьба. İti yeriş быстрая ходьба, tənbəl yeriş ленивая ходьба, asta yeriş медленная ходьба 2. походка, поступь. Oynaq yeriş игривая походка, yüngül yeriş лёгкая походка, şax yeriş прямая походка, qaz yerişi гусиная походка, yerişini dəyişmək изменять походку, yerişindən tanımaq узнавать по походке ◊ yerişini azdırmaq зазнаться, загордиться, стать спесивым

    Azərbaycanca-rusca lüğət / yeriş

yeriş sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. walk, walking; gözəl ~ a graceful walk; iti ~ a sharp walk; 2. gait, step; yüngül ~ a light step; cəld ~ fast step, rapid gait; yavaş ~ slow gait / step

    Azərbaycanca-ingiliscə lüğət / yeriş

yeriş sözünün fransız dilinə tərcüməsi

yeriş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къекъуьн, экъуьн, къекъуьнин тегьер, къекъуьнин кар; ериш (нугъ.); къекъуьнар; ayı yerişi севрен къекъуьн; 2. гьужум; yeriş etmək гьужум авун, гьерекат авун (гзафбуру санал); ** yerişini azdırmaq а) юргъада физвай балкӀандин гьакъинда; б) пер. дамах къачун (акатун), лавгъа хьун, яцӀу хьун, къудур хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / yeriş

"yeriş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yeriş nədir? #yeriş sözünün mənası #yeriş nə deməkdir? #yeriş sözünün izahı #yeriş sözünün yazılışı #yeriş necə yazılır? #yeriş sözünün düzgün yazılışı #yeriş leksik mənası #yeriş sözünün sinonimi #yeriş sözünün yaxın mənalı sözlər #yeriş sözünün əks mənası #yeriş sözünün etimologiyası #yeriş sözünün orfoqrafiyası #yeriş rusca #yeriş inglisça #yeriş fransızca #yeriş sözünün istifadəsi #sözlük