səcdə sözü azərbaycan dilində

səcdə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səcdə • 87.6364%
  • Səcdə • 12.0000%
  • SƏCDƏ • 0.3636%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səcdə Surəsi
Səcdə surəsi (ərəb. سورة السجدة‎ (oxunuşu: surətus-səcdəh)) - Quranın 32-ci surəsi. Məkkədə nazil olmuşdur, 30 ayədir. Surənin adı 15-ci ayədə işlədilən səcdə sözündən götürülmüşdür. Həmin ayə həm də vacibi səcdə ayəsidir.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə.Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə.Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin. Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səhv səcdəsi vacib deyildir. Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.87 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••• 1.18
2004 •••••• 1.01
2005 •••••••• 1.35
2006 ••• 0.45
2007 ••• 0.42
2008 •• 0.24
2009 •••••••••••••• 2.24
2010 •••••••••••• 2.00
2011 ••••••••••• 1.80
2012 •••• 0.52
2013 ••••• 0.73
2014 •••••••• 1.20
2015 ••• 0.51
2017 0.16
2019 •••• 0.56
2020 0.13

səcdə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] din. Namazda alını möhürə söykəyib, Quranın bəzi ayələrini oxuyarkən alnını ona söykəyib dua oxuma. Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. C.Məmmədquluzadə. □ Səcdə etmək (qılmaq) – qabağında baş əymək, təzim etmək. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Qəmgin idim, sizi görüb gülərəm; Qiblədir qaşların, səcdə qılaram. Aşıq Ələsgər. [Hüseyn:] Nə zaman, harada əmr etsəniz, önünüzdə səcdə etməyə hazıram. S.Rəhman. Səcdəyə düşmək (getmək) – bax səcdə etmək. Düşüb səcdəyə cümlə ixlas ilə; Niyaz etdilər niyyəti-xas ilə. M.Ə.Sabir. [Murad bəy] …damağında papiros çöl balkona çıxanda camaat səcdəyə gedərdi. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / səcdə

səcdə sözünün rus dilinə tərcüməsi

  • 1 земной поклон, падение ниц, челобитие

    Azərbaycanca-rusca lüğət / səcdə
  • 2 сущ. 1. челобитье (поклон до земли с прикосновением лбом к земле) 2. поклонение, преклонение. Səcdəyə layiq olmaq быть достойным поклонения ◊ səcdə etmək (eləmək), səcdə qılmaq поклоняться, поклониться, преклоняться, преклониться: 1) чтить кого-л., что-л. как божество, как высшую силу. Allaha səcdə etmək поклоняться Богу 2) относиться с преданным восхищением, благоговением к кому-л., чему-л. İstedadına səcdə etmək kimin преклоняться перед талантом кого, чьим, gözəlliyinə səcdə etmək kimin преклоняться перед красотой кого, чьей

    Azərbaycanca-rusca lüğət / səcdə

səcdə sözünün inglis dilinə tərcüməsi

səcdə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. дин. сажда (капӀ ийидамаз, кьуръандин бязи аятар кӀелдамаз ппел муьгьуьрдал эцигна дуьа авун); səcdə etmək (qılmaq) сажда авун, кьил агъузун, тазим авун; səcdəyə düşmək (getmək) кил. səcdə etmək.

    Azərbaycanca-ləzgicə lüğəti / səcdə

səcdə sözünün türk dilinə tərcüməsi

səcdə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) üzünü yerə sürtmə; 2) namazda alını möhürə söykəyib, Qur’anın bəzi yerlərini oxuyarkən alnını ona söykəyib dua oxuma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"səcdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səcdə nədir? #səcdə sözünün mənası #səcdə nə deməkdir? #səcdə sözünün izahı #səcdə sözünün yazılışı #səcdə necə yazılır? #səcdə sözünün düzgün yazılışı #səcdə leksik mənası #səcdə sözünün sinonimi #səcdə sözünün yaxın mənalı sözlər #səcdə sözünün əks mənası #səcdə sözünün etimologiyası #səcdə sözünün orfoqrafiyası #səcdə rusca #səcdə inglisça #səcdə fransızca #səcdə sözünün istifadəsi #sözlük