Səidə sözü azərbaycan dilində

Səidə

Yazılış

  • Səidə • 99.6292%
  • SƏİDƏ • 0.3178%
  • səidə • 0.0530%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səidə Camalova
Səidə Əli qızı Camalova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft–kimya proseslərinin texnologiyası" laboratoriyasının baş elmi işçi, texnika üzrə elmlər doktoru, dosent. == Həyatı == Səidə Əli qızı Camalova 1950-ci il avqustun 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Şəhəri 7 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsininin əyani şöbəsinə qəbul olunmuşdur. 1972-ci ildə “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” kimyaçı-texnoloq mühəndis ixtisası üzrə təhsilini bitirmişdir. 1972-1974-ci illərdə (Qiproazneft) layihə institutunda, 1974-1975-ci illərdə ADNSU-da professor T.H.Alxazovun rəhbərliyi ilə yaradılan “Ekoloji kataliz” problem laboratoriyasında təbii qazın və sənaye qazlarının tərkibində olan kükürd birləşmələrin təmizlənməsi üzrə tədqiqat işləri aparmışdır. 1975-ci ildən AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda mühəndis, 1986-cı ildən kiçik elmi işçi kimi “Neft Kimya Proseslərinin Texnologiyası” laboratoriyasında əmək fəaliyyətini davam etdirməkdədir. S.Ə.Camalova 1978-ci ildən başlayaraq əsas elmi-tədqiqatları katalizatorların sintezi və karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə həsr etmişdir. == Əsas elmi fəaliyəti == 1989-cu ildə S.Ə.Camalova dissertant kimi “Oksigenin iştirakı ilə etan və propanın modifikasiya olunmuş manqan tərkibli katalizator vasitəsilə C2-C3 olefinlərə çevrilməsi” mövzusu üzrə elmi tədqiqat işləri apararaq, 1992-ci ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsialmışdır.
Səidə Cəfərova
Cəfərova Səidə Allahverdi qızı — texnika üzrə fəlsəfə doktoru. == Həyatı == Səidə Cəfərova 1961-ci il oktyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 135 saylı orta məktəbi 1978-ci ildə bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş və 1983-cu ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1986-cı ilədək Radioquraşdırma EİB-də təyinatla işləməyə göndərilmişdir. 1986-1990-cı illərdə EA-nın Kristal təcrübə zavodlu XKTMB-nin Ovuntu metallurgiyası laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə "Ovuntu metallurgiyası və kompozisiya materialları" ixtisası üzrə AzTU-nun aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmişdir. 1998-ci ildən indiyədək AzTU-nun Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. 2001-ci il noyabr ayının 6-da "Dəmir əsaslı qismən legirli ovuntudan alınmış bişmiş materialların struktur və xassələri" mövzusunda dissertasiya müdafiə edərək texnika eimləri namizədi alimlik dərəcəsi almışdir. 60-dan artıq elmi məqalənin, bir ədəd patentin, bir dərsliyin, dərs vəsaiti və rusca-azərbaycanca texniki lüğətin həmmüəlliflərindəndir.
Səidə Məmmədova
Səidə Məmmədova (tam adı:Məmmədova Səidə Müslüm qızı; 25 may 1942, Naxçıvan) — xormeyster. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Məmmədova Səidə Müslüm qızı 25 may 1942-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)nın xor dirijorluğu fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1969-75-ci illərdə Naxçıvan şəhər musiqi məktəbində müəllim və 1975-94-cü illərdə orta ixtisas musiqi məktəbinin direktoru olmuşdur. 1994-cü ildən Naxçıvan Dövlət Universitetində ifaçılıq kafedrasının müdiridir. 1999-cu ildən dosentdir. Muxtar Respublikada xor kollektivlərinin yaranması və inkişafında xidməti var. Bir sıra el şənliklərinin bədii rəhbəri və onlarla mahnı müəllifidir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Səidə Quliyeva
Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019). == Həyatı == Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səidə Sultan
Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — Azərbaycan estrada müğənnisi == Həyatı == Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir. === Ailəsi === Anası Svetlana Sultanova pedaqoqdur, uşaq bağçası müdiri vəzifəsində çalışır. Atası Əli Sultanov isə fərdi sahibkar olmuşdur. == Karyerası == İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır.
Səidə Ömər
Səidə Ömərova
Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi. == Həyatı == Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.
Səidə Şərifəliyeva
== Həyatı == Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb. == Yaradıcılığı == 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan Respublikasının Əməkdar artistidir.
Səidə Haqverdiyeva
Saida Haqverdiyeva — Azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013)."Fəxri mədəniyyət işçisi" == Həyatı == Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib. 2011-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında çalışmağa başlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.00 dəfə / 1 mln.
2003 •••••••••••• 6.69
2004 ••••••••••• 6.06
2005 •••••••••• 5.40
2006 •••••••••••• 6.76
2007 •••••••••••••• 8.03
2008 ••••••• 3.65
2009 ••••••••• 5.28
2010 •••••••••••••••• 9.26
2011 ••••••••••••••• 8.84
2012 ••••••••••••• 7.66
2013 •••••••••••••••••••• 11.96
2014 •••••••••••• 7.04
2015 •••••••• 4.25
2016 ••••• 2.43
2017 •••••••••••• 6.99
2018 ••••••• 3.90
2019 ••••••••••• 6.26
2020 •••••••••••••• 8.22

səidə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

xoşbəxt, bəxtiyar, ağgün.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"səidə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səidə nədir? #səidə sözünün mənası #səidə nə deməkdir? #səidə sözünün izahı #səidə sözünün yazılışı #səidə necə yazılır? #səidə sözünün düzgün yazılışı #səidə leksik mənası #səidə sözünün sinonimi #səidə sözünün yaxın mənalı sözlər #səidə sözünün əks mənası #səidə sözünün etimologiyası #səidə sözünün orfoqrafiyası #səidə rusca #səidə inglisça #səidə fransızca #səidə sözünün istifadəsi #sözlük