* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Sevgi, məhəbbət, eşq. Eşq sevdasına heç kəs pis deməz; Məhəbbət yolundan ayaq kəs, deməz. M.P.Vaqif. [Qəndab:] Sonra mənə məlum oldu ki, Çingizlə [Qönçənin] sevdası elə o vaxt baş tutmayıb. B.Bayramov. □ Sevdaya düşmək – sevmək, məhəbbət yetirmək, eşqə düşmək, vurulmaq, məftun olmaq. Bir Leyli sevib eşqdə sevdalərə düşdüm; Məcnuna dönüb daməni-səhralərə düşdüm. S.Ə.Şirvani. 2. Arzu, həvəs, şiddətli meyil. Mənə hökm eyləmişdi bir xülya; Atəşin şövq, odlu bir sevda. A.Səhhət. [Sitarə:] Yenə düşdü xəyalıma Vətən sevdası, ya rəbbi! C.Cabbarlı. Xəzan acısına edib məhəmmül; Gülün kölgəsində ötəndə bülbül; – Həyat, həyat! – deyə çırpınır könül; Könüldən, sevdadan necə əl çəkim? M.Müşfiq. □ …sevdasına düşmək – …arzusunda olmaq, …həvəsinə düşmək, can atmaq. Dul qalmasını görüncə, Məşədi övlad məsələsini ortaya salıb, Gülcahan xanımı almaq sevdasına düşmüşdü. T.Ş.Simurq. Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / sevda2 сущ. любовь: 1. чувство горячей сердечной склонности, влечение к лицу другого пола. Sevda çəkmək испытывать, переживать сильную любовь, ilk sevda первая любовь, gizli sevda скрытая любовь 2. внутреннее стремление, тяготение к чему-л., желание. Vətən sevdası любовь к Родине, dərin sevda глубокая любовь; sevdasına düşmək nəyin загореться непреодолимым желанием. Şeir yazmaq sevdasına düşmək загореться желанием писать стихи, oxumaq sevdasına düşmək иметь желание учиться
Azərbaycanca-rusca lüğət / sevda1 i. love; passion; intense longing; ~ya düşmək to fall* in love (with), to lose* one’s heart (to), to give* oneself up (to)
Azərbaycanca-ingiliscə lüğət / sevda1 [ər.] сущ. 1. муьгьуьббат, ашкъ, кӀан хьунухь, кӀанивал; sevdaya düşmək ашкъида гьатун, ашукь хьун, кьару хьун, кӀан хьун; 2. мурад, майилвал, кӀанивал, кӀеви гьевес; ... sevdasına düşmək ...гьевесда гьатун, ...мурад авун, ...кӀан хьун.
Azərbaycanca-ləzgicə lüğəti / sevda(Cəbrayıl, Cülfa) ekzema
Azərbaycan dilinin dialektoloji lüğəti.